Kənan Hacı - Yandırılan kitablar
28.03.14

Kitabların yandırılması bəşəriyyətin ən böyük cinayətlərindəndir. Kitabın yaranma tarixindən üzü bəri bəşəriyyət dəfələrlə bu cür təhlükəylə üzləşib. Amma bütün fikir krematoriyaları əks effekt verib.

1946-cı ildə Pişəvərinin başçılığı ilə fəaliyyət göstərən Azərbaycan Milli Hökuməti devrildikdən sonra fars şovinistləri Azərbaycan türkcəsində yazılmış kitabları yandırdılar və bununla kifayətlənməyib, bu dili tədris edən müəllimləri də kitabların oduna atdılar. Səməd Vurğun məşhur “Yandırılan kitablar” şeirini də məhz həmin dövrdə yazmışdı.

Corc Oruellin antiutopik “1984” romanında da kitab və dərgilərin kütləvi yandırılmasıyla bağlı tükürpədici epizodlar yer alır. Bütün totalitar rejimlər kitaba qarşı olub və kitabdan gələn təhlükəni hiss edərək onu məhv etməyə çalışıblar. Amma kitab tonqalları azad düşüncənin qarşısını ala bilməyib.

Səmavi kitabların yandırılmasına da dəfələrlə cəhd olunub. Bir neçə il bundan əvvəl Amerika kilsələrindən birinin rahibi Terri Cons müsəlmanların dini kitabı Quranın surətlərini kütləvi şəkildə yandırmağa çağırış etmişdi. Amerikanın bir neçə ştatında da bu tipli aksiyalar keçirilmişdi. Əfqanıstanda Amerika əsgərləri də Quranı yandırmışdı və buna görə Ağ ev üzr istəmişdi.

Bu günlərdə Amerika yazıçısı Rey Bredberinin antiutopiya janrında yazdığı “451 dərəcə Faranheyt” romanını oxudum və məni qəribə təəssürat bürüdü. “451 dərəcə Faranheyt” kağızın yanma dərəcəsidir. Döyüş meydanında tək qalmış kitabın yeganə müdafiəçisi həm də kitab yandıran adamdır. O, elə bir cəmiyyətdə yaşayır ki, orada bütün kitablar yandırılır, onları, hətta evdə saxlamaq belə qadağandır. Kitab yandıranların düşüncəsinə görə, onlar bədii təxəyyüldən ibarətdir və insanları gerçək həyatdan uzaq salır, onlara baş qoşsanız, ağlınızı itirə bilərsiniz. Başı şeytani düşüncələrlə qaynaşan müəlliflərin makinalarını əlindən almaq lazımdır.

Monteq öz qorxularını yenməyə çalışır, o, evində gizlicə kitab saxlayır. Bu cəmiyyətdə mis, tunc və polad hissələrdən ibarət olan Mexaniki İtin gözündən heç nə yayınmır, bu qorxunc məxluqun xüsusi iybilmə qabiliyyəti var, daim adamları təqib edir. Kitab yandıranlar onlara məlumat daxil olan kimi dərhal kitab olan evə yollanırlar və həmin evi kitablarla birgə yandırıb, külünü göyə sovururlar. Mexaniki İt onların işini asanlaşdırır, kitabın iyini alan kimi həmin evə səmt götürülür və beləliklə, “cinayətkar” ələ keçir. O, hədəfi özü tapan, səhvsiz vuran təkmilləşdirilmiş tüfəngdir, akkumulyatorla işləyir. Monteq fikirləşir ki, görəsən, it gecələr damında yatanda nə haqda düşünür? “İt bizim düşünməyimizi istəmədiyi heç bir şey barəsində düşünmür”. Ona yalnız pis şeyləri öyrədiblər – izləmək, ələ keçirmək, öldürmək.

Kitab yandıranlar vaxtilə yanğınsöndürən olublar. İndi isə onlar hər şeyi yandırırlar. Dantenin, Sviftin kitablarına od vururlar. Klassik yazıçıların əsərləri qısaldılaraq, on beş dəqiqəlik radio verilişlərində icmal edilir, fəlsəfə, tarix, dil dərsləri ixtisara salınır. Teatrları boşaldıb, orada ancaq təlxəkləri saxlamaq ideyası haqda düşünürlər. Onların fikrincə, həyat çox qısadır, əyləncəyə mümkün qədər çox vaxt ayırmaq, bacardıqca az düşünmək lazımdır. Bredberi insanlığı barbarlığa sürükləyən bu sistemin bütün iyrəncliyini təsvir edir, oxucunu ürəkbulanma həddinə qədər gətirib çıxarır.

O, bu sənət cərəyanının üzərində ucaldılan yeganə bünövrə deyil. Bu əsər üslub və mövzu baxımından Corc Oruellin “1984”, Oldos Hakslinin “Heyrətamiz yeni dünya”, Y.Zamyatinin “Biz”, Karen Boyenin “Kallogen” əsərləri ilə səsləşir və antiutopik janrda yazılmış ən maraqlı əsərlərdən biri sayılır. Bredberinin təxəyyülü hüdudsuzdur. O, bəlkə də, Marsa uçmaq istəyən yeganə yazıçıdır. Müsahibələrindən birində demişdi ki, “bir adamı Marsa göndərmək üçün lazım olan məbləğ Pentaqonun büdcəsiylə müqayisədə çox balacadır. Bu sözləri deyəndə onun 85 yaşı vardı. Yeniyetməliyində Los-Ancelesdə qəzet satan gələcəyin böyük yazıçısından soruşurlarmış ki, burda nə edirsən? Deyirmiş ki, yazıçı oluram. Zaman gəldi, o yazıçı oldu.  

Antiutopiya Sizif əməyi tələb edir. Bredberinin bu əsərin yazılmasına sərf etdiyi intellekt, enerji və səylər son nəticədə öz bəhrəsini verdi. Belə ki, “451 dərəcə Faranheyt” yazıldığı dövrdən bu yana dünyanın müxtəlif dillərinə tərcümə olunub və çox təqdirəlayiq haldır ki, oxucular artıq bizim dildə də bu əsəri oxumaq şansını qazanıblar.

Əsərdə Monteqin həyatı özünün bütün mürəkkəbliyi və çoxçalarlığı ilə dəhşətli təsvirlər fonunda göz önündən keçir. O, kitab yandıranlar dəstəsinin üzvü olsa da, evində kitablar gizlədir və bir gün ifşa olunur, evini yandırırlar. Mexaniki İt onu təqib edir. Məşum, mübhəm qüvvələrin pəncəsi altında əzilən insanların məhvi, mənəvi iflası eyni dərəcədə mübhəm hadisələrlə dolu süjet xəttinin köməyilə açıqlanır. O xatırlayır ki, uşaq vaxtı dənizin sahilində ələyi qumla doldurmağa cəhd edirmiş, ələyi doldurduğu təqdirdə qardaşı ona pul vəd etmişdi. Amma ələk heç cür dolmaq bilmirdi. İndiki halda, onun kitabları qorumaq istəyi məhz ələyi qumla doldurmaq kimi əbəs və mənasız bir cəhd idi. O, təkbaşına heç nə edə bilməz. Arvadı da ondan imtina edib. Yalnız bir nəfər ona kömək edə bilər – Faber. Faber  istefaya çıxmış ingilis dili professorudur. O, bu yanğın sistemi ilə mübarizə aparmağın faydasız olduğunu artıq dərk edib. Monteqi Mexaniki İtin cəngindən məhz o qurtarır. Professorun ağlasığmaz metodu Monteqi ölümdən xilas edir. Təfərrüatları yazmıram, əsəri oxuyanda hər şey sizə aydın olacaq. Monteqin Faberin evində onunla söhbəti isə ibrətamizdir. Faber yeni tanışına deyir:

“Nəsə yaratmayan insanlar yandırmalıdırlar. Bu, tarix qədər qədim, yaşlı qaydadır... Tək bir şeydən – bir insandan, maşın və kitabxanadan xilas gözləməyin, dünyanı xilas edəcək şeyi özünüz yaradın. Hətta bu yolda siz batsanız da, ən azı sahilə doğru üzdüyünüzü bilərək batacaqsınız”.  

Tarixdə böyük dağıntıları məhz heç nə yaratmayan insanlar törədib. Faber bir məsələdə özünü günahkar bilir, vaxtında qorxularını yenib, öz etiraz səsini qaldırmayıb. Onun kimi yüzlərlə alim susub və bu mütiliyin sonu kitabın ölümüylə nəticələnib.

Kitaba qarşı çıxan, onu yandıran millətin kitabı, beləcə, birdəfəlik bağlanır, heç nə onu xilas edə bilmir. Monteq bu çıxışsız labirintdən təsadüf nəticəsində xilas olsa da, kitabları yanğından qoruya bilmir.

Kitaba düşmən kəsilən cəmiyyətin sonu budur.  /1937.az/

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.