Seyran İsmayıl - Bu gecə bir misra söz öldürmüşəm
14.02.14
Bəs niyə dayanıb bu zaman görən? Bəs niyə acılmır bu sabah allah? İlk dəfə səhəri qatil açacam, İlk dəfə batacam günaha allah.
Nə sənə gəlməyə həvəsim qaldı , Nə səndən uzaga getmək həvəsim. Bu sabah açılmır açılmır allah, Gedib o məzlumun qapısın kəsim.
Deyim ki bağışla ya öldür indi, Bir çiçək açmamış yaz öldürmüşəm. Bu gecə bir misra şer yazmışam, Bu gecə bir misra söz öldürmüşəm.
|