Kənan Hacı: "İlk sevdiyim qız orta məktəbdə birlikdə oxuduğum qız olub" - MÜSAHİBƏ

27.02.14

Kənan Hacını çoxları ədəbi mühitdən tanısa da, mən onu 2002-2003-cü illərdə Şahbuz rayonunda hərbi xidmət zamanı tanımışam. Adamayovuşmaz, qaradinməz, əsgər yoldaşlarımızın “Qoca” adlandırdığı bu adam diqqətimi daha çox çəkmişdi. Aradan illər keçsə də, hərbi xidmət zamanı qurduğumuz saf, səmimi münasibətimiz dəyişmədi. Çoxdandır görüşüb söhbətləşmək istəsək də heç cür alınmırdı. Nəhayət, görüşdük. Məqsədim müsahibə almaq olmasa da, Günel diktafonu işə salmışdı. Sonra Kənana deyəndə söhbətimizi yazıya çevirək, razılaşdı. Hə, bir də onu oxucuların diqqətinə çatdıraq ki, görüşümüzdən bir gün sonra Kənan Hacının həyatında yeni səhifə açıldı. Publika.az-a redaktor təyin olundu.

-  Kənan neçə yaşından yazırsan?

- Uşaq vaxtından şeirlər, hekayələr yazmışam, ancaq üzə çıxarmamışam. 9-10 yaşlarımdan şerlərimi “Azərbaycan pioneri” qəzeti, “Pioner” jurnalı təqdim edirdim. Bir neçə dəfə mənə bildirdilər ki, bədii cəhətdən zəif olduğu üçün çapa yaramır. 5-6 dəfə göndərdim, nəhayət, bir dəfə balaca bir şerimi “Pioner” jurnalında dərc etdilər. Sonra Azərbaycanın enkslopedik alimlərindən rəhmətlik Rəhimağa İmaməliyevin ədəbiyyata gəlməyimdə böyük köməkliyi oldu. O məndə inam yaratdı ki, sən yaza bilərsən. 1995-ci ildən mətbuatdayam. Jurnalist kimi fəaliyyət göstərsəm də yenə yazırdım, ancaq ədəbi mühitə çıxmırdım. Hekayələrimi, şeirlərimi üzə çıxarmırdım.  2000-ci illərin əvvəllərində təsadüfən Yazıçılar Birliyində Samir Sədaqətoğlu ilə tanış oldum. O, “Ədalət” qazetində ədəbiyyat bölməsini aparırdı. Mənə bildirdi ki, ayrıca  ədəbiyyat qazeti buraxmaq istəyirlər. Mən də dedim əlimdə tərcümələrim var. Dedi gətir, çap edək. Elə oldu ki, həmin  qazeti birlikdə buraxası olduq. Və beləcə ədəbi mühitin içinə düşdüm. Öz hekayələrim də orada çap olundu. Sonralar “Kaspi” qazetində şeirlərim çıxdı. 2003-cü ildə isə “Ədalət” qazetinə keçdim, ayrıca “Yazar” adlı ədəbiyyat  qazeti buraxdıq.

- Evin tək uşağı idin, əsgər gələndə atan rəhmətə getmişdi, həm də sənə “Qoca” deyirdilər...

- Bəli, evdə tək uşaq olmuşam. Əsgər gedəndə atam təzə rəhmətə getmişdi. Əslində, 1999-cu ildə əsgər getməli idim, ancaq 2002-ci ildə getdim. Belə baxanda, 18 yaşlı uşaqlar mənə “Qoca” deməli idilər. Onda artıq 27 yaşında idim. Ona görə əsgərə bu yaşda getdim ki, o vaxtlar evin tək uşaqlarını əsgərliyə aparmırdılar, 27 yaşa qədər müddətləri var idi. Sonra qanun dəyişildi, qərar qəbul olundu ki, artıq tək uşaqlar da hərbi xidmətə çağırılmalıdır. Hərbi xidmətdə olanda da yazırdım. Əsgərliklə bağlı Qoca” adlı bir hekayəm var. O vaxt saytlardan birində dərc olunmuşdu. O hekayə  kitablarımda yoxdur.

- Əsgərlikdə olarkən ananıza məktublar yazırdız, düzdür, o vaxt oxuya bilməsək də, sonradan bu məktubları oxuyub ağlamamaq mümkün deyil...

- Həyatımızın çox acınacaqlı anları olub. Həmin illəri Allah aparsın gətirməsin. Yadımdadı sənin də atan rəhmətə getdi biz əsgərlikdə olarkən. Mənim də atam yox idi. Məktubları anama yazırdım. Onun sevgisini, sevincini bu məktublardan alırdım. O məktublar da bir aya ancaq ünvana çatırdı. Diplomum vaxtında gəlmədiyi üçün sizdən 6 ay artıq xidmət etməli oldum. Əsgərliyi bitirən vaxtlar da xəstələnib hospitala düşdüm, əməliyyat olundum. Əsgərlikdən gələndə dərilmə vaxtı keçsə də, anamın tənəkdə torba keçirərək mənim üçün saxladığı üzüm hələ də gözlərim qarşısındadır.

- Allah rəhmət eləsin. Uzun illərdir ədəbi prosesin içindəsən, vəziyyət yaxşıya, yoxsa pisə doğru gedir?

- 10 il əvvələ baxdıqda indi ədəbi proses daha qaynardı. Çünki o dövrdə ədəbiyyat saytları yox idi, nəşriyyatlar kitab çap etmirdi. Yeni imzalar çox az-az gəlirdi, amma indi 10 ilə nisbətən irəliləyiş var.  10 il sonra da yəqin ki, düzələr.

- Özünü ədəbiyyatda təsdiq etmiş yazıçı hesab edirsən?

- Məni tanıyırsan. Bilirsən ki, yaşıdlarım, məndən sonra ədəbi mühitdə gələnlərin içində ən iddiasızı mənəm. Özünü təsdiq etmiş yazıçı hesab etmirəm. Düşünürəm ki, mən hələ ən yaxşı əsərimi yazmamışam. Bu günə qədər yazdıqlarım, poeziyada müəyyən şeirilərimi çıxmaq şərti ilə - tam mənada məni qane etməyib. Hesab edirəm ki, mən hələ nəsrdə sözümü yaxşı deməmişəm. Hazırda bir roman yazıram düşünürəm ki, nəsə qeyri-adi bir şey olacaq.

- Qələm adamlarının ədəbiyyata gəlişini sevgidə bəxti gətirməməklə bağlayanlar da var. Sənin də həyatında belə şey olub?

- Bu, hər kəsin həyatında olub, eləcə də mənim. Xüsusən də yazı-pozu adamı olduqda özünü ya şeirlə, ya da hekayə ilə ovudursan. Məndə də olub və o haqda bir neçə hekayə də yazmışam. İlk sevdiyim qız orta məktəbdə birlikdə oxuduğum qız olub. Sonra 18 yaşında başqa bir qızı sevmişəm, hətta evlənmək dərəcəsinə qədər gəlib çatmışdıq. Sonra tale elə gətirdi ki, yollarımız ayrıldı, alınmadı. Həyatdır da...

-  Nə vaxtsa “Kaş ki...” demisən?

- Demişəm, amma nə olduğu sirr qalsın.

- Sirr saxlamağı çox sevirsən?

- Lermantovun  bir sözü var deyir ki: “ürəkdə hər nə ki, var hamısını açıb deməkmi olar?”

- Deyirlər yaradıcı adamların arvad baxımdan bəxti gətirmir. Deyəsən sənin bəxtin gətirib?

- O fikir yüzdə yüz faiz həqiqət olmasa da, bəzi məşhur ədiblərin həyatını izlədikdə görürük ki, o fikirdə müəyyən qədər həqiqət payı var. Ancaq mən gec – 33 yaşında ailə qurmuşam.. Bunun da müəyyən səbəbləri var idi. İndi açıqlamaq istəmirəm.

- Kənan, çox vaxt özünü ədəbi proseslərdən kənarda saxlamağa çalışırsan. Bu nə ilə bağlıdır?

- Bu, mənim əhvalımdan asılı olur. Əhvalım çox dəyişkəndir. Çalışıram ki, ədəbiyyata aid nə varsa - yazıçılardan, jurnalistlərdən, şairlərdən, bütövlükdə bu mühitdən uzaqlaşım. İstəyirəm gedib kənddə oturum. Ədəbiyyata dəxli olmayan adamlarla bir arada olmaq məndə beyin yorqunluğu yaradır. İstəyirəm bir az rahatlaşım. Yəqin bu, bütün yazı-pozu adamlarında var. Qəfil beynimə düşür ki, kənddə də bizim mühitimiz var idi. Uşaqlıq dostlarımız, kənd adamları... Bunlar mənə qəribə bir stimul verir, sonra gəlib yazı masasının arxasına keçdikdə içimin dolu olduğunu hiss edirəm. Kənddə bir müddət internetdən, ədəbi mühitdən uzaq qalıram. O mənə enerji verir. O zaman köşə də, şeir də yazmaq olur.

- Ən çox sevdiyin yazı hansıdır?

- Ən çox sevdiyim yazım “Göydən 3 alma düşmədi”. O yazı mənə çox doğmadır.

-  Yaradıcılığında nə kimi yenilik etməyi planlaşdırırsan?

- Hazırda əlimdə bir roman var. Şərti adı “Fironun dəftəri”dir. İndi onun üzərində ciddi şəkildə işləyirəm. Düşünürəm ki, bu ilimi ancaq ona sərf edəcəm. Ola bilsin yaya qədər, ya  da ilin axırına qədər tamamlayım.

- Hər gün  yazırsan?

- Bir az  məişət qayğıları vaxtımı alır. Ona görə də elə vaxt olur ki, 1-2 gün fasilə verirəm. Ancaq çalışıram ki, hər gün üzərində işləyim ki, bu ilin sonuna qədər tamamlıyım. Gündəlik yazılar da yazıram. Məsələn: köşələr, müsahibələr.

- Şairlər deyir ki, ilham pərisi gəlməyincə yazmaq olmaz...

- İlham pərisi poeziyada lazım olur, amma nəsrdə lazım olmur.

- Nəsrdə nə lazım olur bəs?

- Nəsrdə güclü həyat təcrübəsi, yazı texnikası, “baqaj” lazımdır. Yazıçıda “baqaj” olmadıqda çətin ki, yazılan əsər arzuolunan səviyyədə olsun. Yazıçı mütləq, lap elə fantastik nə isə yazdıqda da özündən yazır, özünü yazır. Şablon ifadə də olsa, yazıçı gərək öz həyat təcrübəsindən çıxış edərək yazsın.

- İndiyə kimi 6 kitabın çıxıb, qazanc əldə etmisən?

- İlk  kitabım 2009- cu ildə “Qanun” nəşriyyatında nəşr olunan “Özündən qaçmaq olmur” adlı şeir kitabı olub. O kitabdan heç özümdə də qalmayıb. Sonuncu kitabım “Hədəf”də çıxdı, onu özləri öz hesablarına nəşr etmişdilər. “Yağ kimi” kitabımı “Qanun” nəşriyyatı “Yeni ədəbiyyat seriyası”nda çıxardı mənə qonorar verməyiblər. Son iki kitabsa öz hesabıma çıxıb.

-  Yəni kitablarınızdan heç qonorar almamısan?

- Kitabın satışından cüzi məbləğdə qonorar almışam. Nə satılıbsa, onu götürmüşəm. Bu məbləğ təxminən 30-40 manat olub. Azərbaycanda ümumiyyətlə kitab satışından, yazıçının öz məhsulundan xeyir götürməsi hələ mümkün deyil. Çünki yerli müəlliflərin kitabları satılmır. Məsələn, indi tez-tez kitab yarmarkaları keçirilir. Adamlar gəlir, ancaq əksəriyyəti  kitab almağa tərəddüd edir. Kitab alanlar da, ya dedektiv romanlar alır, ya da  xarici ədəbiyat alırlar. Amma  yerli müəlliflərin kitablarına pul vermirlər,  hətta endirimlər edirlər, 1 manata satırlar, yenə də almırlar.

- Sizcə bunun əsas səbəbi nədir?

- Bunun bir sıra səbələri var. Çünki biz bilirik ki, Sovet dövründə Azərbaycan yazıçıları 50, 60, 70 min tirajla kitablar çıxarırdı və çox da yaxşı satılırdı. Yusif Səmədoğlunun “Qətl günü” romanı 1980-ci illərdə ədəbi hadisəyə çevrildi. Sonradan Azərbaycanda qarışıqlıq dövrü yaşandı, içtimayi siyasi- proseslər sanki insanları ədəbiyyatdan uzaqlaşdırdı. İndi də bir xaos dövrü yaranıb, yazıçılara inamsızlıq əmələ gəlib. Son illər həm  cəmiyyətin böyük marağına, həm də ədəbi camiədə geniş şəkildə müzakirəyə səbəb olan bir əsər ortaya çıxmır. Ona görə ki, bir müddət ədəbiyyatda da boşluq yarandı və o boşluq öz təsirini göstərdi. Klassiklərdən sonra gələn yeni nəsil sanki boşluğa düşdü. Uzun müddət ədəbiyyat yaranmadı. Buna baxmayaraq  keçən illərə nisbətən, dünya ədəbiyyatının bütün nümünələri bizim dilə təcümə olundu, oxumaq imkanları genişləndi. Bunun başqa səbəbləri də var. “Qanun” nəşriyyatının mütəmadi olaraq  yarmarkalar keçirtməsinə baxmayaraq  hazırda kitaba biganəlik diqqətə çarpacaq dərəcədədir. Məsələn, televiziyalar ədəbiyyatın üzünə qapılarını bağlayıb. Elə bir cəmiyyətdə yaşayırıq ki, hər şeyi pul həll edir. Ona görə, ədəbiyyat adamları  kitablarını çap edə bilmirlər, edənlər də öz hesablarına çap edir, hətta kitabın  reklamı, satışı ilə də özləri məşğul olurlar. Bu gün əyalətlərdəki oxucuya kitablar gedib çatmır, çünki əyalətlərdə, rayonlarda kitab mağazaları yox dərəcəsindədir. Bütün bunlarla yanaşı əsas səbəb yəqin ki, oxucunun, cəmiyyətin yazıçıdan istədiyini ala bilməməsidir.

- Niyə yazıçılar  cəmiyyətə istədiyini verə bilmir, nə çatışmır?

- Bizdə bir az qəribə tendensiya yaranıb. Yazıçıların əksəriyyəti  deyir ki, mən yazıram oxucu məni maraqlandırmır. Yəni, oxucu mənim səviyyəmə qalxmalıdı, mən oxucunun səviyyəsinə enməli deyiləm. Ancaq bu kökündən yalnış fikirdir. Sən oxucunu öz səviyyənə qaldırmalısan, ancaq birinci növbədə yazıçı oxucunun ayağına getməyi bacarmalıdır. Yəni oxucunun nə istədiyini bilməlidir. Sən oxucunun nə istədiyini bilməlisən ki, ona istədiyini  də verə biləsən.

- İndiki yazarlar oxucudan çoxmu  yüksəkdədirlər?

- Çoxusu özünü oxucudan yüksək hesab edir, ancaq elə oxucular var ki,  mən onlarla tez-tez  rastlaşıram baxıram ki, onların intelekti, savadı  bəlkə də döşünə döyən yazıçılardan daha artıqdır və istəsələr o oxucular yaxşı əsərlər yaza bilərlər. Oxucunu özündən aşağı səviyyədə görmək indiki gənc nəslin problemidir. Oxucunu özündən aşağı görmək olmaz, çünki oxucu yoxdursa, sən də yoxsan.

- Xaricdə yazıçı əsərini yazır, nəşriyyata təhvil verir pulunu alır, müqaviləni imzalayır, qalan işləri artıq nəşriyyat özü həll edir. Bizdə isə belə deyil...

- Düzgün qeyd etdiniz. Mən belə fikirləşirəm ki, dövlət özü də ədəbiyyata qayğı göstərməlidir. Məsələn, xarici ölkələrdə belədir. Əgər cəmiyyətdə hər şey bazar iqtisadiyyatının qanunları ilə tənzimlənirsə, ədəbiyyatda da elə olmalıdır. Məsələn, yazıçıyla naşir arasında özünü tənzimləmə mexanizmi olmalıdır. Yazıçıyla naşir arasında bağlanan saziş iqtisadi cəhətdən, həm naşirə xeyir gətirməlidir, həm yazıçıya, həm də kitab  oxucuya gedib çatmalıdır.

- Ədəbiyyata biganəlikdən  söz düşmüşkən, marağı qaldırmaq üçün nə etmək olar?

- Mütləq ədəbi müsabiqələrin keçirilməsi lazımdır. Şeir, hekayə və yaxud kinossenari müsabiqəsi ədəbiyyatın xeyirinə olan, ədəbi prosesin canlanmasına təkan verən bir addımdır.

- Bu gedişlə nə vaxt Azərbyacanda əsl ədəbiyyat oxunacaq?

- Mən hərdən pessimizmə qapılıram. Deyirəm ki, yox bu gedişlə ədəbiyyat məhvə doğru  gedir. Amma hardasa  içimdə dəyişilməz bir optimizim də var. İnanıram ki, nə vaxtsa - 10-15 ildə yazarların da vəziyyəti düzələcək. Tam düzəlməsə də, heç olmasa çap etdiyi kitabdan gələn gəlirlə nələrəsə nail ola biləcəklər. Buna görə bu haqda nikbin düşünürəm.

Elmar Hüseynov

Günel Musa

/simsar.az/

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.