Arzu Murad: "Yaradıcılıq fakültəsinə gəlməzdən öncə çox zəif idim" - MÜSAHİBƏ
12.02.14

Özünüzü təqdim edin?

Arzu Murad - Hümbətova Arzu Əlibala qızı. 1992-ci il avqustun 5-i Bakı şəhərində doğulmuşam. 1999-2010-cu illər ərzində orta məktəb həyatım olub. 2011-ci ildən azad jurnalist kimi fəaliyyət göstərirəm. Elə həmin ildən dövrü mətbuatda şeir və məqalələrimlə dərc olunuram. Əlavə olaraq fotoqraflıq, həmçinin  bədii qiraətlə də məşğulam.

BSU-Yaradıcılıq fakülitəsinə gəlişiniz necə oldu?

BSU-Yaradıcılıq fakültəsinə gəlişim mərhum Elnarə Tofiqqızı sayəsində oldu. Ondan yaradıcılıq fakültəsi haqqda gözəl fikirlər aldım və maraqlı söhbətdən sonra bu fakultə məni özünə cəlb elədi. Sənədlərimi verib dərslərə qatıldım. Buna görə də hər zaman Elnarə xanıma minnətdar olacam. Allah ona rəhmət eləsin!

Amin! Bü il 2-ci, sonuncu kursdasınız. BSU sizə nələr verdi?

BSU-Yaradıcılıq fakültəsi mənə çox şey verdi. Etiraf edirəm ki, yaradıcılıq fakültəsinə gəlməzdən öncə çox zəif idim, özümə güvənmirdim. Ciddi ədəbiyyatla, ümumi əbəbi cərəyanla tanış deyildim. Fakültə sayəsində bunları öyrəndim. Dəyərli müəllimlərlə yaxından tanış olub, onlardan dərs aldım.

Yadımdadır, 1-ci kursda fakültəni tərk etmək istəyirdiniz. Səbəb nə idi?


Səbəb rektorumuz Kamal Abdullanın “facebook sosial şəbəkəsində” şeirimə yazdığı sərt rəy idi. O rəylə özümü altüst olmuş hiss etdim. Çox ərköyün idim, elə bilirdim hər kəs bəyənirsə, bir nəfərin də olsun bəyənməməyə haqqı yoxdur. O an düşündüm ki, tənqid olundum deyə mənə güləcəklər, və daha şeirlərimi bəyənməyəcəklər. Bu üzdən universiteti tərk etmək istəyirdim. Elnarə xanım mənə dəstək oldu, ədəbiyyatın gərdişini başa saldı. Mən də qaldım.

Bəs bu gün necə, Kamal müəllim sizdən razıdır?


Bu mənə də çox maraqlıdır. Əcaba Kamal Abdulla məndən razıdırmı? Bilmirəm. Bunu ondan soruşun. Amma Kamal müəllim məndən razı olsa da, olmasa da, düşünürəm ki, onun mənə verdiyi təhsil gec tez öz bəhrəsini verəcək. Və məhz onda Kamal müəllim bütün dərs dediyi tələbələrinə baxıb öyünəcək.

Ümid edirəm... Ədəbiyyat həvəslisi Arzu Murad üçün, jurnalist fəaliyyəti necə başladı?


Jurnalist fəaliyyətim kifayət qədər yaddaqalan başladı. Əminəm ki, illər keçsə də heç vaxt unutmayacam. İlk müsahibəmi türkiyənin populduzu Sərdar Ortacın konsertiylə bağlı alsam da, ilk uğurum növbəti iki müsahibə oldu. Azərbaycanın xalq artisti Alim Qasımov və kinorejissor Şeyx Əbdül Mahmudbəyovdan aldığım müsahibələr bu günə qədərki ən uğurlu işimdir. Çox maraqlı alınmışdı. İlk dəfə idi Alim Qasımovu yaxından görürdüm, özü də təsadüfü və hazırlıqsız da olsam əla alınmışdı. Bununla da mənim jurnalistika fəaliyyətim başladı.

Ədəbiyyatı jurnalistikadan fərqləndirən məhəbbət nədir?


Bu məhəbbət heç bir sözlə əvəzolunmadığı kimi, fərq də heç bir sözə uyğun gəlmir. Ola bilər ki, sən heç vaxt ədəbiyyatda tanınmayasan, uğursuz da ola bilər səninçün, amma sən özünə yazmayacam deyə qarşı qoya bilməyəcəksən. Bu sənin daxilindən gəlir. Dəftərlə qələm sənin dostun olur, ürəyini yalnız onlarla boşaldırsan. Jurnalistika isə, mənim peşəmdir. Bu bir başqa aləmdir. Bir dəfə o mühitə düşdünmü çıxa bilmirsən. Əhatən genişlənir. Tanınmaq arzusu, tanınmışlarla ünsiyyətdə olmaq bir-birinin ardıyca yaxalayır səni.

Dondurulmuş an, şəkillər... Bu 2 il müdətində “fakülitəmizin fotoqrafı” adını almısız. Ciddi fotoqrafsız?

Professianal fotoaparatı ilk dəfə əlimə götürəndə bu işə elə də ciddi yanaşmırdım. Ürəyim istəyən iş idi, bir yandan da həvəskar. Yəni bu işdən ciddi bir şey gözləmirdim. Zaman-zaman fotosesiyalar etdim və bəyənildiyini görüb daha məsuliyyətli yanaşdım. Fakültə tələbələrinin şəkillərini çəkməkdə məqsədim isə, dediyiniz kimi, “anları dondurmaq” onların bu gözəl illərini bir xatirəyə çevirmək və daha yaddaqalan etməkdir. Baxmayaraq ki, çox az şəkillərdə varlığım hiss olunur. Elə zənnimcə də əsl fotoqraf özünü şəkillərdə göstərməli deyil. Əgər yaxşı fotoqrafsansa, sənin ruhun, nəfəsin o şəkillərdə duyulmalıdır.

Ruh adamı hər sahədə öz ruhunu təmsil edir. Düzdür?

Əlbəttə. Mən çox tənbəl insanam. Amma işə başladımmı, o işə ruhla, canla bağlanıb yerinə yetirirəm. Necə deyərlər: ”Biqeyrətin qeyrətə gəlməyi pis olur.” Mən də o üzdən ədəbiyyata da, jurnalistikaya da, qiraətə də, fotolarıma da ürəyimi verirəm.
Ruh məsələsinə gəldikdə isə mənim öz dəstixəttim və öz ahəngim var... Şeirlərimdə tamamilə özüməm. Həyatda olduğum kimi...

Həmişə QEYRƏT arzusu ilə...
Azərbaycan və dünya ədəbiyyatından kimləri oxuyursuz?


Mən fakültəyə gələnə qədər kitab oxumaq sarıdan çox passiv idim. Həm də, ədəbi zövqüm  yox idi. Daha doğrusu mənə ilk növbədə hansı kitabları oxumaq lazım olduğunu bilmirdim. Kamal müəllimin sayəsində indi kitablara marağım artıb. Kimləri oxuyuram sualına isə, konkret cavab verə bilməyəcəm. Çünki bir-iki kitab deyil. Hazırda F.M.Dostoyevskinin “Cinayət və Cəza” əsərini Kamal müəllimin tağşırığı ilə ikinci dəfə oxuyuram

Bəzən bu günkü “müassir ədəbi cərayan” adamın səbrini sınayır. Sizcə necə, dözüləndir yoxsa dözməyə məcbur edən?

Ədəbi cərəyan dözülən deyil, amma istədiyin nəticəni əldə etmək və lazımı nöqtəyə çatmaqçun çox səbrli olmaq lazım olur. Mən ümumən çox səbirsiz olsam da, bu barədə səbrimi toplamağa müvəffəq olmuşam. Lazımsız, içiçürük danışanlar, ədəbiyyata lazımsız material bəxş edib özünü lazımlı sayanlar, postmodernizm adı altında fəlsəfi deyib öz sarsaqlıqlarını sırımağa və səni bunu anlamağa məcbur edənlər çoxdur. “O kəslərə demək lazımdır ki, belə fəlsəfi yazırsansa və özünü filosof adlandırırsansa, öz yazdığını özün izah et.” Ya səbr edib bütün bunlara sinə gərməlisən, ya da bütün materiallarını götürüb camini tərk etməlisən.

Belə başa düşdüm ki, postmodernizmi qəbul etmirsiz. Yoxsa xüsusi seçim edərək oxuyursuz?

Maraqlı, oxunaqlı və məntiqli olan bütün yazıları qəbul edirəm. Janr, üslub, vəzn seçimi etmirəm. Yetər ki, ədəbiyyata gərəkli olsun. Necə deyərlər; “nə yazırsan yaz, amma yazı yaz” Ortaya sözün əsl mənasında əsər çıxart. Salam Sarvan demişkən: “Yoxsa ki, bütün qapıları bağlayıb, açarı dərin dəryaya gömürsən və deyirsən get açarı tap.” Sizcə bu nə dərəcədə doğrudur? Ya da məcbur edirsən ki, səni ancaq ali zümrələr oxumalıdır. Axı ədəbiyyatda təbəqə seçimi yoxdur. Mirzə Cəlil, Mirzə Ələkbər Sabir və digərləri məgər ancaq ali təbəqə üçün yazırdı? Onlar ümumən xalq üçun yazırdı. Əgər düşünürsənsə ki, məni başa düşməyən oxumasın, onda götür dəftərini də, qələmini də, get evində otur. “Özün yaz, özün oxu, ol dəli dahi.”

Həəə, ol dəli dahi...
Gəl etirafe dək ki, bu gün yazdığınız bütün şeirlərdə açar ola bilməz və oxucuya açar borclu deyilsiz.


Düzdür, amma bu o demək deyil ki, şeirlər məntiqsiz olmalıdır. Şeirdə siz özünüzə aid şəxsi məqamı gizlədə bilərsiz, amma açarı yox. Şeir ümumi olmalıdır. Əgər yazılarımız ictimaiyyətə təqdim olunursa, onlara açar borcluyuq. Borclu deyiliksə, yazını sandıqda saxlayaq, sandıq ədəbiyyatı kimi...

Yox, yox belə eləməyək. Ədəbiyyatımıza “sandığı açarsız” şairlər lazımdır...  Məsələn:

Qara eynəkli adamam,
gözlərimdə min illərin
ağır dünya əzabı var.
Çox haqsızlıqlar görmüşəm,
bu gözlərin səndən başqa
yüz adama qəzəbi var.

Səni sevməm həyata bağlılığımdır,
gündüzlər səssiz dayanıb,
gecələr ağlamağımdır.
Daim axtarır gözlərim,
özümə vəfa, sədaqət,
sonsuz bir sevgi gəzirəm.
Bəlkə də bu axtarışla
məni sevən min insanın
sevən qəlbini əzirəm.

Qara eynəkli adam kimdir?

Qara eynəkli adam mənəm. Deyirdilər bədbinsən, gözlərini gizlətməyə çalışırsan. Qarşılaşdığım bir haqsızlıq məni bu şeiri yazmağa vadar etdi.
 
Qara eynəkli adamam,
gözlərimdə min illərin
ağır dünya əzabı var,
Çox haqsızlıqlar görmüşəm,
bu gözlərin səndən başqa
yüz adama qəzəbi var.

Bu şeirdə tam özüməm, başqa ola bilmirəm zatən, bacarmıram. Axı niyə başqa olum? Tanrı mənə şeirlərimi özüm kimi yazmağım üçün nə istəsən verib. Dərd, qəm, kədər, yalqızlıq, haqsızlıq, göz yaşı, qürur, iztirab və adımın yanına Murad...

Bu yaşda bu qədər yük... Bəlkə əslində Arzu Murad poetikaya çox qapıldığından belə olub?


Yoooox, deməzdim. Mən öz hislərimi nələrəsə görə boğan deyiləm. Poetika məsələsi deyil, məgər poetika mənə deyir ki, bədbin olub insanlara bədbinlik bəxş et? Qətiyyən! Əksinə, mən hər zaman nikbin olmağa çalışmışam. Düşünmüşəm ki, dərdi verən Allah əlbət dərmanını verəcək. Siz də məni tanıyırsız, xarakterimə az-çox bələdsiz. Şən, deyib-gülən biriyəm. Və tam əminlklə deyə bilərəm ki, zamanından, məkanından, insanından asılı olmayaraq, hər kəsin əhavlını yaxşı mənada dəyişməyə qadirəm. Bir tək özümlə bacarmıram. Rəhmətlik Nüsrət Kəsəmənli demişkən: Ürəyimlə bacarmıram, neyləyim?

Şeir deyin?

Sən həyata qırılma,
darılma əsla, gülüm.
Bu həyatın qanunu,
quralları belədir:
Mənasız yaşam, ölüm...

Sən həyata darılma,
zamana burax, gülüm.
Dünya gəldi-gedərdi,
Dəyməz göz yaşlarına
mənasız yaşam, ölüm...

Sən həyata qırılma,
faydası yoxdur, gülüm.
Barış öz taleyinlə,
Bu, Allahın hökmüdür:
Mənasız yaşam, ölüm !!!

Arzu xanım, bəlkə “Murada” çatmaq üçün kədəri bir dəfəlik atmaq lazımdır?

Murada çatmaqçun kədəri atmaq lazımdır, bu belədir. Amma mən kədərli deyiləm ki... Hər hansısa hadisəylə bağlı kədərli olmağım normaldır. Bir də mən sevinci özündə əks etdirən şeirlər yaza bilmirəm. Ancaq, bir yaxşı cəhətim bilirsiz nədir? Bəzi şairələr kimi bir balaca deşikdən düşən işığın da qarşısını almıram. Yəni oxucuya çıxış yolu, işıq yeri qoyuram. Sadəcə onların məqamlarına düşməyi bacarıram, vəssalam...

Bir az təxəlüsünüzdən danışın?

Murad mənim çox sevdiyim bir insandır, adlarımız da sinonimdir. Düşündüm ki, ədəbiyyata bu adla daxil olsam, imzam daha yaddaqalan olacaq və zənnimdə yanılmadım. Onu da qeyd edim ki, mən tək ədəbiyyatda deyil, addımım olan hər yerdə bu imzayla tanınıram.

Çox gözəl. Növbəti şeir...

Bacarmadım sənin kimi olmağı,
Qəlbimə olmazın yaralar vurdun.
Bilmədim nə idi günahım mənim,
Səbəbsiz, sərhədsiz qəsdimə durdun.

Sən elə bilirdin sevmirəm səni,
Gözündə bir qatı düşmən olmuşdum.
Elə sərt baxışla baxırdın mənə,
Sanki son ümidi səndən almışdım.

Qov məni qapıdan, qov, çıxım gedim,
Daha qalmağımın mənası yoxdur.
Sənə hər mənada güvənərdim mən,
Qəlbimin sən vuran yarası çoxdur.

Alçaldım qarşında min kərə sənin,
Unuda bilmədim, budur təqsirim.
Öldür məni, öldür canın qurtarsın,
Səndən icazəsiz oldum əsirin.

Yollarıma çıxma, azdırma məni,
Budur mənim səndən təkcə diləyim.
Özüm də bilmirəm necə sevgidir,
İndi barışmayır sənlə ürəyim.

Qovulmağa ehtiyyac varsa, getmək... Sevgiyə gəlmək plansızdır, bəs getmək?


Sevgiyə gəlmək plansızdır. Kimin qapısını döyəcəyin və qapını kimin açacağı əsla bəlli olmaz. Getmək isə plana bağlı deyil, o artıq ürək məsələsidir. Mənim bir sözüm var, (atalar sözündən quraşdırma): Sevdiyim əzizdirsə, qürurum ondan da əzizdir. Bir çoxları deyir ki, sevgi olan yerdə qürur olmur, amma bu boş sözdür. Mən qürurumu üstün tutduğuma görə qovulduğum və xoş üz görmədiyim qapını bir də çalmaram. Bu mənada qovulmaq lazımdır ki, qürurumu üstün tutum. “Sevgi olan yerdə qürur olmur” deyənlərə isə bir sualım var? Əgər sizin dediyiniz kimidirsə, niyə ayrılırsız və niyə ayrılıqlar çoxdur? Elə isə, qürursuzluq edib ayrılmayın. (təbii ki, hər ayrılığın səbəbi qürura bağlı deyil)

Bəs qovulan geri dönsə necə?


Qapımı açmaram. Mənim qapımdan çıxan bir dəfə çıxar və bir də geri dönməz. Dönsə də mən qəbul etmərəm.

Sizcə vermədiyim hansı sual qaldı?

Düşünürəm ki, peşəkar birinin işinə rəy bildirmək özünü gülünc yerinə qoymaqdır.


Söhbətləşdi: Ramilə Qardaşxanqızı.

Avanqard.net

Yenililklər
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.