Eliko: "Hazırda ilk romanımın üzərində işləyirəm"- MÜSAHİBƏ

12.03.14

-Bildiyiniz kimi layihəmizin əsas məqsədi “BSU Yaradıcılıq Fakültəsi”ndə təhsil alan gənc yazarların yaradıcılığı ilə tanışlıqdır. "Tanıyaq və Tanıdaq" adlı bu layihə sizə xidmət edir. Buyurun özünüzü təqdim edin?

- Eliko - Elnur Əlizadə. Bakı şəhərində doğulmuşam. Yaradıcılıq uğurlarım əsasən replə bağlıdır. Hal-hazırda isə, ilk romanımın üzərində işləyirəm.

- Bu nüans çox maraqlıdır. Bu gün gənclər ədəbi camiəyə addım atan kimi roman yazmağa başlayır. Bu nə dərəcədə düzdür?

- Belə deyək də, hərənin öz düşüncəsi, öz dünyaya baxış tərzi var. Məncə bu gün gəncləri daha çox roman yazmaq düşündürür. Məni də həmçinin.

- Romanın məzmunu ilə bağlı sual verməyəcəm, hər halda bu gələcəyin məhsulu sayılır. Keçək digər suallara. “BSU Yaradıcılıq Fakültəsi”nə gəlişiniz necə oldu?

- Yaradıcılıq fakültəsinə gəlişim ədəbiyyata olan marağım sayəsində oldu.  Bildiklərimi və bilmək istədiklərimi daha düzgün öyrənmək üçün gəldim.

- Fakültədən gözlədiklərinizi ala bildinizmi?

- Gözlədiyimi aldım. Hal hazırda da öyrənməyə davam edirəm.

- Eliko bu gün ədəbi aləmə atılaraq nə etmək istəyir?

- Əslində belə deyimdə, rep mənə çox şeydə kömək oldu. əvvəllər kitaba o qədər də marağım yox idi. Düşünürdüm ki, yazacağım yazıları çox adam oxumayacaq. Amma yazdığım repləri dinləyən çox idi. Məni dəstəkləyən insanlara fikirlərimi replə çatdıra bilirdim. İndi onlarda yaradıcılığımla bağlı yeni fikirlər formalaşdırmaq istəyirəm. Hal-hazırdakı gənclərin düşüncə tərziilə razı deyiləm. Buna görə də indi fikirləri həm replə həm də ədəbiyyatımla öz tərəfimə çəkməyə çalışıram.

- Bacarmaq gücü neçə faizdir?

- Məncə 100 olar.

- Qaraqanı necə, oxuyursunuz?

- Bəli. Onu gənclər arasında ən çox oxunan yazıçı kimit anıyıram.

- Bəlkə sizin də repdən ədəbiyyata atılmanızda onunr olu var?

- Yox, yaradıcılığımda onun rolu yoxdur. Mən yazmağa başlayanda Qaraqanı sadəcə reper kimi tanıyırdım.

- Ədəbi gəlişmələr ilə maraqlanırsız?

- Xeyir, maraqlanmıram...

- Bəs ədəbiyyatın inkişafı ilə necə?

- Müasir ədəbiyyatımızın yaşı çox azdır. Mənim fikrimə görə hələ tam formalaşmayıb. İnkişafı gələcəkdə görürəm.

- Dünya ədəbiyyatında size cəlb edən hansıi mzalar var?


- Bizim cəmiyyətdə belə bir fikir var ki, kim hansı imzanı daha çox oxuyursa deməli o, daha fərqlidir. Orxan Pamuku daha çox bəyənirəm.

- Qaraqan və Orxan… İmzanızı hansı tərzdə görürsüz?

- Avropa tərzində…

- Təki elə olsun. Yaradıcılığınızdan balaca bir nümunə istəsəm?

- Hal-hazırda böyük proekt üzərində çalışıram. Balaca nümunəm yoxdur.

- Söhbətə görə təşəkkürlər!

- Sizə də təşəkkürlər!

Söhbətləşdi: Ramilə Qardaşxanqızı

Yenililklər
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.