Ramilə Qaraşxanqızı - Oyan!

10.03.14

Hekayə


Hər axşam işdən çıxıb yorğun halda, səndələyərək bu yol ilə evə gedirəm. Amma hər gün, eyni qayda ilə təkrarlanan hadisə məni lap təngə gətirib. Qəribəsidə budur ki, birdən boyunumun arxasında külək surəti, şimşək aniliyi ilə ağır bir zərbə hiss edirəm amma o ağrıdan ölmürəm. Gözlərimdən sıçrayan qığılcım düz ayağımın altına qədər işləyir. Sanki arxamca düşən gözə görünməz, əcaib ələ sahib kimsə məni xüsusi bir qəzəblə vurur. Bəzən nəfəsini qulaqlarımın düz dibində hiss edirəm. Günorta çağları olsa mütləq öz kölgəmdən şübhələnərdim. Ancaq axşamçağı kölgəm də özüm qədər yorğun sürünür. Vahimə məni bürüyür, çevrilib baxsam da yenə heç kimi görə bilmirəm. Cürəbə-cürə fikirlər dolanır beynimdə. İçimdə dolaşan fikirləri cehizlik yun kimi didirəm. Nəticə...

-Deyirəm bəlkə məni izləyən təzə korpusda baş həkim işləyən Həsən doktordur. Bisavad naxələf hələ də onu işə qəbul edəndə aldığım rüşvətin davasını çəkir görəsən?
-Yox, o, olmaz. Onsuzda hara girsəydi pulun sümürəcəkdilər. Ona başqa nə etmişəm ki, cəmi bircə dəfə maaşını kəsmişəm də...
-Nə olsune, arvadı doğurdu da, ölmürdü ki, kəfənpulu çatmaya! Bundan keçdik.
-Bəlkə də iki ev o tərəfdə yaşayan qonşum Aydındır.
-Hə, o, olacaq. Ona sən deyən yaxşı adam deməy olmaz. Əyyaşın biridir. Gündə içib uzanır küçənin ortasına. Vaxtı ilə o qədər içki pulu vermişəm ona. Elə bu gün işə gələndə də gördüm, arxamca zarıyırdı.
-Deyirəm bəlkə əvvəlki günlərdə içkinin təsirindən məni tanımayıb sonra etdiyim yaxşılıqları xatırlayıb bir silləylə vaz keçdi?
-A kişi, mən onu bir dəfə də yoldan dəf etmək üçün təpikləyib oyatmışdım. Bəlkə indi hər gün axşam zır dəm olan vaxtı o hadisə yadına düşür və məni izləyir ki, qisas alsın?
-Yüz faiz pulunu kəsdiyim üçün məni bağışlamır. Axır belə olacaq.
-Yoooox! Yox, mən də lap ağlımı itirib elə ondan betər günə düşmüşəm. Onda o, içkili idi, yadında heç nə qalmaz. Əyyaşlar içkinin təsirindən özünə gəlib ayılanda özlərini harda görürlərsə oranı da xatırlayırlar. Üstəlik paxmeldən tam ayılmamış yenə zəhərrənib tirrənirlər bir küncə. Dədəsinə də borcum yoxdu ki, hər gün qarnın doyuram. Nə qədər əyyaş olsa da arada ağlını xatırlayar.
-Bəs axı kimdir, nədir, nə bəladır düşmüşəm görəsən?!
-Mənə elə gəlir ki, hər dəfə arxamca qarabaqara düşüb məni izləyən bizim xəstəxananın qapısında artıq-urtuq yığan o itdir! Nazirlikdən tapşırıblar, göz-qulaq olsun deyə...
-Həəə, özüdürki var. Milyon faiz odur. Keçən dəfə olara yaxşı “hörmət” edə bilməmişdim. Ona görə də mənə göz-qulaq olmağı əlimdə yallanan öz itimə tapşırıblar. Kiminlə görüşdüm, nə "çepe" buraxdım deyə xəbərdar olub sonra da gözümə soxsunlar deyə yuxarıya subut axtarır dəyyus!
-Ay tutdun ha, keçəl suya getməz.

-Eeeee! Yoxeee, o, da olmaz. O boyda nazirliyin qarnını tək mən doyurmuram ki? Sərçə canı qədər canım var. Şübhələnsələr məni bir çırtmayla cəhhənnəmin ən alovlu nömrəsinə vasil edərdilər.
-Həəə, bəs kimdir görən?
-Hər dəfə boynumun arxasına dəyən o qapaz hardandır?
-Şimşək kimi qulaqlarımda cingildəyən o zərbə kimin əlindən çıxır?
-Bu yaşıma qədər ayağıma dolaşan hər kəsin payını özüm vermişəm. Qarşıma durub həddin harda olduğunu mənə xatırladan olmayıb. Tutduğumu qopartmışam. Gördüyümü almışam, aldığımı qaytarmamışam. Bir Allah bəndəsi qarşımda dura bilməyib. İndi niyə o əli tutub kəsə bilmirəm?! Niyə?!
-Qocalmışam, ölmək vaxtıdır, yoxsa necə?!
Bu çəkçevirin əlindən əsəbiyəm, həm də çox əsəbi! Evə çatan kimi arvadı da salıb təpiyimin altına eşşək balası kimi çırpacam! İtin qızı it, köynəyimi pis günə qoyub. İlin günün bu vaxtında, həmdə mənim kimi bir adam, o boyda xəstəxananın sahibi də yüz əlli matalıq köynəyin qoluna ütü salınmış halda geyinər?!
Elə bil çiyinlərim dəmir yolu deposudur, qollarımın üstündən qatar keçib! Dünən axşam restoranda şam eləyirdik, pencəyi əynimdən çıxardanda Sevaın gözü qollarıma sataşdı. Elə utandım ki...
-Seva, mənim Sevam. Katibəmən?
-Həəə, tapdım! Məni izləyən odur. Arxanca düşüb izləyir ki, görsün evə gedirəm yoxsa başqa bir qələt eləməyə. Şeytan yaman qıskanc şeydır haaa. Heç Səkinə dədəsinin qızı mənə dörd uşaq doğub onun qədər qıskanclıq eləməyib.
-Nə olsune, Səkinə də malın biri maldır da! Deyirəm əynini adam kimi geyin düş yanıma gedək gəzməyə, gedib başına bir dilim əski atır ki, bəs geyindim, hazıram. İndi gəl qabyuyan iyi verənlə restorana get, kinoya bax, teatra bilet al görüm necə alırsan?! Nə olar adam vaxtı ilə kasıbçılıq çəkəndə? Nə olar ki, o vaxt balaca adam idim, ətir zad ala bilmirdim. İndi ki mənim pulumu millətin arvadı süpürüb yeyir ay bədbəxt! Səmənin biri səmə!
-Hə, nə isə...
-Sillənin ağırlığı bir balaca keçən kimi fikirlərim yayınır. Ancaq yenə də hər daşın altından çıxıb hər an məni döyəcləyən boynumun arxasındakı qapazdır.
-Görəsən yeri qızarır?
-Amma qızarsaydı Səkinənin kor gözü olmasa da canı yanmış Sevanın nəzərindən yayınmazdı.
-Ay başına dönüm, onsuzda qanmıraçey o qapaz nədir, nədəndir. O hər kimdirsə bir gün özü qapazdan cana doyub başıma daş da yağdıracaq.
-Cəhənnəmə ki, dünənnən yağdırsın. Lap Alimp dağını Zefslə birlikdə uçurtsun. Onsuzda ürəyimə ağrı salıb. Nə gecələri yatmağa, nə gündüzləri insan balası kimi yaşamağa qoymur. Hər axşam eyni vaxtda təkrarlanır. Aradan çıxmaq istəyirəm, göz qırpmağa macal da vermir. Bircə bilsəydim kimdir uf demədən tutub mələdərdim o kafirin balasını.
-Bəlkə də ötən dəfə ələ saldığım həmən olotudur. İndi hədə qorxu eləyir. Yada keçən həftə inək balasını ayağı altına salıb çığnadığı kimi çilədiyim Vəlidir.
-Vəli xəstəxanamın şəxsi aptekinə dərman gərirən oğraşdır. Heyvan gözüm görə-görə hərifləyir məni. Xəstəxanama saxta zir-zibil sırıtlayır. Üstəlik onun zavalına keçən də mən oluram. Millət mənim əlimdən zəhərlənir. Sabah da gəlib mənim xirtdəyimə çökəcəklər ki bəs filankəsin ölümünə sizin həkim rəvac olub. Hələ bütün bunlar azmış kimi, mənə ordan bir köpük də xeyir qalmır. Çırtı-pırtı da itə-qurda yem eləyirəm ki, hürməsinlər üstümə. Bir də axı kimdire o ağılın sahibi ki, saf-çürük eləyə. Onsuzda təmiz dərman ölkənin heç bir yrində yoxdur, heç kim sağalan deyil. Adama deyərlər xəstələndinsə get yıxıl öl! Boş-boş xülyalara niyə dalırsan ki, niyə də zəhərlənib öləsən?
Mən başımı bu yolda ağartmışam, müfə qul deyiləm, çox şey qazanmalıyam. Qazanıram da! Başımı ağartmışam dedim qocalıq yadıma düşdü. Ömür yarıya çatıb. Bu gün, sabah ölüb gedəcəm bilməyəcəm ki, məni hər axşam işdən çıxıb xarabama gələndə yolun ortasında kim qapazlayır. Bilmirəm ki, o zərbələri kimin əlindən yeyirəm. Evə çatdım, bu əmmanı bu axşam da öyrənə bilmədim.
Səkinə yetimçəsinə də heç nə deməyəcəm. Üzünə baxmağım gəlmir. Ay səni Seva…

Yenililklər
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.