Mövlud Mövlud - Sevgi günü
14.02.14

Bu gün fevral ayının 14-üdür. Bakı küçələri əlində qızılgül olan qızlarla dolub-daşacaq...

Əslində, 14 fevralın sevgililər günü kimi qeyd edilməsinin tarixi keşiş Valentindən çox-çox əvvəllərə gedib çıxır. 

Qədim Romada 14 fevral tarixi bütün Roma xalqı üçün xüsusi əhəmiyyət kəsb edirdi. Həmin gün Roma Tanrılarının kraliçası olan Junonun şərəfinə bayram elan olunurdu. Səhərisi gün isə Luperkalia bayramı başlayırdı. 

Bu bayram xalqın gənc kütləsi üçün böyük önəm daşıyırdı. Çünki bu gündə bütün ilboyu cəmiyyətin qayda-qanunlarının məngənəsində boğulan gənclərə heç bir buxova sığmadan azad sevişmək imkanı verilirdi. 

Valentin niyə öldürülüb?

Valentini edam etdirən imperator II Kladius tarix qaynaqlarında bu hallara son qoymaq istəyən bir imerator kimi xarakterizə olunub. O, hətta orduda qulluq edən gənclərə evlənməyi müvəqqəti olaraq qadağan etmişdi.

O zamanlar Valentin Romada rahib idi. Onun ölümü barədə müxtəlif fərziyyələr var. Bunlardan ən geniş yayılmış olanı budur ki, həmin keşiş imperatorun qadağan etməsinə baxmayaraq, artıq keçmişdə qalmış o adəti bərpa edib və gizli şəkildə qızlarla oğlanları qeyri-qanuni olaraq görüşdürməkdə davam edirmiş.
 
İmperator onun bu hərəkətlərindən xəbər tutandan sonra keşişi zindana salır. Həmin il fevral ayının 14-də isə edam etdirir. 

Bəzi katoliklər iddia edirlər ki, Valentin xristianlığı təbliğ etdiyi üçün öldürülüb. Amma az öncə də qeyd etdiyimiz kimi, tarixdəki daha etibarlı qaynaqlarda Valentinin imperator II Kladius tərəfindən, bayaq yazdığım səbəblərə görə öldürüldüyü deyilir.

Mən necə düşünürəm?

Şübhəsiz ki, bütün bunlar tarixi fərziyyələrdir. Əsas olan odur ki, insanlıq bu qədər müharibənin, qanın-qadanın, şərin şəbədənin içində belə öz duyğularının saflığını, təmizliyini qoruyub-saxlaya, yüzillərin o tayından bu çağacan daşıya bilir. 

Mən sevgiyə münasibətin bu qatını təbliğ etməyin, bu tərəfini göstərməyin tərəfindəyəm. 

Cümhuriyyətin süqutundan illər sonra öz müstəqilliyini bərpa edən xalq, ordusu olmayan bir ölkədə könüllü Qarabağa gedib şəhid olan insanlar, teatr yaradan ziyalılar, qız məktəbi açan milyonçular... Hamısı sevgiyə layiqdir!

Hərəsini sevməyə bircə gün ayırsaq, bütün ili Sevgililər Gününə çevirə bilərik. Bütün il Sevgililər Günü olarsa da, ömrümüz sevgiyə bürünər. 
Ömrünüz sevgiyə bürünsün! /teleqraf.com/

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.