Ziyad Quluzadə - Üzeyirə Zizekvari qıyğacı baxış
07.02.14

Əziz oxucum!
Əvvəla mətləbdən xəbər verməmişdən öncə, sizdən xırdaca bir xahiş etmək istəyirəm. Belə, lap ərkyana, qardaşınız kimi tələb də edirəm. Bu yazıda oxuduğum, bəhrələndiyim, o müşk-i Ənbar qoxuyan Azərbaycancaya çevirməyə macal tapmadığım kitablardan bolluca istinad etmişəm. Həmin kitabları yazının axırında vermişəm. Tapa bilməsəniz ([email protected]) yazın göndərim. Keza, oxumadığınıza qətiyyən şübhəm, yoxdur.
            
***
    Hamımıza məlumdur ki, istənilən xalqın mədəniyyətində kütlələrin zövqünə, onların arzu və istəklərinə uyğun musiqi, rəsm əsəri, kino var. Elə buna görə də bəziləri “sənət sənət üçündür” deyir, başqa bəziləriysə “sənət xalq üçündür” deyir. Ancaq, məsələnin mahiyyəti sadəcə hər kəsin öz istəyinə uyğun sənət əsərinə baxmasında, öz istəyinə uyğun musiqi dinləməsində deyil. Altusserin “Dövlətin İdeoloji Rıçaqları” dediyi medyanın kütləvi şəkildə cəmiyyətə zövqsüzlüyü, bilinçsizliyi diktə etməsindədir. Və bu diktə, artıq azca keçdikdən sonra Gramschi “Razılığın İstehsalı” dediyi həmən nəmənənəni ortaya çıxardır.  Nə etməli? Üzeyri dinləməli, Rəqsanədən zövq almağı öyrənməlimi? Və ya, bilincaltımıza yaxşıca bardaş qurub oturmuş ümumixalq nadanlığı üçün bir çay sifariş etməli. Yanında da mürəbbəsi...

***
    “Valter Benjamin nəzəri cəhətdən məhsuldar və dağıdıcı bir fəaliyyət olaraq hər hansı bir mədəniyyətin ən ali mənəvi məhsullarını, elə həmin mədəniyyətin bəsit, bayağı, dünyəvi məhsullarıyla bir yerdə  nəzərdə keçirməyi məsləhət görürdü. O, bu haqda danışanda düşüncəsində xüsusilə, Motsartın “Sehirli Fleyta” əsərində təqdim edilən  müqəddəs aşiq cütlüyü idealını (Motsartım müasiri) İmmanuel Kantın adət-ənənəyə sadiq mühitlərdə böyük səs-küyə səbəb olmuş evlilik haqqında fikirləriylə birlikdə dərk etmək var idi.   Kant belə yazırdı ki, “evlilik əks cinsdən iki yetişgin şəxs arasında cinsiyyət orqanlarını qarşılıqlı bir şəkildə istifadə etmək haqqında əldə edilən sövdələşmədir.”

***
    Uzun müddət bu bayağılıq diktəsi davam etdəkcə, hamılıqla bu qəribə atmosferin içərisində zövq almağa başlayacağıq. Heç şübhəsiz ki, tədriclə kütləvi sənət, Pop(d)ART olan Üzeyr, Rəqsanə bizim bilincaltımıza dürtülüb zövqlərimizin kasadlaşmağına hücum çəkəcək. Keza, alternativ musiqi yox deyildir. Ancaq, xeyli müddət bundan əvvəl ilişib beynimdə qalan bir-iki cümləni tərcümə edib diqqətinizə çatdırmaq, zənnimcə maraqlı olar. “Jean Baudrillardın qəribə bir iddiası var. Mədəniyyətimiz maddi cəhəttdən bütünlüklə vizualdır. Həqiqətin “gizli otağı” yoxdur, bircə görüntü və simulakrların qatları mövcüddur. “Həyatımızın hər dəlmə-deşiyini istehlakın əlinə keçirməyi, fəaliyyətimizin hər sahəsinin bənzər ilgəhlərlə bir-birinə pərçimləndiyi, razılıq və itaət mərhələsinin əvvəlcədən anba an düşünüldüyü və ətraf mühitin, iqlimin nəzarətə alındığı, əhilləşdirildiyi, mədəniləşdirildiyi bir məqamdayıq.“ Hər şey maddiyyata çevrildi və buna görə də heç nə həqiqi deyil.”

***
    Zənnimcə, xeyli məsələ aydındır. İdeoloji rıçaqların çox yüksək şəkildə işlədiyi, medyanın bu rıçaqların ən gözəl təbliğat vasitəsi olduğu və bir millət olaraq kütləvi şəkildə bir-birimizin kopyası olmağa başladığımız, eyni qəlibin içinə dürtüldüyümüz, eyni paltarı geyinib, eyni musiqidən zövq  almağa sövq edilməyimizin kriptosu əslində beynimizin rahat uyuşmağa meyilliyiyindəndir.
    İndi gedim, açım Aztv-ni, baxım. Keza, alternativ genişdir. Space, ANS tv, Atv, Xəzər Tv... Yəni, hamısı eyni iedalogiyanın carçılarıdı. Sonda isə sizin üçün Üzeyrin bir mahnısından zümzümə etmək istəyirəm.

“Buraxma məni canım.
Mən ürəyi dolu yar olacam
Yenə əvvəlki avara olacam
Yenə də mən qanıqara olacam
Buraxma məni canım,
Qoyma qaralsın qanım.”


Avanqard.net

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.