"Qanun" nəşriyyatı yeni kitablar çap edib
11.02.14

"Qanun" nəşriyyatı yeni kitablar çap edib. Aşağıda nəşriyyatın yeni nəşrləri ilə tanış ola bilərsiniz.

Pyer Dükan - MƏN ARIQLAYA BİLMİRƏM

Məşhur fransız diyetoloqu Pyer Dükanın “Mən arıqlaya bilmirəm” kitabı bu mövzuda yazılmış ən mükəmməl kitabdır. Müəllif bu kitabı yazarkən ondan əvvəl tətbiq edilmiş bütün pəhriz metodlarının mənfi və müsbət cəhətlərini nəzərə alıb, yanlışlıqları rədd, doğruları qəbul edib. Bütün əxz etdiklərini, məlumat və nəzəri biliklərini təcrübədə tətbiq edən və uğurlu nəticələr qazanan doktor Dükan bu kitabda artıq çəkidən əziyyət çəkən insanlar üçün ən uğurlu, ən ideal pəhriz üsulunu təklif edir.
Onun yalnız bir şərti var – təklif olunan rejimə yüzdəyüz dəqiqliklə riayət etmək.
Həm də bu tələblər sadədir, həyata keçirilməsi çətin olan səviyyədə deyil. Dükan hansı ərzaq məhsullarını necə və nə vaxt, hansı kombinasiyalarda qəbul etməyin rəsmini çəkib.
Onun tətbiq etdiyi pəhriz sayəsində bir sıra dünya şöhrətli adamlar – Karl Laqerfeld, Cenifer Lopes, Penelopa Kruz, Jizel Bundhen kimi ünlü şəxslər və bütün dünya üzrə 15 milyon insan artıq çəkidən xilas olub.
“Mən arıqlaya bilmirəm” kitabı arıqlamaq istəyənlər üçün olduqca faydalı və əvəzsiz kitabdır.


Bakı, Qanun Nəşriyyatı, 2014
376 səhifə.
Ruscadan tərcüməçilər:    Ramil Namiq, Nihat Kazımlı
Qiyməti 10.99 AZN
 


Beyli+Nibel Mayin 7 gunu Cover Page + lak chalishmalar ichin_Страница_1ÇARLZ BEYLİ, FLETÇER NİBEL - MAYIN YEDDİ GÜNÜ
 
Amerika yazıçı-jurnalistləri: Fletçer Nobel və Çarlz Beylinin qələmə aldıqları “Mayın yeddi günü” romanı siyasi detektiv janrının ən parlaq nümunələrindəndir. Bunu əsərin 50-dən artıq əcnəbi dilə tərcümə olunması, milyonlarla nüsxədə və təkrar-təkrar nəşr edilməsi də sübut edir.
Romanda hadisələr Amerikada baş verir. Pentaqon rəhbərliyinin ABŞ-da mülki hakimiyyəti ələ keçirmək təşəbbüsü və kimlər tərəfindən bu niyyətin qarşısının alınması yolları əsərdə olduqca axıcı bir dillə təsvir edilmiş, hadisələrin dinamikliyi, dramatizmi çox gözəl işlənib hazırlanmışdır.
Hiss olunur ki, bu roman bir o qədər də təxəyyül məhsulu deyil, Amerika tarixinin son 50 ilində baş vermiş hadisələrin bədiiləşdirilmiş təsviridir.
Əsərdə prezident Limenin obrazı parlaq işlənilib. Məhz bu siyasi liderin örnək fəaliyyəti nəticəsində ABŞ öz konstitusiyasından kənara saçmır və prezident təkcə baş verə biləcək dövlət çevrilişinin qarşısını almaqla kifayətlənmir, həm də başqalarına pis nümunə olmasın deyə, cəmiyyətin fikrində çaşqınlıq yaranmaması üçün onu müvəffəqiyyətlə ört-basdır edir.
Artıq ana dilimizdə də dərc olunan bu kitabın oxu­­cular tərəfindən seviləcəyi və əldən-ələ gəzəcəyi şübhəsizdir.
 
Bakı, Qanun Nəşriyyatı, 2014, 468 səh.
Ruscadan tərcümə:    Xalid Kazımlı
Qiyməti 9.99 AZN

 
Mumin Sekman Cover Page AZE + lak chalishmalar ichin_Страница_1MÜMİN SEKMAN  - HER ŞEY SENİNLE BAŞLAR

Şəxsi inkişafa tuşlanan kitabları ilə tanınan Mümin Sekmanın 10-cu əsəri “Hər şey səninlə başlar” sosial uğura gedən yolları anladır.
Kitabda yerli və dünya təcrübəsindən olan misallarla uğursuzluğa necə alışıldığı və uğur qazanmanın necə öy­rə­nildiyi haqda bəhs edilir.
Əsərin təməlindəki sual budur: Nə üçün uğursuzluğa uğ­rayırıq? Çarəsizlik psixologiyasını necə yen­mə­liyik? Uğur qazanmağı necə öyrənə bilərik? Uğur­lu insanların bildiyi və digərlərinin bilmədiyi nədir?
“Həyatda ya tozu dumana qatarsan, ya da tozu, dumanı udarsan. Seçim sənindir!” kəlamı ilə çıxan və uğuru öyrə­dən bu kitab özünün də uğur tarixçəsini yazıb. İlk nəşri 100 min tirajla çıxan əsər 2 ildə 500 min, 8 ildə isə 1 milyon oxucuyla görüşərək Türkiyədə rekord qırıb. Bu­nunla da “Ən uğurlu uğur kitabı” adlanmağı haqq edib.

Bakı, Qanun Nəşriyyatı, 2014, 328 səh.,
Türkcədən tərcümə:         Nizami Zöhrabi
Qiyməti 5AZN


Etel Voynich Dostluq Cover Page + Qofre ve Lak ichin_Страница_1Etel Lilian Voyniç - QIRILMIŞ DOSTLUQ

 “O, özündən asılı olan hər şeyi elədi. Üsyan onun günahı üzündən yatırılmadı. O öz tapşırığının öh¬də¬sin-dən uğurla gəldi, lakin dağlılar siqnala cavab ver¬mə¬dilər. Üsyançıların məğlubiyyəti ilə başa çatan vuruşdan sonra, o, dəstəsinin qalan üzvlərini ən təhlükəsiz yerə apardı, onlara lazımi göstərişlərini verdi və onların xilası naminə yoldaşlarını tərk elədi”.
Müəllifin yenidən öz sevimli qəhrəman Ovoda mü¬raciət edərək onun Cənubi Amerikadakı sərgüzəştlərini təsvir etmiş olduğu “Qırılmış dostluq” romanı ideya in¬sanlarının birindən bəhs edir və enerji ilə aşıb-daşan bu¬günkü Azərbaycan gəncliyi üçün çox doğma olacağı şüb¬hə doğurmur.

Bakı, Qanun Nəşriyyatı, 2013, 336 səh.,
Tərcümə edən:     Hökümə Həbibova   
Qiyməti 6 AZN


 

Yenililklər
27.11.21
Kənan Hacı - Yazı sənətinin tarixi
24.11.21
Təranə Vahidin “Qarışqa təqvimi” çap olunub
23.11.21
Muni Vitçer - Altıncı Ayın qızı Nina    
23.11.21
İlk dəfə olaraq “Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edilərək yeni əlifbada toplu halında nəşr edilib
22.11.21
Cəmşid Cəmşidovun tərcüməsində Muni Vitçerin əsəri çap olundu
22.11.21
Turan Yazqan: Türk dünyasının səsi
17.11.21
“Nizami Gəncəvi sözünün orbitində” kitabının təqdimatı keçirilib
17.11.21
Türkiyənin məşhur şairi Sezai Karakoç vəfat edib
17.11.21
“Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi elan olunur
17.11.21
Elçin Hüseynbəylinin “Vida” romanı çap olunub
17.11.21
BAFTA qısa filmləri Bakıda nümayiş olunacaq
11.11.21
“Nizami Gəncəvinin poetik portreti” kitabı nəşr olunub
11.11.21
“Şərq irsi” adlı Beynəlxalq Müasir İncəsənət Sərgisi açılacaq
08.11.21
Kənan Hacı - Ekspress qatarında eksperimental mozaika
08.11.21
Fəxri Uğurlu - Klassikanı diri saxlamaq
08.11.21
"Şuşa" sənədli filminin təqdimatı olub
08.11.21
4+4: rəqəmsal namə
08.11.21
İsfar Sarabski Parisdə iki gün konsert verib
05.11.21
“Hədəf Nəşləri”nin təsisçisi Şəmil Sadiqin ƏDV ilə bağlı müzakirələrə əlavə və dəyişiklərlə bağlı təklifləri
05.11.21
Kənan Hacı - Yazıçılarımız nəyi bacarmır?
04.11.21
Qələbə ilə bitən ilk roman
04.11.21
Ədəbiyyat İnstitutunda Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin təqdimatı keçirilib
04.11.21
Azad Qaradərəli - Qara sevda
03.11.21
"Qarabağın qara kitabı" və "Qarabağ - qələbəyə doğru" kitablarının təqdimat mərasimi keçirilib
03.11.21
Kənan Hacının “Hakimə açılan atəş” romanı oxucularıın böyük marağına səbəb olub
02.11.21
“Şuşa, sən azadsan!” və “Biz” filmləri təqdim olunacaq
02.11.21
Rusiyanın Tretyakov Qalereyasında Tahir Salahovun sərgisi açılıb
02.11.21
Şamaxıda Yaradıcılıq Mərkəzi istifadəyə verilib
01.11.21
Altı əsr yaşı olan xalça 5,4 milyon dollara satışa çıxarılacaq
01.11.21
Nizami Kino Mərkəzində “Fulya” sənədli filminin premyerası olub
01.11.21
Zahid Sarıtorpağın İranda kitabı çap olunub
01.11.21
Vidadi Babanlının "Sabaha ismarıc" adlı romanı çap olunub
01.11.21
Poetik diktatura - Firuz Mustafa yazır
26.10.21
Çempion idmançı, istedadlı aktyor və doktorant
25.10.21
Azad Qaradərəli -  Zəngəzur ağacları
24.10.21
I Sumqayıt Kitab Sərgisi keçiriləcək
22.10.21
Kənan Hacı: “Güclü xarakterə malik insan haqqında yazmaq ikiqat çətindir” - Müsahibə
21.10.21
"Cəbrayıl əfsanəsi"nin təqdimat mərasimi olacaq
20.10.21
Türkiyədə təşkil olunan Beynəlxalq Şeir və Ədəbiyyat Festivalında ölkəmiz də təmsil olunur
20.10.21
Təranə Vahid - Yaddaşsız kölgələr
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.