Vasif Əlihüseyn - Mənə nə vermisən ala bilmirsən
31.03.14
BSU Yaradıcılıq fakulitəsinin məzunu
Uddum dilindəki acı kəlməni, dinmədim, çıxartdın sən lap ağını. Deyəsən nahaqdan mən qəbul etdim, sənin bu ərköyün şıltaqlığını.
Qayıtdın yanıma sən üzü sulu, indi də, yanımda qala bilmirsən. Bu qədər başıma dərd oldun yetər, mənə nə vermisən, ala bilmirsən?
Neyniyim, mən sənə qıya bilmirəm, mənimçün həmişə sən tək qalmısan. Üzümə baxırsan donub qalıram, məni baxışınla ovsunlamısan.
|