Sayman Aruz - Ah, İzabella, İzabella
25.02.14

Hekayə

İzabel çay stəkanını masanın üstünə qoyub dedi:
- Gecdi Kris, saat 10 oldu artıq. Mən getməliyəm!
Kris başını çevirib mətbəxin divarındakı saata baxıb kədərlə dedi:
- İzabella, mən sənin gecələr işləməyinlə razı deyiləm. Ceniferin sənə ehtiyacı var. Gecələr oyanıb ağlayaraq səni səsləyir. Eh, lənətə gəlmiş bu pulsuzluq!
İza Krisə yaxınlaşıb kənarındakı oturacağa oturub əlindən tutdu.
- Məcburuq Kris! adicə komunal xərcləri ödəyə bilmirik. Yadından çıxıb? Keçən həftə o qarnıyekə Con bizi evdən çıxarırdı. Nə var ki, bir ay kirayə gecikmişdi. Mən bu işi çətinliklə tapmışam. Nə tez unutdun? Neçə həftə elanlar qəzetlərini ələk-vələk elədik? Xəstəxana işi mənim üçün rahatdı. Neynirəm ki, bir balaca təmizlik işləridi. Onu da tezbazar eliyib qurtarıram.
Kris İzabellanın burnundan öpüb dedi:
- Sən mənim ürəyimsən İza! Sən evimizin kraliçasısan. Necə nəzarətçi işləməyinə razı ola bilərəm? Gecələr yatmırsan. Səhər gələndə gözlərin şişir, danışmağa halın olmur. Sən gələn kimi də mən işə gedirəm. Bir yerdə ola bilmirik. Heç yadına gəlir neçə vaxtdır sevişəmişik?
İza başını aşağı salıb asta səslə cavab verdi:
- Bağışla Kris. Bilirəm sənin üçün çox çətindir. Elə mənim üçün də çətindir. Amma çarəmiz yoxdur. Biraz da döz Kris! Mən səni çox sevirəm.
- İzabel…
- Heç nə demə Kris… Ceniferin təzə yatızdırmışam. Sən də duş al, get yat dincəl. Bu çətin günlər də keçəcək. Biz yenə də bir yerdə nahar edə biləcəyik…Mən sizi sevirəm……

İzabel Krisin dodaqlarını öpüb ayağa qalxdı. Kris hər gün axşam saat 10:30 da İzanı işinə tərəf yola salırdı. Ona görə də ikrahla da olsa yerindən durub İza ilə birlikdə qapıya tərəf getdi. Qapıya çatanda İzabellanı arxada qucaqlayıb dedi:
- Biz də səni sevirik əzizim. Özünü çox yorma. Sən bizə lazımsan!
İzabel başını arxaya çevirib qulağını Krisin dodağına sürtüb dedi:
- Unutma ki, mən harda, kimlə də olsam səni çox sevirəm!

Kris qapını bağlayıb mətbəxə qayıdı. Şkafdan özünə rumka götürüb bir az viski süzüb televizorun qabağında oturdu. Tv-ni açıb başladı kanalları dəyişməyə. Fikrini bir yerə yığa bilmirdi. İş yerindən azad edildikdən sora maddi baxımdan çox çətinliklərlə üz-üzə gəlmişdilər. Komunal xərcləri, ev kirayəsini, uşağın xərclərini ödəyə bilmirdilər. Məcbur gedib bir şirkətdə mühafizəçi işləyirdi. Səhər saat 6-da evdən çıxır, axşam saat 10-da evə çatırdı. Evə gələr-gəlməz də İzabella xəstəxanada işləməyə gedirdi.
Viskini başına çəkib, ayağa qalxıb paltarlarını çıxarıb hərəsini bir tərəfə tullaya-tullaya hamama tərəf getdi. İsti suyu açıb altına girdi. İzabellə necə isti suyun altında sevişdiklərini xatırladı. İzabella olduqca gözəl və ehtiraslı qadın idi. Elə götürək bu qarnıyekə Conu, ev kirayəsi adı ilə evə gələndə gözünü İzanın arxasından çəkmirdi. Lənətə gəlmiş Con!
Kris ayılıb öz bədəninə baxdı. Su yuxarıdan aşağı axıb cinsi orqanının üstündə yerə axırdı. Ehtiras Krisin bədənini bir anlıq əsdirdi. Hamamdan çıxıb dəsmala bürünüb televizorun qabağına qayıdıb oturdu. Pultu götürüb kanalları dəyişməyə başladı. Kanalların birində +18 film verilirdi. Kris çoxdan idi ki, bu kanallara baxmırdı. Kanalı dəyişmədi. Filmdə bir oğlanla bir qız divanın üstündə sevişirdilər. Kris tüpürcəyini udub, ayağa durub, viskiyə tərəf getdi. Rumkanı doldurub televizora baxa-baxa başına çəkdi. Oğlan qızın dodaqlarını ehtirasla öpürdü. Əllərini qızın bədəninə sürtüb soyundurmağa çalışırdı. Qız oğlanı söyüb ehtirasla bağırırdı. Kris bir rumka da viski süzüb gedib divanın üstündə oturdu. Viski onu əməllicə qızışdırmışdı. Yadına düşdü ki, İzabellanın da ən çox sevdiyi, söyüşlə dolu sevişmək idi. İza sevişmək zamanı söyüb, söyülməyi xoşlayırdı. Bu İzaya çox ləzzət edirdi. Həmişə də eyni sözlə başlayırdı, “hə..at kimi, at kimi”! Çoxdan idi ki, Kris İzanın o ağ bədənin doyunca öpə bilməmişdi. Bəzən o qədər yorğun evə gəlirdi ki, heç ümumiyyətlə cinsi orqanını unudurdu. Sevişmək deyilən bir hissə biganələşmişdi.

Oğlan qızı tam soyundurub yatağın üstünə atdı. Kris ayaqlarını biri-birinə sıxıb diqqətlə baxırdı. Oğlanın yerində olmaq istəyirdi. Sanki cismi və ruhundakı yatmış ehtiras alovlanmağa başlamışdı. Divanın balaca yastığını qucaqlayıb rumkaya tərəf baxdı. Rumkanı boş görəndə əsəbləşib ayağa durdu. Gedib mətbəxdən viski butulkasını gətirib masanın üstünə qoydu. Bir rumka süzüb başına çəkdi. Filmdə reklam fasiləsi idi. Ürəyində dedi: “eh, lənətə gəlmiş bu reklamlar olmasaydı!” Reklamlarda telefonla seks edən qızları göstərirdilər. Guya kim istəsə telefon nömrələrinə zəng edib telefonla seks edə bilərdi. Ancaq o dostlarından eşitmişdi ki, ekranda göstərilən qızlar müştəri cəlb etmək üçündür və səninlə telefon seks edən qız heç də şəkildə gördüyün kimi olmur. Kris fikirləşdi bu da pis yol deyil. Elə mənim kimi yazıqlara bu yaxşıdı. Beləliklə həm rahatlaşırsan, həm də xəyanət etmiş olmursan.

Ayağa durub işıqları söndürüb, telefonu götürüb yatağına tərəf yola düşdü. Yorğanın altına girib əli əsə-əsə nömrəni yığdı. Özünə haqq verirdi. Ürəyində “mən kişiyəm, mənə olar”, bu ki, xəyanət deyil” deyirdi. Telefonun otayından bir qız ehtirasla “alo” dedi. Kris başını yorğanın altına soxub səsini sıxıb dedi:
- Alo…
- Bəli…
- Salam
- Salam…hazırsan?!
- Nəyə? Hmm…bilmirəm…adın nədi?
- Adımı neynirsən ee! Sənə adım lazımdı, yoxsa…
- Elə belə soruşdum.
- Sən Katrin de.
- Yaxşı.
- Neçə yaşın var?
- 40. Bəs sənin?
- 23! Gəl bu sözləri boş verək. Xoşlayırsan həə?
- Bəli, kim xoşlamır ki!
- Sevgilin var?
- Evliyəm!
- Evlisən? Bəs yoldaşınla niyə seks eləmirsən?
- Nə bilim…olur olanda.
- Bəs necə olur?
- Necə?
- Heç nə..heç nə! Mənə bax e! Şəxsi münasibətlərinizə qarışdım. Deməyim odur ki, yəni necə başlayırsız? Dodaqdan?
- Bəli…dodaqdan.
- Onda başla…elə bil ki, oyam. Yəni yoldaşınam. Yum gözlərini de…
- Nəyi deyim?
- Nə elədiyini. İndi neynirsən orda?
- Heç, uzanmışam yatağa.
- Əlin hardadı?
- Telefonu tutmuşam.
- Bəs ikinci əlin hardadı?
Məncə adamlar iki dəstədirlər. Birinci dəstə gələcəyə ümidi olanlardılar. Hansılar ki, İsanın zühürüna ümid bağlaya bilir, inanırlar ki, kimsə gələcək və bu pox günlərimizdən bizə qurtaracaq. Ikinci dəstə onlardırlar ki, keçmişdəki gözəl xatirələrlə yaşayırlar. Nostalji hisslərlə xoşdurlar və həmin günlərdən ayrılmamaq üçün bir gözləri həmişə bağlı olur. Bu iki dəstənin arasındakı sürüşkən sərhədlərlə işim yoxdur. Mən və ətrafımdakı bütün insanlar ikinci dəstəyə aidik. Bəzən oturub böyüdüyümüz küçələri xəyal edib xoşallanmağı gələcəyə aid plan qurmaqdan artıq sevirik. Gələcək yeni tanıdığın qadın kimidir. Onu sevə bilərsən. Ancq sevdiyin saniyə ondan ayrılmağın başlayır. Gələcək vəfalı deyil.

- Burda…yanımda
- Onu da işə sal dee. De görüm öpəndən sora neynirsən?
- Öpəndən sonra?
- Hə!
- Bilirsən..onun çox dadlı dodaqları var. Bəzən mən elə onun dodaqlarında qalıram. Sonrası olmur…
- Necə yəni? Limon xoşlamırsan?
- Limon?! Hə,hə…xoşlayıram
- Onda gözünü yum və elə bil ki, o limonları…
- Hmmm yumdum.
- Danış! Nə istəyirsən de. Ağlına nə gəlir danış.
- Ağlıma onun gözləri gəlir…
- Öp…
- Bədəni…
- Nəfəsini gəzdir…hmmmm. əlin hardadı?
- Sənə lazım olan yerdə!
- Yoldaşını sevirsən?
- Çox…Səsiniz…
- Sevgi dolu sevişməyi sevirəm. Orqazmı möhtəşəm olur!
- Hmmm, olur. Əla olur…Yaşamısan?
- Hə, amma yox, yox. Sevirəm e sevməyinə. Amma…Nəysə de…İndi harasındasan?
- Nəyin?
- Onun de! Min belinə madyanın!
- Mindim. O bunu çox sevir…
- Hmmm, min onda. Min çap…
- Yaxşı…
- Çap…döyə-döyə çap.
- Yaxşı…
- Döy onu.
- Hmm…O da bunu xoşlayır…
- Döy onda… Döyə-döyə seviş…səsini eşitmirəm, danış!
- Hmmmmmmm
- Söy onu…qadınlar söyülməyi xoşlayır.
- Hmm. O da belədir! Siz qadınlar sevilməkdən çox sevişməyi xoşlayırsız. Kim sizinlə daha çox, daha ehtiraslı sevişdi, o sizin əsl sevdiyiniz olur….
- Hmmm, biz qadınlar hamımız beləyik. Söyülməyəndə yaxşı yata bilmrik…
- Söyürəmmm…Bəs sənin əlin haradadı?
- Sənə lazım olan yerdə!
- Hmmm…Əlasız! Gündə neçə nəfərlə…?!
- Sənə nə! Belindəsən hələ?
- Həəə…Səsiniz mənə…
- Səsim nə? Tanış gəlir? Bunu gündə min nəfərdən eşidirəm! Telefonda bütün səslər tanış gəlir. İşində ol!
- İşimdəyəm!
- Çox qalırsan?
- Yox, çatıram!
- Hara? Görünür dozanı artıq elədim(Gülür).Təsəvvür elə ki, at çapırsan. Min belinə yapış saçlarından…!
- O üstümə gəlməyi də xoşlayır…
- Mən də xoşlayıram. Beli üstə uzan çapsın səni.
- Həəə…..
- At kimi, at… !
Kris susdu. İzabel…! Hamımız bilirik ki, şüuraltımız nə müsibətlə pis və mənasız xatirələrimizi yaddaşımızdan silir və yerdə qalanını bəzən xoş, kədərli və ya zarafatabənzər xatirələrə çevirir. Məsələn birlikdə oturub “nə yaxşı günlər keçirmişik”, əla günlər idi” kimi sözlərlə özümüzə kömək edirik ki, qarşıdan gələn çətin günlərə dözə bilək. Nostalji düzəltməyin ustadına çevrilirik. Sanki keçmişdə heç vaxt nə küsməmişik, nə də söyüşməmişik. Bəlkə də ürəyimiz biri-birimiz üçün darıxırdı və biz sadəcə uşaqlar kimi şıltağlıq eləyirmişik. Biri-birimizi uşaqlar kimi aldadırmışıq…

- Mən qurtardım!
- Hmmm lap yaxşı. Mən də az qalmışdım qurtaram. Eybi yox, mənim hələ səhərə kimi vaxtım var. Necə idi? Ləzzət elədi?
Kris əlini ürəyinin üstündən çəkib yanağındakı yaşı silib sıxıla-sıxıla dedi:
- Sən, sən harda olursan ol, təkrarolunmazsan!
- Nə? necə?
- Heç, sağ olun!
Məncə yaxşı xüsusiyyət deyil, amma mən çox dəyişkən xarakterli adamam. Yeni şeyləri sınamağı sevirəm. Başlamağı sevirəm. Məsələn həmişə ürəyim istəyib ki, memar olardım və sənin üçün yaxşı bir ev tikərdim. Amma sən heç vaxt bunu istəmədin. Ürəyim istəyib ki, rəssam olardım və sənin üçün gözəl bir kuklanın rəsmini çəkərdim. Amma sən qoymadın. Dedin axırı yoxdur. Uşağlıqda müəllimimizin karikaturasını çəkdiyim üçün sinifdən qovulmuşdum. Sinif yoldaşlarımın hamısı mənə güləndə mən onlara demişdim: “yalnız dəlilərdir ki, heç nədən gülürlər”. Yaxşı yaddaşım olmasa da həmin cümlə o zamandan beynimin divarına yazılıb. Özümə gülməyim gəlirdi. Düşdüyüm durum doğurdan da çox gülməli idi.

Kris yorğanı başına çəkib astaca ağlamağa başladı. Deməli İzabel…! Kris dəfələrlə İzanın maaşının çoxluğundan təəccüblənmişdi, amma İza bunu işinin məsuliyyətli və müdirinin yaxşı insan olmağı ilə əlaqələndirirdi. “İza…İza axı niyə”?
Kris yorğanın altından qalxıb ayaq yoluna tərəf getdi. Suyu açıb, güzgüyə baxdı. Birdən uca səslə ağlamağa başlayıb, güzgüyə yumruqla vurub dedi:
- Oğraaaş! Əclaf! Mən bədbəxtəm! Axı niyəəə!?
Şüşə əlini kəşmişdi. Qan rakvinanı qırmızı rəngə bürümüşdü. Kris İzabella ilə öz aralarında olan münasibəti fikirləşdi. Otaqdan Ceniferin səsi gəldi. “ata, ata”-deyə çağırırdı. Kris əl-üzünü yuyub otağa tərəf getdi:
- Bəli, qızım! Gəldim, gəldim…

***
Səhər saat 6 idi. Kris mətbəxdə özünə süd süzürdü. Saat 8-də işdə olmaq üçün ən azı bir saat qabaqdan yola çıxmalı idi. Soyuducudan bir tikə şirniyyat götürüb masanın üstünə qoydu. Ürəyində “İza gecikir, Cenifer indi yuxudan durar” deyib yeməyə başladı. Elə bu fikirlərin içində idi ki, İza qapını açıb içəriyə girdi. Gözlərinin altı şişib, qaralmışdı.
- Salam…
- Salam İza!
İzabel yaxınlaşıb Krisin dodaqlarından öpüb davam etdi:
- Cenifer durub?
İzanın gözündə sula dolu bir baxış var idi. Kris başını aşağıya salıb, ayağa qalxdı:
- Yox!
- Yaxşısan?
- Yaxşıyam! Mən işə gecikirəm canım. Mənə sözün yoxdu?
- Yox canım! Səni çox sevirəm!
Kris qapıya tərəf yola düşüb ayaqqabılarını geyinməyə başladı. İza Krisi arxadan qucaqlayıb yumşaq səslə dedi:
- Kris…
Kris gözünü yumdu:
- Bəli, İza…
- Bilirəm narahatsan. İnan ki, mən də yoruluram. Bütün xəstəxananı mənə təmizlətdirirlər. Sənə söz verirəm bu işdən ayrılacam. Üzülmə, yaxşı canım!
Kris boğula-boğula dedi:
- Hər şey yaxşı olacaq İza…
- Kris!
- Nəsə olub? Hə? Düzünü de mənə lütfən! Kris…
Kris kədərlə dedi:
- Yaxşıyam İza. Heç nə olmayıb. Təki sən yaxşı ol..
Sonra isə İzanın sağ əlini öpüb, qapını açıb işə tərəf yola düşdü!

***
Məncə elə lap indi yazmağın vaxtıdır. Bəlkə mən birazda qocalsam, gecə yatmadan öncə prostat dərmanlarımı unudsam və ya İza klimaks olub pessimist olsa nə sevgi, nə də xatirələr bu qədər şirin olmaz. Bəzən fikirləşirəm ki, niyə hər şey 18 yaşından sonra azad olur, ondan öncə isə nələrisə təcrübə etmək qadağandır!? Ümumiyyətlə bu yaş məsləsini kim çıxarıb, haradan gəlib? Hətta bir çox dostlarım məni adla səsləyəndə onlara deyirəm ki, məni adımla yox, şəklimlə çağırın. Nəyə oxşayıram onu deyin. Məsələn deyin: “hey, yazıq” və ya “Hey tənha” və ya “hey eşşək”! Sizcə belə doğru olmazmı? Ona görə ki, üçüncü dəstə adamlar da var. Hansılar ki, bu xaraba qalmış “indi” də yaşayırlar. Və yadlarına gəlmir ki, mən İzagilin küçələrində mobil telefon əlimdə küçəni o baş-bu başa gedib İza ilə ağlaya-ağlaya danışırdım. O qədər danışırdım ki, zamanı unudurdum. İzagilin qapılarındakı pillədə oturub ağlaya-ağlaya İzaya sevdiyimi başa salmağa çalışırdım. Halbuki, bütün o kədərli olaylar o zamanın “indi”sində baş verirdi. İza isə telefonun arxasından mənə deyirdi: ”bütün adamlar, bütün dostluqlar, bütün bu olanlar mənasızdılar”. Sanki Allahın səsi kimi telefonun arxasından mənə deyirdi: “Narahat olma, önəmli deyil, lənətə gəlmiş keçmişə fikirləşmə! ”Allah dedim yadıma düşdü. Məncə bu dünyada yeganə adam ki, heç nə vecinə deyil, elə Allahın özüdür!

Kris İzanı öpüb qapını bağladı. İza xəstəxanaya tərəf yola düşdü. Cenifer artıq yeddi yuxunun içindəydi. Kris özünə viski süzüb divanın üstündə uzanıb televizora baxdı. İzanın səsi qulağındaydı. “Gəl özümüzü nostalji hisslərə həsr edək Kris”! Pultu götürüb kanalları dəyişməyə başladı: “Bu xəyanət deyil, olsa da mən ondan daha çox xainəm. O pul üçün, mən ehtiras üçün eləmişik. Həm İza yataqda da, telefon arxasında da eynidir, yəni təkrarolunmazdır. Bəzən həqiqətdə tapa bilmədiklərinin nostaljisini yaratmaq, xəyalını ən sərfəli və ən doğru yoldur. Bəzən küçələrdən keçərkən qapılarında bir tablo, üstündə də bir ad yazılmış evlərə rast gəlirsiz. Bəzən adamlar o evlər kimidirlər. İçlərindən kimisə eşiyə çıxarıb Hitlerin icbari kamplarına, müharibəyə yollayıblar. Bu tablolar, yəni bu adlar da onları “anmaq” üçündür. Bəzən biz adamlar təkbaşımıza “Auschwitz” zindanında adambaadam yandırılmış ordu kimiyik. İçimizdəki adamları yandıra-yandıra “anım tabloları” kimi üstümüzdəki adla tanınırıq. İzabella sadəcə bir ad idi. İçi yandırılmış adamlarla dolu. Kim nə bilir, bəlkə onun içində bir neçə nəfər var ki, hələ yandırılmayıb!? Elə mənim də”!
Ayağa qalxıb, mətbəxə gedib, biraz da viski süzüb başına çəkdi. Viski dara çəkilməyə hazır olan bir insanın ürəyi kimi onu çırpındırdı. Hamama tərəf getdi. İsti suyu açıb altına girdi. Su başından axıb bədənindən süzülüb yerə damcılayırdı. Ehtiras Krisin bədənin bürüdü. “Kim deyirsə ki, dara çəkiləndə səndən qan çıxmır yalan deyir. Qan axır, hətta güllələnməyib dara çəkilsən də qan axır səndən”!
“- Kris?
- Canım , İzabel?
- Sən Allaha inanırsan?
- Bəli İza, inanıram.
- Bəs o əsgəri küçənin ortasında doğrayıb filmini “youtube”-yə yerləşdirənlər də inanır?
- Nə deyim İza..! Məncə inanır.
- Bəs o əsgər necə Kris? O da inanır?”
Ah, İzabella, İzabella! Ah lənətə gəlmiş bu həyat! Kris hamamdan çıxıb dəsmala bürünüb yataq otağına təfər yola düşdü. Telefonu götürüb yorğanın altına girdi. Dünənki nömrəni yadında saxlamışdı.
- “Əsgərlər elə ölmək üçündür İza”!
Uşağlıqda adam tapmayanda özüm özümə məktub yazıb dərdləşirdim. Səni incidən şey, sənin həqiqətindir. O isə əsl cinayətkardır. Bəzən icazə vermək lazımdır ki, fikrindəkilər kəliməyə çevrilsinlər. Metafizikə çevrilsinlər. Səlahiyyətin olmasa da yazmalısan bəzən. Hətta bəzən reallıq səni qane etmirsə onu silib başdan öz istədiyin kimi yazmalısan. Bax, İza o işi gördü, elə mən də…
- Alo
- Bəli
- Salam,
- Salam, hazırsan?
- Hazıram…
/1937.az/

Yenililklər
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.