Cavid Zeynallı: "Röya ilə eşq macərası yaşayaraq yazmamışam"

17.03.14

“Mən sadəcə, AYB-nin üzvüyəm. Bu gün həmin birliyin 1500-dən artıq üzvü var və Anar müəllimin özü də dəfələrlə etiraf edib ki, həmin insanların böyük əksəriyyəti heç nə yaza bilmirlər. Təsəvvür edin, adamlar var, qoyun verib Yazıçılar Birliyinə üzv olub”.

- Müsahibələrinizin birində demisiniz ki, yazar ciddi olmaya da bilər və söz sizin üçün müqəddəs deyil. Necə düşünürsünüz, sözə ciddi yanaşmadan ciddi yazıçı olmaq mümkündürmü?
 
- Bu fikir əslində, bizim cəmiyyətdə sözə olan qəribə münasibətdən doğur. Reallıqsa budur ki, sözü müqəddəs bilən, onu ilahiləşdirən, sözdən ürkən, qorxan adamlar faktiki olaraq ciddi heç nə yaza bilməyiblər. Məni bu fikri deməyə məcbur edən səbəb budur. Ona görə hesab edirəm, canında istedad olan adam sözü mağazaya kontur dalınca da göndərə bilər, hələ üstəlik, çayxanadan çay da aldırar. Bu mənada sözü ilahiləşdirməyə lüzum yoxdur. Bir növ adam sözdən qorxanda, mətndən çəkinəndə, sözə toxunulmazlıq hüququ verəndə ədəbiyyat yazıçını məğmun, iradəsiz kişi bilib gözəl və ram olunmağı sevən qadın kimi ondan gen gəzməyə başlayır. Demək istəyirəm, yazıçı bir az rahat olub, sözlə öz dostu sayaq rəftar etməyi bacarmalıdır. Sözü Allah mərtəbəsinə qaldırıb, ondan qorxmaq bekara işdir!

- Məgər Allahın yüksəkdə olması adamı ürküdür ki, söz də o səviyyədə olanda qorxutsun?

- Bunu məcazi mənada fikrimi ifadə etmək üçün bir vasitə hesab edə bilərsiniz. İslamın əsaslarında Allahdan qorxmaq vacib olduğu kimi, obrazlı desək, bəli, Allahın dərgahını göylərdə axtardığımız kimi, sözün də məbədinin mücərrəd, əlçatmaz-ünyetməz məkanlarda axtarmaq lazım deyil.

- Məsələn, hansı yazarlardır ki, sizin təbirinizcə desək, sözü ilahiləşdirdiklərindən yaza bilmirlər?


- Bunlar daha çox yaşlı nəslin nümayəndələridir. Ədəbi mətbuatı oxuyanda həmin adamların imzalarına rast gəlmək mümkündür. Məsələn, bu gün “Kaspi” qəzetini alıb vərəqləyəndə, həmin adamların yazılarından ibarət çələng qarşıma çıxdı. Onların yazdıqlarını oxuyanda adama elə gəlir, 2014-cü il yox, keçən əsrin 50-60-cı illərində yaşayırsan. Bir az uzağa getsək, lap Belinski ilə qapıqonşu yaşayırsan. Mətnin cansızlığından, quruluğundan adamın ödü ağzına gəlir. Təəssüf ki, Azərbaycan ədəbiyyatında belə yazıçılar, publisistlər, alimlər həddindən artıq çoxdur. Adam var, on səkkiz kitab yazıb, bir səhifəsi yaralı barmağa dərman deyil. Məsələn, elə götürək bizim AYB-ni... Bu gözəlim qurumda ortalığa çıxarmaq üçün abırlı cümlə yaza bilməyən o qədər adam var ki...

- Bəs yaxşı, sizin haqqında danışdığınız bu yazarlar AYB-yə necə üzv olublar?

- Bu sualı yaxşı olar ki, mənə yox, həmin yazıçıları o birliyə qəbul edən adamlara verəsiniz. O işləri mən görmürəm. Mən sadəcə, AYB-nin üzvüyəm. Bu gün həmin birliyin 1500-dən artıq üzvü var və Anar müəllimin özü də dəfələrlə etiraf edib ki, həmin insanların böyük əksəriyyəti heç nə yaza bilmirlər. Amma vəsiqələrə qol çəkməkdə də davam edir. Təsəvvür edin, adamlar var, qoyun verib Yazıçılar Birliyinə üzv olub.

- Niyə gənc yazarların böyük əksəriyyəti Anarı bəyənmir?

- Yox, məsələ Anarı bəyənməməkdə deyil. Mən Anarı istedadlı və oxumağa ehtiyac bildiyim yazıçı hesab edirəm. Anarın mətnləri var, yekəxanalıq çıxmasın, mən sevərək onların altına öz imzamı atardım. Di gəl, son vaxtlar mətbuatda Anarın elə yazılarına rast gəlirəm, onların adı, təyinatı nədir, bilmirəm. Və son hekayələri göstərdi ki, Anar artıq ədəbiyyatda tükənib, bitib. Yəni deməyə yeni sözü, yeni fikri yoxdur. Son yazıları ilə o, yazıçı obrazına ciddi zərbə vurdu. Anar köhnəliyi ilə gözəldir. Məsələn, “Dantenin yubileyi” ilə... Nə yazıq ki, Anar bu cür sanballı əsərdən sonra inşa səviyyəli mətnlər yazdı. Əslində, bunları tək Anara şamil etmək düzgün deyil. Bu gün Azərbaycan ədəbiyyatının ağsaqqal adamlarının primitiv, dərnək səviyyəli əsərlər boğaza qədərdir. Sadəcə, siz Anarın adını çəkdiyiniz üçün söhbət konkret onun üstünə gəldi.

- Söhbəti AYB-nin üzərinə gətirməyiniz həm də Anarın adının çəkilməsi deməkdir...


- Əlbəttə, AYB-nin bu vəziyyətə düşməsi və birliyin əvvəlki qüdrətinin itirməsinin məsuliyyəti Anar müəllimin üzərinə düşür. Çünki istedadsızları birliyə gətirən, daha doğrusu, onların vəsiqələrinə imza atan odur. Bəstəkarlar İttifaqının 200 üzvü var. Firəngiz Əlizadə istəsəydi, bu neçə ildə manısları üzv edə bilməzdi? Söhbət ciddi sənətdən gedirsə, bəli, sözün manısları AYB-nin ocağını murdarlayır. Bilirsiniz, adam yandığından və istədiyindən tənqid edəndə, “nankor” damğası vururlar.  Biz bu birliyin adını utanc yox, qürur hissi ilə çəkmək istərdik.

- Van Qoqun belə bir sözü var: “Mənə azadlıq versələr, hər şey edərəm”. Necə düşünürsüz, yazıçının, yaradıcı insanın hər hansısa birlikdə, qurumda olması onun azadlığını əlindən almır ki?

- Bu, subyektiv məsələdir. Hamı birlik üzvü olmaq zorunda deyil. AYB heç kimin əlindən tutub yazı yazdırmır və ya heç kimin yaradıcılığı qarşısına sipər çəkmir. Yazıçılar Birliyi şəxsən mənə, mənim yaradıcılığıma maneə törətmir. Bu mənada mən hesab edirəm ki, insanın deməyə sözü, istedadı varsa, o, istənilən şəraitdə, istənilən mühitdə yaza bilər. Əgər kimsə nəyisə deməkdən və yazmaqdan çəkinirsə, bu, artıq onun öz problemidir.

- Artıq ikinci romanınızı yazmısınız. Tələsmirsiniz ki?

- Yox, hesab edirəm, tez deyil. Əgər bir adamın istedadı varsa, onun üçün hansı yaşda roman yazmağın fərqi yoxdur. Yəni istedadı olan adam gənc yaşında da roman yaza bilər. Sadəcə, istedadı olan adam cəsarətli olub əlinə qələm alıb yazmalıdır. Hər halda, buna özümü hazır bilmişəm ki, yazmışam. Özümü buna hazır bilməsəydim, təbii ki, yazmazdım. Mənim yazdığım romanlar oxunursa, deməli, zamanında yazmışam.

- Belə bir deyim var: yazıçı, şair yazdıqlarını az da olsa yaşamalıdır. Məsələn “Aclıq” əsərini yazan Knut Hamsun onu yaşamışdı. Siz necə, yaşadıqlarınız yazırsınız?

- Mənim birinci romanım tələbəlik həyatımdan bəhs edir, hadisələr kirayə qaldığım Alatavada cərəyan edir. Həmin illərdə pulsuzluq, ac qalmaq, sevgisizlik, sevgidə xəyanət də olub. Birincidə bunları yazmışam. İkinci romanımda isə təkcə yaşananlar yox, həm də uydurmalardır. Yəni “Leyla”nı, məsələn, Röya ilə eşq macərası yaşayaraq yazmamışam.

- Deyəsən, məlum söz-söhbət səngidi...


- Hə, əlbəttə. Röya bu əsərdə özünü görürsə, bu mənim problemim deyil. Görüşəndə kitabı özünə verdim. Hərçənd inanmıram ki, oxusun.

- Özünüzü böyük yazarlardan hansı ilə eyni sırada görmək, onlardan hansına bənzəmək istərdiniz?


- Heç vaxt bu haqda düşünəcək qədər sadəlövh olmamışam. Məsələn, təsəvvür edin ədəbiyyatın peyğəmbəri Tolstoy və Cavid Zeynallı. Əstəğfürullah!!!

-Yazıçıdan müsahibə götürüb ona sevgi haqda sual verməmək günah olardı. Balzak deyirdi ki, bir anlıq məhəbbət bütöv bir ömrə bərabərdir. Cavid Zeynallı necə düşünür?

- Yaxşı sözdür. İntəhası, məsələ ondadır ki, məhəbbətin tərifin verməyə çalışmaq bekara işdir. Məhəbbət haqda danışmaq yox, onu yaşamaq və  varlığını hiss etmək daha gözəl duyğudur... /axar.az/

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.