Yeni jurnal - “Kitabçı” gəlir
28.02.14

“Kitabçı” jurnalı  gələn həftədən  satışda olacaq. Məzmunu və formatı etibarilə olduqca yeni, yenilikçi bir sənət, ədəbiyyat,  kitab dərgisidir.  Jurnalın redaksiya heyətində,  müəllifləri sırasında çağdaş  Azərbaycan ədəbiyyatının ən yeni və ən istedadlı imzaları var. Aylıq, rəngli nəşr olan “Kitabçı” jurnalının hansı zərurətdən yarandığı barədə sualı baş redaktor Səlim Babullaoğluna ünvanladıq.

 

-Ondan başlayım ki, bizdə şükür Allaha,  jurnal çoxdur, özü də qlamur jurnallar daha çoxdur. Üz qabıqlarında da ya model-müğənni şəkli, ya da maşın... Yox, biz bunun əleyhinə deyilik. Sadəcə, faktdır bu.  Və həmin jurnalların arasında çox az qism nəşr var ki, ədəbiyyata, kitaba , yaxud söz sənətinə layiqli yer ayırır. Əgər o nəşrləri vərəqləsəz,  görərsiz ki, kitab və əhli-kitab orda ögey uşaqlar kimi küncə qoyulub. Üstəgəl, bizdə  yazıçıların və kitabla bağlı adamların qəribə, bir qədər miskin, uğursuz obrazı var.

 

Cəmiyyətdə belə bir klişe var. “Kitabçı” nın yaranma səbələrindən başlıcası bunun belə olmadığını anlatmaq və göstərməkdir.  Başqa tərəfdən  kitabla bağlı, kitaba yer ayıran əksər  nəşrlər  bir neçə baxımdan zövqsüzdür, müasir dərgiçilik ənənələri baxımdan qənaətbəxş deyil  və bəlkə də az əvvəl dedyim klişeni yaradan səbəblərdən biri  də budur. “Kitabçı” həm də bu klişeni dağıtmaq üçünür.

 

Ktabla əlaqəli adamlar-istər yazarlar və alimlər olsun, istər naşirlər, istər rəssamlar olsun, istər redaktorlar, cildçilər, dizaynerlər- bu adamlar hörmətəlayiq, ciddi və  dəyərli adamlardır. Daha bir səbəb,  belə deyək kitab bazarına təklif olunan kitabları saf-cürük edə biləcək ekspertlər qrupunun formalaşması məsələsidir ki, bu da vacib məqamdır.

 

Normal yazar-naşir münasibətlərinin formalaşması, sivil hala gəlməsi məsələsi  bu səbəblər sırasındadır . Çünki “Kitabçı” təkcə jurnal deyil, eyni zamanda kitablar nəşr edəcək müəssisədir. Göründüyü kimi  bizim səbəblərimiz və hədəflərimiz bir deyil.

 

-Jurnalın kollektivi, yaradıcı heyəti haqqında məlumat verərdiniz.

 

-Jurnalın şef-redaktoru tanınmış ədəbiyyatşünas, eyni zamanda olduqca peşəkar redaktor Seyfəddin Hüseynlidir və mətnlərlə işləmək kimi ağır yük məhz onun boynundadır. Koordinasiya işləri ilə redaktorlardan biri kimi istedadlı yazıçı və şair Fərid Hüseyn məşğuldur. 

 

Ümumiyyətlə isə  çağdaş ədəbiyyat və sənət mühitimizin   çox istedadlı imzaları-  Zahir Əzəmət, Tehran Əlişanoğlu, Mahir Qarayev, Qismət, Aygün Aslanlı, Xəyal Rza, Rəbiqə Nazimqızı, Ceyhun Əli  kimi yazarlar, ekspetlər, məsləhətçilər qrupumuz var. Jurnalın yaradıcı işində tanınmış yazıçı, eyni zamanda vaxtilə “Press fakt” kimi maraqlı qəzetin yaradıcısı olmuş Məqsəd Nur   yaxından iştirak edir.  

 

Bizim jurnalla Polşa, Rusiya, Türkiyə, Ukrayna, Böyük Britaniya, İran, Gürcüstan , Yaponiya kimi ölkələrdən daimi yazı yazanlar olacaq. Artıq yazırlar. Özü də bu adamlar öz ölkələrinin tanınmış adamlarıdır, mütəxəssisləridir. /publika.az/

Yenililklər
02.12.21
“Məhəmməd İqbal: Eşq və düşüncə şairi” kitabı nəşr olunub
02.12.21
“Vərqa və Gülşa” miniatür əlyazmasında yer alan illüstrasiyaların nəşr edildiyi kitabın təqdimatı olub
02.12.21
Bölgələrə kitabla gəlirik! – Şəmil Sadiqin yazısı…
01.12.21
“Aşıq sənətinin Ələsgər zirvəsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
27.11.21
Kənan Hacı - Yazı sənətinin tarixi
24.11.21
Təranə Vahidin “Qarışqa təqvimi” çap olunub
23.11.21
Muni Vitçer - Altıncı Ayın qızı Nina    
23.11.21
İlk dəfə olaraq “Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edilərək yeni əlifbada toplu halında nəşr edilib
22.11.21
Cəmşid Cəmşidovun tərcüməsində Muni Vitçerin əsəri çap olundu
22.11.21
Turan Yazqan: Türk dünyasının səsi
17.11.21
“Nizami Gəncəvi sözünün orbitində” kitabının təqdimatı keçirilib
17.11.21
Türkiyənin məşhur şairi Sezai Karakoç vəfat edib
17.11.21
“Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi elan olunur
17.11.21
Elçin Hüseynbəylinin “Vida” romanı çap olunub
17.11.21
BAFTA qısa filmləri Bakıda nümayiş olunacaq
11.11.21
“Nizami Gəncəvinin poetik portreti” kitabı nəşr olunub
11.11.21
“Şərq irsi” adlı Beynəlxalq Müasir İncəsənət Sərgisi açılacaq
08.11.21
Kənan Hacı - Ekspress qatarında eksperimental mozaika
08.11.21
Fəxri Uğurlu - Klassikanı diri saxlamaq
08.11.21
"Şuşa" sənədli filminin təqdimatı olub
08.11.21
4+4: rəqəmsal namə
08.11.21
İsfar Sarabski Parisdə iki gün konsert verib
05.11.21
“Hədəf Nəşləri”nin təsisçisi Şəmil Sadiqin ƏDV ilə bağlı müzakirələrə əlavə və dəyişiklərlə bağlı təklifləri
05.11.21
Kənan Hacı - Yazıçılarımız nəyi bacarmır?
04.11.21
Qələbə ilə bitən ilk roman
04.11.21
Ədəbiyyat İnstitutunda Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin təqdimatı keçirilib
04.11.21
Azad Qaradərəli - Qara sevda
03.11.21
"Qarabağın qara kitabı" və "Qarabağ - qələbəyə doğru" kitablarının təqdimat mərasimi keçirilib
03.11.21
Kənan Hacının “Hakimə açılan atəş” romanı oxucularıın böyük marağına səbəb olub
02.11.21
“Şuşa, sən azadsan!” və “Biz” filmləri təqdim olunacaq
02.11.21
Rusiyanın Tretyakov Qalereyasında Tahir Salahovun sərgisi açılıb
02.11.21
Şamaxıda Yaradıcılıq Mərkəzi istifadəyə verilib
01.11.21
Altı əsr yaşı olan xalça 5,4 milyon dollara satışa çıxarılacaq
01.11.21
Nizami Kino Mərkəzində “Fulya” sənədli filminin premyerası olub
01.11.21
Zahid Sarıtorpağın İranda kitabı çap olunub
01.11.21
Vidadi Babanlının "Sabaha ismarıc" adlı romanı çap olunub
01.11.21
Poetik diktatura - Firuz Mustafa yazır
26.10.21
Çempion idmançı, istedadlı aktyor və doktorant
25.10.21
Azad Qaradərəli -  Zəngəzur ağacları
24.10.21
I Sumqayıt Kitab Sərgisi keçiriləcək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.