Vidadi Babanlı: “Mənə “Xalq yazıçısı” adını verməyiblər”
12.03.14

87 yaşlı yazıçını unutmaq olar? Yüz minlik tirajlı yazıçı unudulursa, beş yüzlük yazıçılar heç yada düşməyəcək. Zaman hər şeyi öz yerinə qoysa da, bəzən onun da ədalətsizliyinə şahid oluruq. Bəlkə də, dünyanın ən ağır cəzalarından biri unudulmaqdır. Onun, adı dillər əzbəri olan “Vicdan susanda” romanı yaxın keçmişimizin ədəbi hadisəsinə çevrilmişdi. Bu romana görə müəllifi “antisovet” ittihamı ilə Kommunist partiyasından çıxarıblar. Dörd il işsiz qalıb. Təzyiqlərə və məhrumiyyətlərə məruz qalıb. Lakin yazıb-yaratmaq amalına hər zaman sadiq olub. Ömrünün ahıl çağını yaşayan yazıçı Vidadi Babanlı 60 ildir ki ədəbi yaradıcılıqla məşğuldur. Onun “Ayazlı gecələr”, “Həyat bizi sınayır”, “Qəribə eşq”, “Ömürlük əzab” “Müqəddəs ocaq”, “Ana intiqamı” və digər əsərləri müəllifə şöhrət gətirib.  

 

Vidadi Babanlı deyir ki, vaxtilə Azərbaycanın hər rayonundan, hər kəndindən oxucu məktubları alırdım. Bu gün isə unudulub qocaman yazıçı. Nəinki məktub (hərçənd ki, məktub zəmanəsi deyil), heç hal-əhvalını soruşan da yoxdur. Vidadi Babanlının yaradıcılığı, əsrləri çoxlarına məlumdur. Ömrünün 87-ci ilini yaşayan yazıçı ilə yaradıcılıqdan yox, səhhətindən, yaşayışından danışdıq. Yazıçı da diqqətsizlikdən, unudulduğundan gileyləndi.

 

- Vidadi müəlim, sizə olan münasibətdən razısınızmı?

 

- Mənə olan münasibətdən hardasa razıyam, hardasa narazıyam. Bir az narazılığım ondadır ki, bax, açığını deyəcəyəm, yubileylərim olub, mənə nə orden veriblər, nə fəxri ad veriblər. Bircə “Əməkdar incəsənət xadimi” adını veriblər. “Xalq yazıçısı” adını verməyiblər. Elələrinə “Xalq yazıçısı” adını veriblər ki, onların da yaradıcılığına baxırsan, öz yaradıcılığına da baxırsan və xətrinə dəyir ki, niyə məni kənarda qoyublar. Mən aşağıları günühlandırıram ki, bu təqdimatlar aşağılardan gedir, onlar gərək təqdim eləsinlər. Bu münasibətdən incimişəm. Camaat da bunu məndən dəfələrlə soruşur ki, niyə diqqətdən kənarda qalıbsan. Mən də deyirəm ki, bilmirəm bunun səbəbini. Məni aşağılarda sevməyənlər var və nəyə görəsə belə edirlər. Görünür, məndən intiqam alanlar var, ona görə belə edirlər.

 

- Unudulmağa bir səbəb görürsünüzmü?

 

- Vallah, mən heç kimə pislik eləməmişəm. Heç kimin əleyhinə heç nə yazmamışam, heç kimin əleyhinə müsahibə də verməmişəm. Nə Yazıçılar Birliyinin sədri haqda, nə də başqa bir adam haqda. Deyingənlik də eləmirəm, giley-güzar da eləmirəm, məndə elə xasiyyət də yoxdur. Nəsə belə soyuq münasibət var, özləri bilər, mən nə deyim ki. Ədəbiyyat, yaradıcılıq belə şeydir ki, bu gün təriflənənlər sabah heç kim olur, təriflənməyənlər öz yaradıcılığı ilə daha çox yadda qalırlar, zaman keçir, öz qiymətini alırlar.

 

- Fəxri ad deyirsiniz, sizi kim bu ada təqdim eləməlidir, kimdən bunu gözləyirsiniz?

 

- Əlbəttə, təqdim eləməlidirlər, bu, təqdimatdan asılıdır. Ya Yazıçılar Birliyi eləməlidir, ya da Mədəniyyət və Turizm nazirliyi. Prezident hardan bilsin bunu? Mədəniyyət məsələləriylə məşğul olanlar gərək təqdim eləsinlər, diqqətə çatdırsınlar.

 

- Siz özünüz bununla bağlı harasa, kiməsə müraciət edibsinizmi?

 

- Yox, məndə elə şey yoxdur. Mən özüm haqda heç vaxt nəsə tələb eləməmişəm. Mənim yaşıdlarım arasında olub, gedib tələb ediblər, istəyiblər, dalaşıblar, söyüşüblər. Ad da alıblar, orden də alıblar, başqa şeylər də alıblar. Amma mən özüm üçün heç nə istəməmişəm. Fikirləşmişəm ki, özləri baxarlar, görərlər ki, kim kimdir. Bunu özümə, şəxsiyyətimə əskiklik hesab eləmişəm. Ona görə də heç yerə müraciət eləməmişəm.

 

- Yaşayışınız, dolanışığınız necədir?

 

- Təqaüd alıram. Heydər Əliyevə Allah rəhmət eləsin. O mənə prezident təqaüdü verib. Bu təqaüdün verilməyi də qəribə olub. Siyahı ona təqdim ediləndə soruşub ki, Vidadi Babanlının adı niyə yoxdur? Ondan sonra təqaüd siyahısına mənim də adımı salıblar. 2001-ci ildən prezident təqaüdü alıram, bu, mənə çox böyük köməkdir. Yoxsa, adi təqaüdlə necə dolana bilərəm ki? Övladlarım da imkanlı deyil, əksinə, mən onlara kömək edirəm.

 

- Özünüzə qarşı diqqətsizlikdən danışdınız. Bəs əsərlərinizin gələcək taleyindən narahatlığınız varmı?

 

- Hər bir yazıçının bununla bağlı narahatlığı olur. Bu, ciddi narahatlıqdır. Kim deyir ki, qorxum yoxdur, yalandır. Deyirəm, görəsən, məndən sonra necə olacaq, əsərlərim həmişəki kimi oxunacaqmı, yoxsa, oxunmayacaq. Digər tərəfdən də düşünürəm ki “Vicdan susanda” 45 il əvvəl çap olunmasına baxmayaraq, bu gün də oxunur, bu, mənə bir az təsəlli gətirir. Mənə elə gəlir ki, yazdıqlarım ədəbiyyat tarixində qalacaq, oxunacaq, yad olunacaq. Son vaxtlarda “Zəmanə adamı” adında bir əsər yazıram. Bizim keçid dövrümüzü əhatə edir. Sovet dövründən, sonrakı hadisələrdən, müstəqilliyimizdən bəhs eləyir. Azadlıq yolunda çəkdiyimiz əzab-əziyyət, çətinliklər, məhrumiyyətlər yeni əsərimdə öz əksini tapıb. Ona görə də mən bu iki əsərimi daha çox qiymətləndirirəm. Hesab edirəm ki, bu əsərlər qalacaq.

 

- Yazmaq istədiyiniz əsəriniz varmı?

 

- Ürəyimdə qalan bir əsərim var, istəyirəm onu yazam, amma gözüm imkan vermir. Türkiyəyə getməliyəm müalicə üçün. O arzu ilə bir ildir yaşayıram ki, gözümü əməliyyat elətdirib o əsəri yazım. Əsər artıq beynimdə hazırdır, obrazlar da, süjet xətti də var, bircə yazmaq qalır. 

 

Səxavət Sahil

1937.az

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.