Kiyan Xiyav - Şallaq sevgisi
25.02.14

Qoşuq - öykü (şeir- hekayə)

Qadınların sorağına gedirsənsə, şallağı unutma! (Nitşenin “salumə” ilə bağlı, böylə buyurdu zərdüşt kitabında dediyi söz)

“Mən” də – bizim baxışımızda daha – bir öykü olub, bir büyü, bir dil oyunu, və düşünməkdən və duymaqdan və istəməkdən əl çəkib.(Nitşe - bütlər batışı)
Bu dizgə - poema, Nitşe və salumənin böyük ruhlarına sunulur.







Acılar yaşadım sənlə acılar sənsiz, salumə!
əlində şallağı belə sevdim və susdum susuram dilsizdi sevgi
sınırından uzaq sevdim sevməyim deyə sonra
susaraq dilsiz ən böyük incinmələr içindəydim.

Hələ çoban şah qızına vurulmamışdı
Mən sənə vurulmuşdum
Səni anınca gecələr ulduz topalarına sığınırdım
Cırcıralar səsi dənizindəydim
Dadlı düşlər üzeyində arxası üstə uzansam da
Göyərçin qanadlarımda dolaşdırırdım səni
Gözlərimdə göy üzüylə sevişirdi som sular
Qulaqlarımın dibində dağlıq oynaq mahnıların dili yasaq!

Yalanlar eşitdim səndən yalanlar sənsiz salumə
Demədiyim sözlər vardı sənə eşitdinmi?
Səsimdə tanrı səsini duymuşdun
Oysa bir bayraq yenilmişdi səsimdə
Bir dil yasaqlanmışdı
Oxul şarqıları, səsli qoşuqlar
Və sənə deyilməyən bir çox sözlərim.
Kimsə varmı buralarda deyə sordun
Varam dedim
Və deməyə sözüm yoxdu ylnızlığımdan başqa.
Məndə burjva çiçəyi nə gəzirdi salumə
Bir roz gülü yatağını bəzəsin deyə
Qanım tökülməliydi ki tökdün
Razıyam.

Bunla belə eşitdinmi?
Səsimdə dörd nala çapan atların sınan sırnaqlarının səsiydi
Səsimdə səssizlik bürümüşdü bir dilin tarixini.

Səs tanrısı dedin mənə, salumə!
Bilmədin ki bilməyirsən
Mavi qaşlarda partlayan bir köpükmüş gerçəyində
Dəmir aşıq havaları.

Səni sevdim və susdum
Canımı ortaya qoydum sevgi və susmaq üçün.
Və burma bığımla süpürüb atdım
Silib süpürdüm burjvalığını.
Sus gözünü sevim sən də sus- sus dedim, salumə!
Onsuz da qoşuqçular və filosoflar dartışırlar kitabxanamızda
Sus ağzını öpüm sus
Buyur cam- cama, can- cana susaq röyalarımızı!

Lənət olsun səni məndən alan feodal sisteminə!
Lənət olsun səni məndən edən federal yoldaşların istəyinə!

Hanı salumə, hanı
Yalnızlığın ən qaranlıq çağlarında
Qanadlar al- ver etmişdik
Və ən uzaq uzaylarda
Dimdiklər paylaşmışdıq?
Hanı o səs tonlarımda qulluğuna gətirdiyim amadeos
Hanı sırqa asladığın o saksifonun kök düyməsi səsim?
Hanı o sevgi dastanlarında gözəlləmələrimiz
Hanı o yeddi ölkənin göy üzünü sarıb durdu
Ortaqlığımızın qoşa qanadı?
Hanı orta doğunun orta göbəyində
Bir şəhər var adı təbriz demişdik
O qollarımızı qırmaz deyə güvənmişdik?
Yoxsa unutdunmu
O gövdəmizə saplanan su oxlarını acı çayda?
Söylə unutdunmu
Göy məçidin kərpicləri kimi sınan əllərimizi?
Hələ söylə mən kiməm belə sorsam tanıyarsanmı?
“Artıq o mən – bizim baxışımızda –
Duyub düşünməklərindən
Aşırı istəklərindən əl çəkən bir bitmiş öykü
Bir büyü, bir dil və bir dil oyunu!”
Mən güvəndim sevdim və unutdum bütün bunları
Sənsizlik və səssizliyimdən başqa.
Şallaqlığınısa heç unutmuram
Unutmasın istəyirəm başqa sevənlərin də!
Çox sözüm vardır demirəm hələ sənə eşidirsənmi?
Dünyamsan dünyam, salumə!
Sənə arxayın deyiləm dünyaya da
Ancaq sənə inanıram sevgiyə inanmaq varkən.

Biz birlikdən ayrılığa vardıq, salumə!
Sorunları araşdırdıq
Seviləsi bir insan deyilmişik bir- birimizə
Və səngiyən sevgi çalışmalarıymış fəlsəfələr
Olmağından olmamağı yaxşıymış yaşamın da.
Mən yuxu görürəm artıq bu yaşamı və səni sevib susuram
Qoy yuxularım kimsəyə yozulmasın!
Qoy qodosunu gözləsin bizdən yüz il sonra samuel beket
Bir az yata bilsəydim deyə diləsin istiraqon
Dünən də yatmışdın desin vladimir
Istiraqon çalışsın
Vladimir dözsün!
Qoy zamanı saat- saat bölüm hələ yuxularda sənlə görüşmək varkən
Qoy saat- saat bölünsün ürəyim zaman əliylə sənin oyaqlığında!
Qoy mən gecələri alnından öpüm
Gecələr yuxularımı
Mən səni yuxuda öpüm
Sən düşlərimi öp oyaqlığında
Nə məni bağrına bas
Nə də ayaqlarının altına at
Yuxu yoxsa oyaqlıqda
Mənə də bir çatacaq yer olar kəsin!
Lap qoy ölüm gəlsin bunca yaşam gözəlkən
Bir gövdə çıxmadan batsın bir günəş
Bir tin doğulmadan sozalsın bir ay
Göylər üstündə dikey yox
Torpaq altında yatay!
Qoy ölmədən sevgin bir ana olsun
Yuvarlaq yer oynatsın döş ucunu gözlərimdə!
Qoy sevgin bir uşaq olsun
Duyarlı bir şüşə nəsnəylə oynasın köksümdə!
Səni qoşuqsu fəlsəfəmi yazdığım bir kitab kimi cibimə qoyma istərəm
Səni yazıb- yazıb- yazıb yazından doymaq.
Səni körpə bir uşaq əmməyim gəlir, salumə!
Səni yosma bir çiçək əlləməyim.
Ax, salumə, salumə!
Qoy sənə öyrətdiklərimin yerinə
Bir tək insan gözəlliyini öyrənim
Və səni
Məni
Ağır- ağır gəmirən bir şallaq sevgisində sevim
Sevim
Və yenə sevim!...

1392/ 10/25 (2014)


Avanqard.net

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.