Kənan Hacı - “Azər və Aida Adası”nı tanıyırsınızmı?
14.03.14

Oxu təcrübəmdə ilk dəfəydi ki, iri həcmli bir romanı bir gecəyə, özü də birbaşa bilgisayardan su kimi içib ayağa qalxırdım. Bu mənim yox, romanın fərasətinə dəlalət edən bir haldır. “Kitabxana.net”  saytından  noutbukuma köçürdüyüm əsəri Hollandiyada yaşayan həmyerlimiz qələmə alıb – Gülşən Lətifxan. “Azər və Aida adası”. Axır ki, haqqında uzun zamandan bəri ədəbi kuluarlarda söhbət gedən bu maraqlı  əsəri oxumaq fürsətini yaxalaya bildim. Tam 4 saat fasiləsiz olaraq, necə deyərlər, bir oturuma əvvəlindən axırına çıxdığım bu faciəvi məhəbbət dastanı problemin qoyuluşu baxımından ötən əsrin əvvəllərində qələmə alınmış “Bahadır və Sona”,  “Əli və Nino”  əsərləri ilə çox səsləşir.
 
Bu lənətəgəlmiş erməni-müsəlman savaşı nə qədər bakirə duyğuların qəbrini qazıb, tarixin oyununa düşmüş günahsız sevgililərin həyatına nöqtə qoyub... Azər və Aida, əslində, Əsliylə Kərəmin varisləridirlər. Romanda müəllif belə bir fikir səsləndirir ki, “bizim düşmənimiz ermənilər deyil, lənətəgəlmiş daşnak ideologiyasıdır”. Mübahisəli fikirdir, amma həqiqətdən də xali deyil. Bu fikrə yeri gəldikdə qayıdacağıq.
 
Azərlə Aida əmiuşağıdırlar, bədbəxtlik burasındadır ki, Aidanın anası ermənidir. Bütün bəlaların kökü də bu zavallı qızın damarlarından qarışıq qanın axmasıdır. Qarabağ hadisələrinin başlandığı vaxtlar Aidanın uşaqlıq çağlarına təsadüf edir, ailənin xoşbəxt nizami da bununla pozulur; ana ərini və qızını xilas etmək üçün Bakıdan biryolluq köçüb gedir, Aida atasının və nənəsinin ümidinə qalır. O instinktiv olaraq mehrini öz əmisi oğlu Azərə salır və nəticədə onların arasında sevgi münasibətləri yaranır.
 
Müəllif qəsdən təcrübəsiz qızı – Aidanı – çıxa bilməyəcəyi rakursa giriftar eləyir, əslində, burda yazıçı qəsdi yoxdur, damarlarından qarşıq qan axan qızın taleyi öz təbii sonluğuna gəlib çatır. Yazıçı özü də zərif cinsin nümayəndəsi olan bir yazıçı, sadəcə, hadisələri soyuqqanlılıqla müşahidə edir. Hadisələrə ümumqafqaz kontekstində baxış romanın oxucu dairəsinin genişliyi baxımından düzgün ədəbi priyom kimi seçilsə də hər cümlədə milli hislər fəvvarə kimi oxucunun üstünə çilənir.
 
Aidanın valideynləri Yerevana, dayısının xeyir işinə gedəsi olurlar, orada bəzi xoşagəlməz olaylar yaşanır; onun atasını erməni qurbanlarının abidəsi önünə aparmaq istəyirlər, o isə bu “gəzinti”dən qəti surətdə imtina edir. Orada çörək satan bir qız azəricə danışan Aidaya belə bir məsləhət verir: “Çalış, Yerevanda azəricə danışma, daşnaklara ürcah olarsan.”
 
Bu, hələ dinc dövrlərin Yerevanıdır; daşnak ideologiyasıyla zəhərlənmiş şəhərdə azəricə danışanın dilini dibindən kəsirmişlər! Bakıda isə erməni dilində qəzetlər çıxırdı, televiziyada, radioda erməni dilində verilişlər səslənirdi, ən yağlı vəzifələrdə ermənilər idi, ən gözəl, səfalı guşələrdə ermənilər şad-xürrəm, rifah içində yaşayırdılar. Bəs, bizim gözümüz niyə yumulmuşdu?!
 
Əslində, biz “sovet quruluşunun yeni təlxəyi” Mişaya (M. Qorbaçova) minnətdar olmalıyıq ki, bizi qəflət yuxusundan ayıltdı. Çıxılmazlıq labirintində vurnuxan Azər Aidaya deyir: “Bütün günahlar lənətəgəlmiş müharibədədir”. Azərin fikrini redaktə etməyə ehtiyac var – bütün günahlar müharibənin baiskarlarındadır.
 
Aidanın uşaq sadəlövhlüyü ilə verdiyi sual bu qızın nə qədər saf və bakirə duyğularla yaşadığından xəbər verir: “Nə üçün ermənilər əvvəllər Bakıda sakitcə yaşaya bilirdilər, indi yox?” Bu cür düşünən, dünyanın işləklərindən baş çıxarmayan, siyasətə bulaşmayan nə qədər sadə ermənilər müəllifin qeyd etdiyi kimi, daşnak ideologiyasının qurbanlarıdırlar. Onlar həyatda istinad nöqtəsi, yaşam formulu tapa bilmirlər. Faciə də buradan başlayır.
 
Romanın olduqca axıcı, səlis və rəvan dili var, bu təbii ki, həm də tərcüməçinin uğurudur. Əsərin bəxti həm də onda gətirib ki, onu Məmməd Oruc kimi peşəkar bir yazıçı doğma dilə çevirib. Bu uğuru şərtəndirən əsas amillərdən biri də tərcüməçinin mövzuya kifayət qədər doğma olması, o ağrıları öz şəxsi taleyində yaşamasıdır. “Köçürülmə”  romanı,  “Əzrayılla görüş”  povesti həm də Gülşən Lətifxanın yazdığı əsərin sələfidir.
 
“Azər və Aida adası” sərt üslubda yazılıb, Aidanın ana babası Xristoforun dəfni zamanı yaşanan gərginlik, mənfur dayısı, “Krunk”  terror təşkilatının ən fəal üzvlərindən biri olan Rubenin öldürülməsi qadına xas olmayan xüsusi bir amansızlıqla qələmə alınıb. Proza üçün başlıca şərt sayılan  lakoniklik, əyanilik, dialoqların təbiiliyi oxucunu finala doğru çəkib aparır. Final, labüd olaraq, Aidanın intiharı ilə başa çatır.
 
Gəlin elə buradaca dayanaq. Hardasa oxumuşdum ki, başqalarına bələd olmaq insanı özünə ən çox qaytaran bir şeydir. Başqalarına bələd olduqca özünü daha dərindən tanıyırsan. Gülşən Lətifxanı bu romanıyla tanıdıq və bildik ki, vətəndən uzaqlarda öz millətiylə bu qədər qürur duyan bir azəri qızı yaşayır. Onun fikirləri, düşüncələri ilə bir neçə saatlıq yol yoldaşı olduq, bu fikirlərin heç də hamısına şərik olmasaq da, içimizdə bir məmnunluq hissi baş qaldırdı.
 
Belə düşünürəm ki, sentimental təsvirlər, lirik ricətlər olmasaydı, roman daha çox qazanardı, axı bu əsər bayağı qəzet serialı deyil, kifayət qədər ciddi bir əsərdir. Əlbəttə, nəzərə alsaq ki, əsərin müəllifi qadındır, yazı prosesində tanış kodların duyğusal həmləsindən qurtula bilməməyini ( axı əsər həm də iki aşıqın milli zəmində faciəsini əks etdirir. – K. H) anlamaq olar. /1937.az/

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.