Əli Türk: "Rep ümumilikdə ədəbiyyata çox yaxın bir janrdır" - MÜSAHİBƏ

17.02.14

Bildiyiniz kimi “BSU-Yaradıcılıq Fafakültəsi” olaraq yeni layihəyə start vermişik. Məqsədimiz layihənin adından bəllidir. “Tanımaq və Tanıtmaqdır”. Və buyurun özünüzü təqdim edin?

İlk öncə diqqətinizə görə sizə minnətdaram.
 
Əli Türk - Feyruzzadə Əli Bəhruz oglu 1993-cü il yanvar ayının 5-i Sumqayıt şəhərində anadan olmuşam. Ağlım kəsəndən sözə, sənətə böyük istəyim olub. Sumqayıt şəhəri 41 saylı orta məktəbin məzunuyam. Orta məktəb təhsili aldığım müddətdə də, şeir, əsas da rep (məsnəvi) yazırdım. Dört solo konsert, üç albom, 198 trek, 7 klip və 2 geniş formatlı rep proektlerinin müəllifiyəm. Fotoqraf, səs rejisoru və operator kimi də, çalışıram. Bunlarla yanaşı həm də “BSU-Yaradıcılq Fakültəsi”nin ikinci kurs təlbəbəsiyəm. Məzun olmağa hazıralsıram. Təvazökarlıqdan nə qədər uzaq olsa da, onu deyim ki bir çox uğurlarda əldə etmişəm.Və bu uğurları qazanma tarixi BSU-da təhsil aldığım müddətə təsadüf edir. Və Yaradıcılq fakültəsinin bütün yaradıcı və müəllim heyyətinə minətdaram.

Etiraf edim ki, ilk dəfə size tanıyanda təəccübləndim. Bu gün məhşurlaşmaq üçün “şou biznes” kifayətdir. Ancaq siz ədəbiyyatı da düşünmüsüz?

Rep ümumilikdə ədəbiyyata çox yaxın bir janrdır. Ritmik Amerka poeziyası hesab edlilir. Ədəbiyyata çevirəndə məsnəvi alınır.
Ümumilikdə rep və müəyyən tərzdə şeirlər yazmağa uşaqlıqdan başlamışdım. Daha çox məntiq və fəlsəfi kitablara ütünlük verdiyimdən məndə roman və hekayə yazmaqada həvəs oyandı. 4 dəqiqəlil bir musiqidə demək istədiyimin hardasa 50-60 faizin dinləyiciyə çatdıra bilirəm. Və hər kəsində repə qulaq asmadığın nəzərə alıb özümə müəyyən oxucu kütləsi yığmaq qərarına gəldim. Ən azından məni sevənlərə kitab qədər yaxın olmaq daha gözəldir.

Maraqlı cümlədir. "Kitab qədər yaxın" Amma bu günün kütləsi ədəbiyyatdan daha çox incəsənətə, şouya meyllidir. Bu barədə nə düşünürsüz?

Gənc yazıçılarımızın bir neçəsinin çox sada oxucu kutləsi var. Məsələn Elxan Zeynalı. Piyar üçün çox gözəl tarix və çox maraqlı idea fikirləşdi. Tələb olunduğu bir anda kitab təqdimatı elədi və yetəri qədər sevildi. Hardasa oxcuya yazdığından əvvəl kim və necə olduğunu bir yolla tanitmalısan. Məndə belə elədim.

Mətnləriniz çap olunur?

Mətbuatda çap olunmuşam və qismət olsa ilk romanımın çapını aprel ayına planlaşdırıram.

Mövzunu bilmək olar?

Bəli. Roman ümumilikdə metro vaqonlarının birində iki gəncin sohbətindən bəhs edir.

Bəs bu roman gənclərə, ədəbiyyatsevərlərə nə verə biləcək?

Romanın adı "Metrol"du. Roman gənclərə insanlara insanlıqına görə dəyər verilməsini, dinindən, irqindən sinifdən aslı olmayaraq hər kəsə vicdanına görə hörmət edilməsini aşılıyacaqına ümid edirəm. Gənclərin "küçə panyatkası" adlanan qeyri dəqiq və cavanları pis yola sürükləyən fikirlərdən uzaq olmasına səsləyən bir roman olacaqına inanmaq istəyirəm. Amma çox təəssüf ki, hal hazırda gənclrimizin əksəriyyəti mütaliyə eləmir.

Bizə hər zaman ümid etmək qalır. Və inanıram ki, kitab dünyanı dəyişməyə qadirdi. 

Təbii ki...

“BSU-Yaradıcılıq Fakültəsi”nə gəlmək qərarı necə verildi?

“BSU-Yaradıcılıq Fakültəsi” haqqında məlumat əldə edən kimi ilk işim BSU-ya gəlmək oldu. Dərslər haqqında maraqlandım və gedişat barədə bilgi əldə etdim, çox bəyəndim. BSU-da təhsil almaq olduqca maraqlıdı. Xüsusəndə Kamal Abdulla, Sayman Aruz, Qəşəm Nəcəfzadə kimi müəllimlərdən aldığım dərs mənə böyük güvən verir.

“BSU” necə, sizə güvənə bilər?

Məncə hə. Güvənə bilər.

Niyə məhz Əli Türk?

Soyumu və keçimişimi yaxşı tanıdığım üçün.

Tanımaq və tanıtmaq məqsədi ilə, yoxsa tanınmaq amaclı?


Tanımaq fakt olaraq mənim üçün daha məqsədə uyğundur. Amma taninmaqda bir o qədər vaciblik daşıyır. Özüm yox sözüm tanınınsın. Bu kifayyət edər mənə.

Avropa və Azərbaycan ədəbiyyatında yeni yazarlardan kimləri oxuyursuz?

Azərbaycan ədəbiyyatında yeni yazarlardan Şəhriyar del Gerani, Elxan Zeynallı, Sərdar Amin və bəyəndiyim bir neçə yazarı oxuyuram. Və onuda deyim ki, sizin də şeirlərinizi çox bəyənirəm. Xüsusəndə "Gedəcəm" adlı şeiriniz çox gözəldir.
Avropanın gənc yazarlarından daha çox Ben Karlin, Stu Zicherman, Evan Daugherty zövqümə uyğundur. Evan Daugherty həmdə tanınmış senaristlərdəndir.

Bu günki ədəbi polemikalara necə baxırsız, oxucuları diksindirmir ki?

Mübahisələr, müzakirələr, dartışmalar müəyyən çərçivə daxilində olsa, müəllifə həm də, oxuyuculara xoş təsir bağışlayar. Amma günümüzdə polemikalar çox zaman məqsədə uyğun olmur. Və bu zaman müəllifin yaradıcılğına qarşı fikirlər çox mənalı şəkildə dəyişir.

Lazımdırmı?


Hardasa lazımdır, məncə. Ədəbiyyatımızın mesenatı yoxdu məncə.

Bayaq kitab barədə vurğuladım ki, dünyanı dəyişməyə qadirdi. Demək mütaliyə insanı dəyişə bilir də?

Yaxşıya doğru dəyişir. Və bir insan kimi daha tez formalaşırsan. Təsir altına düşməmək mütaliyənin birinci şərtidir.

Təsirə düşməsən müəllifin oxu hədəfə dəymədi demək. Bəs oxucunu dəyişən nə olacaq?


Oxucunu dəyişən oxumağa sərf etdiyi zamandır.

Amma mütaliyə dəyişirsə, demək müəllif hədəfi düz tuşlamalı, bu zaman isə, mütləq oxucunu öz təsirində saxlamalıdır. Məncə buna görə Əli Türk məhs yazar olmaq isdədi.

Mütaliyə ilə daha maraqlı olur. İnsan kimi Formalaşmağında zamanın necə keçməsi böyük əhəmiyyət daşıyır. Hardasa yazar olmaq istəyimə təsir göstərən məqamlar söhbətimizdə öz yerini tutur.

Həmyaşıdlarınıza hansı əsərləri məsləhət bilərdiz?

Həm yaşıdlarıma oxuyub anlaya biləcəyi əsərləri məsləhət görərdim. Özüm isə, daha çox Kafka, Nitşe, Mövlanə, Paulo Coelho kimi yazarlrı oxuyuram.

Yaradıcılıq fakültəsinin əksər tələbələri etiraf eləyir ki, daha öncə mütaliyə maraq göstərməyiblər. Və ya zəif mütaliyədə bulunublar. Siz necə, mütaliyəyə BSU-Yaradıcılıq Fakültəsinə daxil olduqdan sonra başladınız yoxsa daha öncə?


Əvvəllər də, kitab oxumağı sevirdim. Amma əlimə keçən ilk kitabı oxuyurdum. Oxuyacağım kitab haqqında öncədən düşünmürdüm. Sonralar isə əmimin mənə qarşı olan yersiz fikirlərindən dolayı ümumiyyətlə mütaliyə elemirdim. BSU-ya daxil olduqdan sonra kitaba həvəs yenidən yarandı.

Əminiz nə fikirdə idi ki?

Böyük olduqudan evdə daha çox onun sözü keçirdi. Mənə ən az gündə on dəfə “o kitabları boşuna əlində saxlama” deyə-deyə kitablardan məni çox soyutdu. Rəsmi dildə çox səlist danışdığından məndən başqa hərkəsə onun sözləri inandırıcı gəlirdi. Bir sözlə özünü ağıllı göstərirdi. Amma hal bu ki, sadəcə danışmaqı bacarır. Düzün desəm məhs ona inad hal hazırda daha çox oxuyuram. Məclislərdə “filan” səhflərini deyəndə, yenə özünü dili ilə sudan quru çıxarır. Ədəbiyyat baxımından heç yola getmirəm onunla. Ümumilikdə qohum anlayışın məhs belə məsələlərə görə həzm edə bilmir. Qısa olaraq quyunun dərini qısası olmadığın məhs onlardan öyrənirəm.
Düzünü desəm qeyri rəsmiyyətlərinə görə mən də, qohumluq anlayışını tam dərk eləməmişəm.

Anlaşıldı amma ailə məsələlərinə girməyək. Bizim məqsədimiz ədəbiyyatda olan gəncləri tanımaq və tanıtmaqdır.

Əslində dediklərim ailə məsələləri deyil. O, da ədəbiyyat adamıdı. Ona görədə bu söhbətə toxundum.

Dərs prosesi zamanı, məhs sizin məsnəvidə dediyiniz şeirləri dinlədikcə anladım ki, mən repi sevirəm və əslində rep bu günümüzə lazımdır. Bu səbəbdən də, sizdən oxucular üçün bir məsnəvi istəsəm?

Replə bağlı dediklərinizlə də tam razıyam.

Səni hey düşündükcə bil beyində ağrılar var.
Heç hiss elədinmi sən, səni sevdim ağrılarla?!

Hər səndən yazanda az qalır qələm danışsın.
Məndən küsüb sətrlər inanmıram barışsın.

Mən elə bilirdim ki, hisslərim əsirindi.
Göndərdiyim səsli məktub dünyaya əsir indi.

Səninsə yazdığın hər şey torpağa əsir indi.
Bunları bir şey sanma düşün ki, nəzmimdir.


Yazdığım hər cümlədə Paulo Coelhonun aforizimin düşünürəm. "Açıqlamalarla vaxtını xərcləmə; insanlar sadəcə eşitmək istədiklərini eşidirlər".

Məsnəviyə görə təşəkkürlər.  Amma mən Paulo Coelhonla razı deyiləm. Elə insanlar var ki, anlamaq üçün həqiqətin açılmasını gözləyir.

Ola bilər...

Hər səndən yazanda az qalır qələm danışsın.
Məndən küsüb sətrlər inanmıram barışsın.
Çox gözəldir. Bu sətirlər kimdən güc alır?

Bu sətirlər "O"ndan güc alır.

Əlifbadan "o" hərfini çıxartsalar neynəyərsiz?

"Sən" əvəziliyi ilə əvəz edərəm. Və yazmaq da, çətinlik çəkərdim.

Yəni əvəzliklər hər vaxt işə yarayır?

Yazılarımda işə yarayır. Amma həyatdımda olan hər kəs mənim üçün əvəzedilməzdi.

Deyirlər hər son bir başlanğıcdı. Sevgidə necə, əvəz etmək asandır?

Hər şeyin son elə son olaraqda qalır. Ümumiyyətlə əvəz etmək çox amma çox çətindir.

Hələ çox gəncsiz və həyatı anlayaraq yaşamağa demək olar ki, təzə başlamısız. Sizcə həyat sevgi sunur yoxsa sevgi həyat bəxş edir?

Məncə yaşadığın müddətdə, yaşadığın həyat sevgini sənə verir. Amma sevgi birmənalı olaraq tez tükənən bir hissdir. Sonuna qədər sevgi istəyirsənsə ayrı qalmalısan. Belə desək sevgi bir o qədər də, mənim üçün əhəmiyyət kəsb etmir.

Ən çox sevdiyiniz sevgi dastanı hansısır?

Heç kimin oxumadığı "Mən və O"

Aladırmı gözlərin, qaradırmı, necədir?
Bəlkə elə xalın var, ay ömrün rəfiqəsi,
Qoy qara xalın olsun həsrətimin nöqtəsi! 

Əli Kərim bu şeirlə nə demək istəyirdi?


Dunyada dörd cür insan var: aşiqlər, özünə vurğunlar, xəyalpərəstlər və dəlilər. Əli Kərim aşiqlərdən idi. Məhs bu yazıda onun əsl aşiq olmasının əsas nümunələrindəndir. Əli Kərim həsrətə dözümsüz bir insani təsəvvür edib burda. Ə.Kərimin ömrü, öz şair sözü kimi poeziyada atributa çevrildi.

Söhbətimizə növbəti məsnəvi rəng qatsın?


Bağlanmış omür kitabı maraqsızdır səhifələr.
Yazılmamış bir nəfəs yalanlarıda düz deyər.

Danişa bilmədim ki, demədim heç həyatımdan.
Sənlə olan pis anlarda unudulmaz yadımdan.

Adından da, görüb bezdim artıq həyat zəhərindən.
Sevgilərdə uyğun gəlmir əbədi əsər şərhindən.

Əzəldəndi əsrlərlə yazılanlar pozulmaz.
Sakit gedən həyat oyunda qəlbimlə uduzmaz.

Vermədiyim hansı sual qaldı?

Bilmirəm vallah.

Söhbətə görə təşəkkürlər.


Söhbətləşdi: Ramilə Qardaşxanqızı

Avanqard.net

Yenililklər
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.