Vasif Əlihüseyn - Lənətə gəlsin polisləriniz
12.02.14
BSU-nin yaradıcılıq fakulitəsinin məzunu
Viktoriya
Əvvəl çox tənha hiss etdim özümü, sonra alışdım burda yaşamağa, Viktoriya!
Bilirsən, bu şəhərdə bizimkilərdən çoxdu.
Gündüzlər bazarlarda meyvə satan- gecələr “İqravoylar”a pul qoyan atalar üçün, darıxır uşaqları.
Sən, soyuq pivəni başına çəkməklə məşğulsan Viktoriya! Oysa, atasız qalan uşağının başını tumarlayar meyvə satan kişi.
Bir də, atamı tutar polisləriniz, öz kabinetlərini sildirərlər burada. Lənətə gəlsin polislərinizi! Atam evimizin kişisidi, o, kabinet silməyib heç vaxt.
|