Şəhla Aslan: "Məqsədim gələcəkdə böyük yazıçı olmaq deyil"- MÜSAHİBƏ
17.03.14

-Bildiyiniz kimi mənim yeni layihəmin məqsədi “BSU Yaradıcılıq Fakültəsi”nin gənc yazarlarını ədəbi mühitlə maraqlananlara təqdim etməkdir. Layihənin adından da məlumdur. "Tanıyaq və Tanıdaq" Buyurun, sizi tanıyaq?

Mən Şəhla Aslan  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (keçmiş AMİ) məzunuyam. Redaktor  kimi bir necə mətbu orqanda çalışmışam. “Sonuncu mogikan” adlı kitabın müəllifiyəm. Hazırda  BSU-nun Yaradıcılıq fakültəsində təhsil alıram.   Yaradıcılığ uğurları gözləyirəm özümdən...

- Çox gözəl. Kitabınızın da maraqlı adı var.  “Sonuncu mogikan”...


- Xatırladım ki, Ceyms Fenimor Kuper eyni adlı tarixi roman yazıb. Kuperin bu romanda yaratdığı qəhrəman obrazları iki yerə bölünür: mənfi və müsbət qəhrəmanlar. Yazıçı ingilisləri və mogikan hindularını müsbət, fransızları və quron hindularını isə mənfi qəhrəmanlar kimi göstərir. Kuperin romanından təsirlənərək, “Papaq” hekayəmi yazdım. Romana sevgim azmış kimi kitabımın adını da “Sonuncu mogikan” qoydum.
 
- Kitab oxucular tərəfindın necə qarşılandı?

 - Oxuyanlar maraqla qarşıladı. Amma demək olar ki, kitabın yayımı ilə məşğul olmadım. Bu gün o kitabın varlığından çoxu xəbərsizdir.  Tərkibi bir povestdən, hekayələrdən, təmsillərdən və esselərdən ibrarətdir.

- Daha çox nədən yazırsız?

- Hekayə janrı mənim ruhuma daha yaxındır. Hekayədə fikirlərimi daha aydın ifadə edə bildiyim üçün yaradıcılığımda bu janra daha çox üstünlük verirəm.

- Yaradıcılıq Fakültəsinə gəlişiniz necə oldu?

- Orta məktəb illərindən ədəbiyyata marağım sonsuz idi. Filoloq olmağı arzulayırdım. Amma sonralar jurnalist olaraq fəaliyyət göstərdim. İxtisasımın fərqliliyi,  fərqli işdə çalışmağım içimdəki ədəbi sevgini  öldürə bilmədi. Qrup yoldaşım Əfsanə Laçının (yazar) fakültə barədə söhbəti məndə maraq yaratdı. BSU-ya gəlib ətraflı məlumat aldım və sənədlərimi fakültəyə təqdim etmək fikrimi qətiləşdirdim. Fakültəyə gəlişimlə əslində ədəbi prosesləri daha yaxından izləməyə bir addım irəli atmış oldum. Ancaq tam dərindən düşünəndə ki, niyə gəldim? Füzuli demişkən:

“Məscidlərə girdiyim deyil, rəğbətdən,
Sərməstliyimdən eylərəm rahi-ğələt.”

Deyəsən, mən də ədəbi mühitdə "sərməstliyimdən" gəlmişəm bu fakültəyə. (Gülür...)

- Füzulidən stat, ədəbiyyata maraq və jurnalistika. Əslində çox gözəl birləşmə yaratmısız. Redaktorluqdan başlayan jurnalist fəaliyyəti davam edirmi?

- Redaktorluqdan sonra bir neçə il köşə yazarı kimi fəaliyyət göstərdim. Hazırda mətbuat sahəsində az-çox tanınıram. Amma müəyyən səbəblərə görə bu fəaliyyətim aktiv davam etmir.

- Uğurlarınız az-çox var. Bununla belə “sərməstliydən” BSU-nun Yaradıcılıq fakültəsinə gəldiyinizi vurğuladız. Hər halda bu fakültənin yaranmasına səbəb olan Kamal Abdulla imzasını da tanıyırdız. Amma bu gün o bizimlə deyil. Təsuratlarınız maraqlıdır. Bəlkə heç “sərməstliy” deyil, Kamal Abdulla məktəbinə maraq idi?

- Düzü, fakültəyə gələndə Kamal müəllimin bizə dərs deyəcəyini bilmirdim. Amma Kamal Abdullanın rəhbəri olduğu BSU-nun tələbəsi olmağımla fəxr edəcəyimə əmin idim. Sonradan Kamal müəllimin hər həftə iki saat bizimlə ədəbi söhbət edəcəyini biləndə çox sevindim. Dərslərindən müsbət enerji alırdım. Mütaliyəyə məsuliyyətim birə on artdı. Hətta bir neçə dəfə oxuduğum nağılları, Haqverdiyevi, C.Məmmədquluzadəni, “Dədə Qorqud”u bu dəfə başqa həvəslə oxuyurdum. Kamal müəllimlə müzakirə edəcəyimiz üçün. Həm də etiraf edim ki, əvvəllər ədəbiyyat haqda Kamal müəllimlə müzakirə çox çətin gəlirdi mənə. Zaman keçdikcə Kamal müəllimin daxili saflığı, hər kəslə öz dilində danışmağı mənim ona sevgimi, ümümilikdə ədəbiyyata sevgimi artırdı. "Kamal Abdulla dili"nə yenicə alışırdıq ki, o, uğur nərdivanının lap yuxarı pilləsinə addadı. Düzü, hələ də içimdə Kamal müəllimin BSU-dan getmə acısı tuğyan edir. Kamal Abdulla bizdən getdi, sırf BSU-Yaradıcılıq fakültəsindən. Ən çox bizim ehtiyacımız var idi ona. Şəxsən mən hər 6-cı gün onun dərsinə getməyə eyni həvəslə  tez yuxudan oyanmaqda davam edecəm. O, dərsə gələcək ya gəlməyəcək, bax bunu bilmirəm.

İki damcı yaş süzülər
yanaqdan, ya ürəkdən.
Nə fərqi var, gedən getdi,
bizdən alıb apardılar.
Qopardılar... (c)

- Fakültədə yaradılan ədəbi mühitin ümumi havası necə, düşərlidir?

Hazırkı ab-hava çox yaxşıdır. (Təəssüf ki, gələcək haqda bunları deyə bilmirəm). Əsası, mənim qazancım var - istedadlı gənclər. Əvəzsiz müəllimlər də var. Niyazi Mehdinin ədəbi mühitimizdə xüsusi çəkisi var. Belə davam etsə mühitimizin saflığını qoruyacaq.
Yeri gəlmişkən, bir nüansı xüsusi qeyd etmək istəyirəm. Məncə, fakültəmizdə istedadsız deyil də, istedadını, biliyini dinləyicilərdən gizlədən müəllimlərimiz də var.

- Hekayələrinin əsas motivi cəmiyyətdən gileydir. Bununla ədəbiyyatımıza nə vermək istəyirsiz?

- Bəli, diqqətli oxucu hekayələrin motivini düzgün anlayır. Cəmiyyətimizdə hər gün bir hoqqabazlıqla rastlaşırıq. Yazar həm də yaxşı müşahidəçi olmalıdır. Təəssüf ki, çox vaxt haqqsızlıqları kökə, adətə, milli ənənəyə, tariximizə, öz keçmişimizə sayqısızlığı da müşahidə edirik. Təbii müşahidələrimiz yazılarımıza bilavasitə təsirini göstərir. Sizin sualınıza gəldikdə isə, təbii ki, ədəbiyyatçı, konkret olaraq ruh adamı olaraq cəmiyyət üçün xeyirli biri olmaq arzusundayam. Bu gün cəmiyyətimizdə baş verən neqativlikləri hekayələrimdə əks etdirdiyim mənfi obrazlarla oxucunun diqqətini cəlb etməyə çalışıram.

- Çox maraqlıdır, gənc yazarsız amma heç sevgi mövzusuna toxunduğunuzu görməmişəm. Varmı belə yazılarınız?

Təbii ki, var. Amma çap olunmayıb. Niyə? Deyirlər, insan ən dəyərli əşyasını ən dərin yerdə gizlədir ki, onu tapan olmasın. Sevgi hissi də insanın ürəyinin ən dərin qatlarında olur. Yazar olaraq o hissləri az da olsa sözlə ifadə edə bilmişəmsə də onu paylaşmaq qədər cəsarətli biri olduğumu düşünmürəm.

- Sizcə yazar xanımın belə cəsarətsiz olması onun yaradıcılığına mənfi təsir etmir ki?

Ümmumiyyətlə yazar olmağın çətin tərəfi odur ki, istedadın olmalıdır. Hər adam yaza bilməz. İstedadsızın yazdığı qeybət edən qadınların söhbətinə bənzəyər. Sağlam cəmiyyət isə istedadı istedadsızdan, yazını qeybətdən fərqləndirə bilir. Yazar xanımın həyata baxışı da fərqli olur. Hamının düşündüyünü düşünmür. Yazar kimi bu gün sizə müsahibə verirəmsə cəsarətliyəm. Xüsusən, çox kişilərin deməyə çəkindiyini deyə bilirəmsə, cəsarətliyəm, ürəkliyəm...(Gülür)

- Ədəbi camiyələrdə  özünüzü görürsüz?


- Orta əsrlərdə ədəbi camiyələr olub, bu da indiki ədəbi məclis, yığıncaq sözlərinə yaxındır. Əgər bunu nəzərdə tutursunuzsa, deyə bilərəm ki, mən həmin məclislərdə özümü görmürəm.
Tarixən çox məhşur olan imzalar nəşr imkanları məhdud olduğundan ürəklərini bir-birinə həmin məclislərdə boşaltmışlar.

- Ədəbi polemikaların məhz bilavasitə həmin camiələrin tərkibində baş verməsi ilə bağlı nə düşünürsüz?

- Onlar ədəbi prosesi ləngidirlər. Əsl ədəbiyyatı ayrı-ayrı şəxslər tərki-dünya olaraq özü ilə baş-başa qalaraq yaradır. Əlbəttə, istedad varsa. Əgər istedad yoxdursa, heç bir cəmiyyət ona təkan verə bilməz.

- Sizcə Yaradıcılıq fakültəsini də camiyə adlandırmaq olarmı?


- Yaradıcılığ fakültəsi düzgün qələm tutmağı öyrədir. Camiyələr isə yazarların əsərlərinin müzakirə olunduğu yerdir. Yaradıcılığ fakültəsinə gəlməkdə məqsədim gələcəkdə böyük yazıçı olmaq deyil. Lakin onu da bilirəm ki, fakültə tələbələri içərisində gələcəyin şedevrlərini yaradacaq dahilər də ola bilər. Mənim üçün həmin müəllifləri və onların əsərlərini bələkdəcə, isti-isti öyrənmək çox maraqlıdır. Hər halda ədəbi mühitin cazibəsindən qurtarmaq mənim üçün çox çətindir.

- Baza baxımından potensialın olması cavablarınızdan məlumdur. Yaradıcılıq fakültəsinin təsiri var?

- Yaradıcılığ fakültəsindən aldığım bilgiləri danmaq insafsızlıq olardı. Amma beynimdə çoxdan cərayan edən həddən artıq fikirlərim vardır ki, hələ də alıcısını gözləyir. Çoxusunun mübahisə doğuracağından ehtiyatlanıb bölüşmürəm.

- Dünya ədəbiyyatı silsiləsindən hansı imzalara maraq göstərirsiz?

- Homerin “İliada” və “Odisseya”, Seksprin dram əsərlərini, Tolstoyun “Hərb və sülh”, Dantenin “İlahi komediya”, Hötenin “Verterin istirabları” və s, əsərlərini sevə-sevə oxuyuram.

- Çox gözəl. Bayaq sevgi mövzusunda danışdıq. Sevgi barədə ümumi düşüncəniz maraqlıdır.

- Bilirsiz, Ramilə xanım, sevginin işartıları görsənmir və ya hiss olunmayacaq dərəcədədirsə, deməli, özlüyündə hiss olaraq fərdin lap dərin qatlarında gizlənib. Əslində bu dərinlik üzə çıxanda bilinəcək dərinliyin dərinliyi...

- Məsələn: sənin axtardığını hələ heç kim itirməyib?

- Düzü, bu sahədə kimsənin itirdiyini axtarmıram. Kamal müəllim demiş, Olacağın olmağına nə var ki,
Bircə dənə "olmayacaq" ver bizə.

- Etiraf edim ki, bu layihə başlayandan indiyə qədər aldığım müsahibələrin ən maraqlı müsahibi sizsiz. Dərinliyin dərinliyində gizlədiyiniz sevgi işartısı və alıcısını gözləyən mətnlərin gələcəyi ilə cəlb elədiz məni. Bəlkə bir az da gənclikdən danışaq?

- Hər günüm  üçün ayrıca Allahıma  şükür edirəm. Çətinliyim olsa belə, bundan da pis nəticə ola bilərdi deyə təsəlli tapıram. Ümumiyyətlə, yazar xanım  üçün ən böyük xoşbəxlik daxili azadlığının olmasıdır. Bu keyfiyyətə malikəmsə, xoşbəxt gəncəm deməkdir.

- Sevginin, gəncliyin, yaradıcılığın, həyatın və olacaqların ən gözəlini arzulayaraq sizinlə sağollaşıram. Sonda deyin görüm vermədiyim sual hansı idi?

- Arzulara görə təşəkkür edirəm. O qədər sual gözləyirdim ki, hansını deyim?

- Hamısını deyin gəlsin, ixtiyar sizindir.

İndi vaxtım yoxdur. Sizinlə başqa vaxt davam edərik. (Gülür...)

«Cırcırama yaz, bahar,
 nəğmə oxur biqərar»…
Bəli, sonu da yadınızdadır. Qarışqanın sözünə qulaq asmır, qışda qar qapını kəsəndə azuqəsi olmur, qarışqa da ona kömək etməyib qovur…
Nizami Gəncəvinin, daha kimlərin zəhmətə səsləyən misraları… Hələ atalar sözləri, nələr, nələr…
İnsanı işə, çalışmağa səsləyən bütün bunlar bir bəşəri yanlışlıq olmaya, bəlkə? Axı hamı işləyə bilməz! Hərbçi, alim, müğənni mütləqdirmi gərək torpaq şumlasın, ya da heç olmasa «vaxtım olan kimi, bağçamda yer belləyərəm» deyib camaatın sözünə kül üfürsün!
Zəhmətə çağırış bəlkə o zəhmətkeşin əməyindən daha çox faydalanan çoxbilmişlərin bicliyidir?
«Cırcırama yaz, bahar». Nə olsun ki? Məgər qarışqa ölmür qışda? O da ölür, cırcırama da! Heç olmasa cırcırama ömrünü şən keçirir, zülmlə yaşamır! Qarışqa isə hey əlləşir, hey daşıyır, axırda ikisi də ölür qışda. Elədirsə, o şerin dəyəri harda qaldı? Aldadıb bir qrup sadəlövhü işlətmək, məhsulunu da əlindən alıb başını tovlamaq üçün deyilmi bu çağırışlar?
Bəlkə?.. Hə, hə, elədir ki, var! İşləyənlərin içərisində zəhmətkeşi, tənbəli vardır. O tənbəli zəhmətə alışdırmaq üçündür o sözlər! Əkinçinin məhsulunu əlindən alan müftəxorların özləri də cürbəcürdür, zirəki var, acizi var!
«Cırcırama yaz, bahar». Oxu, oxu, cırcırama! Sənin fitrətində oxumaq vardır! Sən qarışqa ola bilməzsən! Tonlarla qızıl ehtiyatı yığan mənfur rüşvətxorlardansa, gündəlik ruzisini qazanan adamlar haqqındadır o sözlər! Mahnı oxuyub, şeir yazıb, fikirləşib, deyib, baxıb, gülüb, ağlayıb… daha nələr, nələr eləyib ruzi qazananlar üçündür o sözlər! Nə qədər peşə vardır dünyada? Elə qəribə sənətlər vardır ki, insan heyrətə gəlir. Halal ruzi qazananlar üçündür o sözlər!
«Cırcırama yaz, bahar»… Oxu, cırcırama, oxu!

Söhbətləşdi: Ramilə Qardaşxanqızı

Avanqrad.net

Yenililklər
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.