Türkiyədə "Yarımçıq əlyazma"nın ikinci nəşri işıq üzü gördü - FOTO
26.02.14

Azərbaycan, Rusiya, Fransadan sonra Kamal Abdullanın "Yarımçıq əlyazma"əsərinin ikinci nəşri Türkiyədə, "Ötüken" nəşriyyatında işıq üzü görüb. "Eksik el yazması" adlı kitabın birinci nəşri 2006-cı ilə təsadüf edir.

Kitaba ön sözü əsəri türk dilinə uyğunlaşdıran professor-doktor Ali Duymaz yazıb. Ön sözdə əsərin Azərbaycanda ilk postmodern roman olduğu vurğulanır.

Xatırladaq ki, yazıçı Kamal Abdullanın "Yarımçıq əlyazma" romanı həm Azərbaycanda, həm də ölkəmizdən kənarda müxtəlif ədəbi çevrələrdə geniş müzakirələrə səbəb olub.

Əsərdə mətn içərisində mətn estetikası özünü göstərir:  gənc tədqiqatçı Əlyazmalar institutunda elmə məlum olmayan bir salnamə aşkarlayır və bunun "Kitabi Dədə Qorqud" eposunun yazılmadan öncəki qeydlər olduğunun fərqinə varır. Romanda Dədə Qorqudun və Orta çağ Azərbaycan hökmdarı, şairi Şah İsmayıl Xətainin bir-biri ilə çulğaşan həyat hekayətləri tamamilə yeni interpretasiyada təqdim olunur.

Xatırladaq ki, əsər dünyanın on bir dilinə tərcümə və Rusiya, Fransa, Türkiyə, Braziliya, Misir, Polşa, ABŞ və s. ölkələrdə nəşr olunub. Bir çox ölkələrdə "Yarımçıq əlyazma"nın təqdimatı olub və müxtəlif universitet çevrələrində əsərin müzakirələri keçirilib.
Türkiyədə əsərin təkrar nəşr olunması oxucuların əsərə xüsusi marağından xəbər verir və bu, bütövlükdə Azərbaycan ədəbiyyatının uğurudur.

Avanqard.net




Yenililklər
19.03.19
Elşad Ərşadoğlu: "Müsabiqələri ayrı-ayrılıqda yox, bir yerdə elan etməyi qərara aldıq"
19.03.19
Fəlsəfə İnstitutunda Nəsimiyə həsr olunmuş “Poeziya dəqiqələri”
19.03.19
Fransada Alim Qasımovun diskinin təqdimatı olub
19.03.19
Bədii, sənədli və animasiya filmi ssenariləri müsabiqəsi elan olunub
18.03.19
Əqli Mülkiyyət Agentliyi Nəsiminin qəzəlinin təhrif olunması məsələsinə münasibət bildirib
18.03.19
Nemət Mətin - Kiməsə danışsan öləcəksən
18.03.19
ADU-da Rumın dili və mədəniyyəti mərkəzinin açılışı olub
15.03.19
Keçmiş kəşfiyyatçı:"Mən kabinetə şkafdan girdim"
14.03.19
Səməd Behrənginin 80 illiyi qeyd edilib
14.03.19
Şahanə Müşfiq - Yaddaşlarda əbədi yaşayan sənətkar
14.03.19
“Hərbi-tibbi terminlərin izahlı lüğəti” nəşr olunub
14.03.19
Şəhla Aslan - Anarın yelbeyin İmanı və Yel çərşənbəsi
13.03.19
Ədəbiyyat İnstitutunda növbəti seminar indoneziyalı yazıçıya həsr olunub
13.03.19
Simran Qədim - Dərs - Hekayə
13.03.19
“Bakı-2020” Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalı keçiriləcək
13.03.19
Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
12.03.19
Şəhla Aslan - Bu cavanlar niyə fışqırıq çalmırlar?
12.03.19
Vasif Əlihüseyn - Başqa dizlərdə qatır qadınsızlığının başını
12.03.19
Sabir Rüstəmxanlının “Özümüzdən böyük sözümüz” adlı kitabı çap olunub
12.03.19
“Loqos”da “Gülümsə, çünki sən qadınsan” adlı tədbir - Fotolar
12.03.19
“Çapar” jurnalının təqdimatı keçirilib
11.03.19
"Yüz illər bundan öncə yaşamış klassiklər müdafiəsizdir" - Sorğu
11.03.19
Əbülfəs Qarayev: “Muzeylərdə audio-vizual bələdçilərin tətbiqinə başlanacaq”
11.03.19
Xalq rəssamı Arif Əzizin  İstanbulda fərdi sərgisi açılıb
11.03.19
İmarət Cəlilqızı - Mən, atam, balta, yer, göy və başqaları
11.03.19
Aleksandr Serovun Heydər Əliyev Mərkəzində konserti olacaq
11.03.19
Bədirxan Əhmədli -  Üçlü formula gedən yol...
11.03.19
Fəxrəddin Teyyub - Gözünə gün düşənə məktub
07.03.19
TÜRKSOY-un Ankaradakı mərkəzi qərargahında “Nəsimi ili”nin açılış mərasimi keçirilib
07.03.19
Siyasi Büronun artıq üzvləri, ermənilərin xroniki separatizmi və zabit ləyaqəti...
06.03.19
“Oxu Günü” artıq dövlət səviyyəsində qeyd olunacaq
06.03.19
“Dağ yəhudilərinin tarixi və mədəniyyəti” adlı kitabın təqdimatı keçirilib
06.03.19
AzTV-də daha bir dəyişiklik - Yazıçıya baş redaktor vəzifəsi verildi
05.03.19
8 Martda iki qadın yazarın imza və şeir gecəsi keçiriləcək
05.03.19
“Unutmağa kimsə yox” festivalda nümayiş olunub
05.03.19
AzTV-də növbəti təmizləmə: iki əməkdaş nöqsanlara görə işdən uzaqlaşdırıldı
05.03.19
Azərbaycan teatrlarının inkişafına 1,8 milyon manat ayrılıb
05.03.19
Türkiyədə “Nəsimi ili”nin rəsmi açılış tədbirləri keçiriləcək
05.03.19
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının idarə heyətinin iclası keçiriləcək
05.03.19
Şəhla Aslan - Niyə intihar edirik?
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.