"Qanun" fəaliyyətini dayandırmaq təhlükəsi ilə üz-üzədir
18.03.14

Media Hüququ İnstitutu “Qanun” Nəşrlər Evinə qarşı hökumətin  planlı və inzibati resurslardan, qanunlardan istədiyi kimi istifadə etməklə basqılarının artmasından, nəşriyyatın fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşməsindən ciddi narahatdır.

“Qanun” Azərbaycanın ilk müstəqil nəşriyyatlarından və mətbəələrindəndir. Fəaliyyət dövründə “Qanun”a qarşı tez-tez vergi qanunlarından istifadə olunmaqla basqılar edilib. “Qanun” kitab nəşri sahəsində çox böyük işlər görmüş, dünya ədəbiyyatında tanınmış əsərlərin azərbaycancaya tərcümə edilib yayılmasına böyük töhvələr vermişdir. “Qanun” ölkədə mövcud olan qeyri-rəsmi siyasi senzuranın çərçivəsində qalmaqdan imtina etmiş, siyasi hakimiyyətin bəyənib-bəyənməməsindən asılı olmayaraq ifadə azadlığına və oxucuya xidmət etmək prinsiplərinə sadiq qalmışdır. Bu səbəbdən də növbəti dəfə ciddi basqıların hədəfinə çevrilmişdir.

2013-cü ilin noyabrında Vergilər Nazirliyi heç bir sənəd, qərar təqdim etmədən “Qanun”a gələrək onun bütün sənədlərini, kompüterləri zorla özləri ilə aparıblar. Bunun ardınca Vergilər Nazirliyinin Audit Departamenti Nəşrlər Evinin 150 min manat cərimələnməsi barədə qərar çıxarıb. “Qanun”un həmin qərardan verdiyi, eləcə də müəsisəinin sənədlərinin geri qaytarılması barədə müraciətləri məhkəmələr heç bir əsaslandırma etmədən rədd ediblər. “Qanun” barəsində cinayət işi başlanılıb, onun bütün işçiləri, habelə “Qanun”la əməkdaşlıq etmiş bütün yazarlar və tərcüməçilər cinayət işinin istintaqına çəlb olunaraq istintaq qurumlarında sorğu-sual edilibilər. Çalışanların davamlı olaraq sorğu suala çəkilməsi, iş kompüterlərinin götürülməsi, müəsisənin üzərinə fantastik məbləğdə cərimə yükünün qoyulması “Qanun”u iflic edib. Nəşrlər Evi fəaliyyətini dayandırmaq təhlükəsi ilə üz-üzədir.

Media Hüququ İnstitutu “Qanun”a qarşı bu hücumu hakimiyyətin ölkədə bütün mətbəələri nəzarət altına almaq, onları öz siyasi senzurasına tabe etdirmək, həm kitab və qəzet nəşrini, həm də sair nəşrləri öz siyasi senzurası altına almaq siyasətinin tərkib hissəsi sayır. MHİ hesab edir ki, “Qanun”a qarşı bu basqılar Azərbaycanda ifadə azadlığına ağır zərər vuracaqdır.

MHİ hökuməti “Qanun”a qarşı vergi yoxlamaları adı altında qanunsuz basqıları təcili dayandırmağa, ölkənin inkişafına ciddi zərər vura biləcək siyasi senzura tətbiqinə bərabər olan belə siyasət yürütməkdən çəkinməyə çağırır. MHİ hökuməti müstəqil nəşriyyat və mətbəələrin yaranması və inkişafına, ölkədə fərqli düşüncələrin və bədii təxəyyülün sağlam rəqabətinə rəvac verə biləcək hökumət siyasəti hazırlamağa və həyata keçirməyə çağırır. /mediarights.az/

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.