Mehman Qaraxanoğlu - Kişi ayaqlarının arasında...
14.02.14
Tablo
Pəncərədən baxırsan Qarşında çay Buğlanan çayın buğu Açıq yaxandan axır aşağı
Düymələrin şişmiş ovurdlarmı - Sözlü adamlara oxşayır onlar
Yığılıb saçların Fəqət bir tel Yalamağa hazırlaşır donunun ətəklərini
Rəqs eylə
Ey qadın Ey yarpağı üstündə olan Alma Armud Rəqs eylə
Əllərin Təzə-tər şivdi Rəqs eylə
Gövdən Ağac gövdəsi Rəqs eylə
Donunun qırışları – Köklər Rəqs eylə
Model
Ey qadın Ey rəssam qarşısında oturan Çılpaq model
Əllərinə de Dizlərinin arxasınca getməsin
Onsuz da Belə vaxtlarda Unutqan olur dizlər
Ayaqlarına de Soyunsun getdiyi məsafələri
Və onları hara gəldi atmasın
Metamorfoza
Ey kresloya oturan Çılpaq qadın Mən sənin əzalarının yerini dəyişirəm
Döşlərini ovcuna, Gözlərini Onların yerinə qoyuram
Dodaqlarını O zərif ayaqlarınla dəyişirəm
Və ovucların Ən qədim zamanla dolur
Daha gözəl görür sinən... Ayaqların danışır...
Ey tufan
Qayıqda qadın Adəmdi Həvvadı Nuhdu
Əllərində avar Kişi müqəvvasıdı Başını suya salıb çıxarır
Ey lal suları Kişi başıyla yaran Ey lal suları Kişi diliylə danışdıran qadın
Ey tufan Burnun Gövdən Sinən Ağrımızda
Bizsə səndə batırıq Ey qadın
Eheyy...
Ey kişiyə sarılan qadın İki gözün Pırr eyləyib uçdu üzündən Görmədinmi
Əllərini öz əlinlə Asdın kişi boynundan Boğdun əllərini Sezmədinmi
Ayaqlarını dəfn etdin Kişi ayaqlarının arasında O boş O mənasız ərazidə Doymadınmı
Yazı
Ey Başım üstə Dövrə vuran qadın Mən səni Enməyə qoymuram
Guya mən Yazı adamıyam Guya Belə yazılıb yazı
Misralarım Enmə zolağının Dümdüz xətləri
Guya sən bura ensən Pozulacaq bu xətlər
Qırılacaq Böyrümə qısıla-qısıla Üzümə qımışan İlham pərimin qanadları
Və sən Bunları bilə-bilə Daha çox fırlanırsan başıma Ey qadın
Avanqard.net
|
|
|
Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino Akademiyası təsis edib
|
|
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
|
|
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
|
|
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
|
|
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
|
|
13.03.24
Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur
|
|
11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
|
|
06.03.24
Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı
|
|
03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
|
|
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
|
|
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
|
|
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
|
|
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
|
|
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
|
|
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
|
|
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
|
|
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
|
|
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
|
|
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
|
|
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
|
|
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
|
|
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
|
|
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
|
|
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
|
|
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
|
|
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
|
|
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
|
|
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
|
|
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
|
|
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
|
|
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
|
|
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
|
|
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
|
|
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
|
|
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
|
|
10.01.24
"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub
|
|
26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
|
|
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
|
|
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
|
|
18.12.23
Fərid Hüseyn Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
|
|
|