Yetim Qacar - Yetiməm, eşqimə yas saxlamışam...
26.02.14
Saxlamışam
Qəlbimi eləyib sənə ərməğan, Düşünmə yerini boş saxlamışam. Daha sevməməkçin elə o andan, Daş asıb köksümdən mən yoxlamışam .
İndi anlamışam qəlbi var daşın, Dillənib söyləyir əzabdan daşın. Gözümün yaşına gözünün yaşın, Məhrəm eləyərək adaxlamışam .
Daşı da eləyər dərd didik - didik Demə xəyallarda biz xoşbəxt idik Görən düşünməsin bu vəhabilik - Yetiməm, eşqimə yas saxlamışam.
|