Elşad can Şamil - Ayrılıq qəzası bizi bulmasın...
25.02.14
Sən mənim həyati müəlliməmsən. Hər dərsə gəlişin ucaldır məni. Şagird tək partada əyləşim öndə Əlimi qaldırım sən qaldır məni...
Sən ömür qatarın ilk vaqonusan, Getdiyin yerlərə gəl götür məni. Dayanıb ard-arda, verib əl-ələ Mən yolu göstərim, sən ötür məni...
Sən tale yolumun “dur” nişanısan Ayrılıq qəzası bizi bulmasın Nə olar sən mənim alnıma yazıl... Qəzavi-qədərdən qaçmaq olmasın...
Avanqard.net
|