Hədiyyə Şəfaqət: "Yazar heç bir mükafat barədə düşünməməlidir"- MÜSAHİBƏ

31.03.14

-Buyurun,  "Tanıyaq və Tanıdaq"da özünüzü təqdim edin?

-Hədiyyə Şəfaqət - Sevinc Məmmədova. Mən eyni anda, lakin bir qədər fərqli yaşayan iki insanam. Şəki rayonunun Bideyiz kəndində tibb işçiləri ailəsində doğulmuşam. Hə, xeyli də gecikmişəmmiş. Mən elə həmişə gecikirəm. Elə doğulanda da adım qarışıq düşüb. Deyəsən adımla bərabər də çox şey qarışıq düşüb. Orta məktəbi əla bitirmişəm, sonra tələbəlik gəlir. Daha sonra adi hadisələr. Bu Sevinc Məmmədovadır. Hədiyyə isə, dörd yaşında hərfləri öyrənib, beş yaşında yazmağa başlayıb. İlk şeirini birinci sinfdə yazıb, ilk məqaləsi 13 yaşında çap edilib, ilk oçerkləri 15 yaşından o zamankı Azərbaycan radiosunda səsləndirilib. Bir də indiyəcən bir neçə dəfə Hədiyyə Şəfaqət olmaqdan vaz keçib, amma hər dəfə taleyi onu geri qaytarıb.

-Qaytarmasaydı necə?

-Qaytarmasaydı... Yəqin Sevinc olaraq davam edirdim. Təkcə...

-Evdar qadın?

-Qətiyyən! Sevinc həm evdar xanım, həm ana, həm də iş qadınıdır. İlk işimi quranda hələ məktəbli idim. Çox kiçik yaşlarımdan öz xərcliyimi özüm qazanmışam. Baxmayaraq ki, yeganə övlad idim və buna heç ehtiyacım da yox idi.

-Deməli siz əslində heç vaxt Hədiyyə olmaqdan vaz keçməmisiz?

-Sevinc uzun illər AMEA-da elmi iş də aparıb, axtarışlar edib, itib-batmış kənd yerlərini, yer adlarını da araşdırıb. Vaz keçdiyim olub, həqiqətən deyirəm. İlər olub ki, bir cümlə də yazmamışam. Əsas da keçən ildən, və əvvəlki beş-altı ildə, bircə cümlə də...

-Heç olubmu ki, itib batanların sonradan aşkara çıxması sizi məyus etsin?


-Aşkara çıxan hər şey maraqlıdır.

-Hədiyyə xanım, ədəbiyyata gəlişinizi bildik. Bəs Yaradıcılıq fakültəsinə necə gəldiniz?

-Yenə Tale... Təsadüfən rəhmətlik Elnarə xanımla tanış oldum, bir andaca qərar verildi ki, mən Yaradıcılıq fakultəsində olacam. Əslində təsadüf düyilən heç nə yoxdur. Buna tale deyirik, amma qəribədir ki, həmin hadisədən bir necə ay əvvəl fakultə ilə maraqlananda gec olduğunu öyrənmişdim. Elə həmin gün, Elnarə xanımla söhbətimizdən yarım saat əvvəl də bir nəfər mənə dedi ki, şərtlər ciddiləşdirilib və rayondan gəlib-getməyiniz mümkün olmayacaq.

-Beləliklə də, düz bir il gözləməli oldunuz?

-Yani fakultəyə bir dostumla görüşmək üçün, ilk dəfəydi gəlirdim və bir saat sonra oradan dinləyici kimi çıxıb getdim. Bu hadisə mart ayının sonlarında olub. Ondan sonra dərslərə qatılmağa başlasam da sentyabrda birinci kurs tələbəsi kimi gəlmişəm fakultəyə.

-Gəlişinizlə yaradıcılığınızda nələr dəyişdi?


-Xeyli şey dəyişdi. Düzdür, bundan əvvəl yazıçı Aslan Quliyevlə tanış olmuşdum və onun bir hekayəsi haqda rəy yazmışdım. Sonra o, mənə nəsə yazdı, yaxşı xatırlamıram. Duymuşdu ki, mən də yazıram. Elə o, da yazılarımı oxuyandan sonra davam etməli olduğuma inandırmışdı. Sonra da Yaradıcılıq fakültəsi... Yaradıcılıq elə təkcə havasıyla çox şeyi dəyişə bilər. Əlavə edə bilər.

-Fakültənin yaratdığı dəyişikliklər sizi gələcəyə necə daşıya bilər?

-Yaradıcılıq şəxsən məni dəyişməkdən daha artıq əlavə edib. Bilmirəm, hər halda davam edirəm. Təsəvvür edəmmirəm, çünki xüsusi hədəflərim yoxdur. Eləcə hekayələrimi yazmaq istəyirəm. Yaxşı hekayələr, yüz il sonra da oxuna biləcək hekayələr, hamının oxuya biləcəyi hekayələr...

-Məncə ən böyük uğur özündən sonra da uğur gətirər.

-Uğurların davam etməsi ilk uğurun qazanılmasından daha çətindir.

-Çətin olduğu qədər də şirindir.

-Haqlısınız.

-Daha çox hansı mövzulara toxunursuz?

-Bilmirəm, insan mənzərələri daha çoxdur deyəsən. Sevdiyim insanlar... İnsanları sevirəm, ya da belə... Hə, dəqiq insanı yazıram. Ya da, yazmaq istəyirəm.

-Ədəbiyyata erkən gəliş sizcə evin tək övladı olmağın nəticəsidir?

-Tənhalıq baxımından ola bilər. Gözümü açıb evdə kitab görmüşəm. Valideynlərim kitabı sevirdilər. İlk oyuncağımı indi də xatırlayıram, şəkilli, kiçik, rus dilində, hər səhifəsində bir cümlə yazılmış qu quşunun nağılı idi. Onda nə yazıldığını anlamırdım, bir az böyüyəndə bildim.

-Başlanğıcda nə yazırdınız?

-Kiçik uşaq şeirləri yazırdım. İndi də yadıma düşəndə uşaqlaşıram. İlk dəfə Azərbaycan pioneri qəzeti "Bahar" adlı şeirimi çap etmişdi. Deyəsən 10-11 yaşım vard.

-İndi o şeiri xatırlamırsız?

    -Gəl bahar, gəlişinlə bağçalar çiçək açsın,
     Uşaqlar kəpənəyin dalıyca çöldə qaçsın.
     Gəl bahar, gəlişinlə çiçəklənsin nar, ərik,
     Biz məktəb həyətində yenə güllər əkərik.

Qəribədir ki, indi hər şeyi unutmuş halımla 26 il əvvəlki şeirimi əzbər bilirəm. Dörd bənd idi.

    Nəfəsin çiçəklərin nəfəsi, canı olsun,
    Gəl bahar ömrümüzün, ən gözəl anı olsun.

-Ümumiyytlə, yazılarınız arasında ayrı seçkilik edirsiz?

- Hekayələrimə daha peşəkarcasına yanaşmağa çalışıram. Redaktə edirəm, dincə qoyub sonra bir də baxıram. Şeirlərim isə... Əvvəllər daha ciddi yanaşmışam, lap ciddi ha!
İndi bir anlıq gəlir, yazılır, çox zaman da elə yazıldığı kimi gedir arxivə. Bəlkə nə zamansa üzə çıxacaqlar.

-Poeziya ögeyləşib?

-Hərçənd şeirlərimi də bəyənənlər var. Poeziya mənim sirdaşımdır, onunla dərdləşirəm. Nəsr isə, işimdir. Onunla etiraz edirəm bəlkə də... Nəsr ciddi məsələdir mənim üçün, mən cəmiyyəti çox da eynimə alan biri deyiləm, inanın.

-Ancaq sirdaşınızı da cəmiyyətlə bölüşmək istəmirsiz. Cəmiyyətin baxışı, yoxsa poeziyyanın bu günki durumu sizi şeirdən soyudir?

-Şeir yazmaq istəyirəmsə yazıram, ancaq hələ ki, çap edilməyib. Şeir mənim iç pıçıltılarımdır, onları hamı eşitməsə də olar, mən ümumiyyətlə oxuyuram.

-Azərbaycan və dünya ədəbiyyatından kimləri oxuyursuz?

-Bilirsiniz, bu Şəki-Bakı və geri qalan butün yollarda zamanımın bir hissəsini qoyuram və bunu ancaq kitablara sərf edirəm. Hətta metroda da, tıxacda da, yanımda həmişə kitab var. İstənilən anda sınaya bilərsiniz, indi Ekonun "Qızılgülün adı" əsərini oxuyuram.

Gec bir zamanda qapım döyüldü: -Kimdir? -Mən-söylədi. Qapını açdım. Doğrudan da o idi... -Niyə belə gec gəldin? Başını buladı, baxışlarını gizlətməyə çalışdı, amma bacarmadı, axı o TANRI idi, həqiqətin özü idi: -Əli boş gəlmək istəmirdim, amma sənin arzuladığın şeyləri tapammadım...

-Oubmu ki, bir məhşur əsəri oxuyub mən bundan daha yacşı yazardım deyəsiz?

-Var məhşur, var piarı güclü gedən... Olub, amma deməyəcəm hansıdır

-Şərtimiz var axı?

-Rəhmətliklər yuxuma girər. (gülür)

-Sevgi məsələlərindən danışaqmı?


-Danışaq. Nədən istəsəniz danışacağıq.

-Heç sevgidən yazıb özünüzü sevdirmisiz?


-Mən heç özümü sevdirə bilməmişəm. Səmimi sözümdür.

-Burda yaman çox sual yarandı. Belə çıxır ki, sevgi özü gəlir deyimi düzdü?

-Elə onu deyirəm. Bu mən bacaran iş deyildi. Özü-özündən yaranıbsa yaranıb. Özümü sevdirməyi isə bacarmadım.

-Svgini mətnə gətirmək də özlüyündən yaranır?

-O mənim sevgimdən yaranır yəqin, sevməyi bacarıram. Hər halda, mənə belə gəlir ki...

-Şeirləriniz mövzu, hekayələriniz isə konkret şəxslərə ünvanlanır?

-Xeyr. Hekayələrimin heç bir qəhrəmanı real deyil, ancaq ümumiləşdirilmiş ola bilər. Şeirlərimi isə, heç zaman mövzu düşünərək yazmamışam. Ümumilikdə insanları sevirəm. Təkcə insanları yox, mənə elə gəlir hər şeyi sevirəm. Sevdiklərimin məni sevməsini düşünmədən... Yazanda isə, insanı yazıram. Konkret kimi isə deyil, eləcə İNSANI...

-Hekayədə sevdiyiniz insanlar varsa, demək mövzu konkretdir?

-Yani bu dəqiqdir ki, mən insanı yazmaq istəyirəm, dəqiq bir insanı yox. Başa salammıram, mən ümumiyyətlə insanları sevirəm, təkcə qəhrəmanlarımı deyil. Əslində ayrılıqda sevdiyim heç bir insanı hələ yazılarıma gətirməmişəm. Bir-iki şeir istisna edilməklə... Belə də, ümumi insan taleləri, yaşantılarıdır...

-Mənə elə gəlir ki, yaradıcəlığınızda təzzadlı anlar çoxdur.

-Heç buna fikir verməmişəm.

- Məsələn, mövzular arasında xoutik fikir bölgüsü də bunu təstiqləyir. Yoxsa mənə belə gəlir?

-Elədir. Amma həmişə eyni mövzunu niyə yazım ki? Ola bilər sonradan nəyəsə qayıdım, amma məndə bu heç zaman planlı olmur. Hekayələrim silsilə deyil, hansı məni tutursa və onu tamamlaya bilirəmsə yazıram.

-Anladım. Sevgiyə dönüş edək. Dediniz sevməyi bacarıram. Ondan öncə də sevgisizliyə işarə etdiniz. Bu halda sevməyi bacardığınızı necə öyrəndiniz?

-Necəsə sevirsən... Sadəcə ona işarə vurdum ki, sevdiyim insanlara özümü sevdirə bilmədim. Bəlkə də, bunu göstərə bilmədim. İçimə sıxdım, dişimə sıxdım, qorxularıma sıxdım. Bu sadəcə sevgili mənasında deyil. Dost sevgisi, yoldaş sevgisi, inandığın insanların da sevgisi ola bilər. Amma sevgisiz olduğumu düşünmürəm, ən azından özüm sevdiyim üçün. Sevdiyim insanların bunu bilib qarşılığında məni sevəcəyini heç gözləməmişəm, ummamışam. Eləcə sevmişəm. Sevgi mənim üçün məsafələrin qısalması, maneələrin götürülməsi, hər an yanında olmaq deyil. Mənim üçün nələrinsə edilməsi, nələrinsə qurban verilməsi, nələrinsə dəyişdirilməsi də deyil. Eləcə sevgidir, içimdə, özümdə... Sadəcə bir istisna var, onunsa yeri başqadır, məlum. (gülür)

-Çox maraqlıdır. Bəlkə də, çox insanın arzuladığı səbr var sizdə.

-Çox səbrliyəm. Həyat öyrədib.

- Bəs siz bu həyatı, ədəbiyyatı, insanları sevənlərə nə öyrədə bilərsiz?

-Heç nə. Həqiqətən... Öyrətmək kimi bir iddiam yoxdur, buna haqqım da yoxdur. Özüm öyrənməyə çalışıram. İnsanları rahat buraxmaq lazımdır ki, öyrənmək istədiklərini öyrənsinlər, demək istədiklərini desinlər, yaşamaq istədiklərini yaşasınlar, yazmaq istədiklərini isə yazsınlar.

- Sizcə idealsız?

-Deyiləm.. O qədər əskiklərim var ki... Siz bir az da suala tutsanız hər şeyi etiraf edəcəm. (gülür)

-Onda məni incitməyin, keçək etiraflara.

-Təhlükələri sevirəm.

-Məsələn?

-Məsələn mən qorxaq insanam, ürəksiz insanam, qırılqan insanam. Ən çox da itirməkdən qorxuram. Amma bir yandan da gözümü yumub elə şeylərin üstünə gedirəm ki, lazım deyil. Deyilənə görə də bir az sərt insanam.

-Bəs ən çox hansı xüsusiyyətinizə inanırsız?


-Hamısına! Heç biri qurama deyil.

-Lap yaxşı. Dönək ədəbiyyata. Bir sıra məsələlərdən agah olduq. Növbəti sualım bu günki ədəbi məclislərlə bağlı olacaq. Ədəbi məclislərlə əlaqəniz varmı?


-Var. "Vahid" ədəbi məclisinə gedirəm. Deyəsən məni ora daimi üzv qəbul ediblər. Düzdür, deyirlər oraya əsasən qəzəlxanlar yığılır, amma mən getdim və gördüm ki, ən müassir tərzdə yazılmış şeirləri qəbul edib diqqətlə təhlilə cəlb edirlər.

-Oxucu auditoriyasına yol tapan mətnlərin thlili nə dərəcədə lazımlıdır?


-Bilmirəm. İndi ədəbiyyatda nəyin nəyə lazım olduğunu kim deyə bilər?

-Müsahibim suala başladısa demək işlər... Yaxşı, cavab verim də. Məncə gələcək deyəcək.


-Hər şey yaxşı olacaq. Mənim həyat devizim budur:- " Hər şey ancaq yaxşılığa doğru dəyişir!"

-Sizcə biz nə zaman nobelə layiq görüləcəyik?

-Nobel? Pis olmazdı. Amma yazar heç bir mükafat barədə düşünməməlidir.

-Biz deyərkən, yəni ümumi bu günki ədəbiyyatımız...

-Nobel bəxt məsələsidir, təbliğat məsələsidir, siyasət məsələsidir. Davam etdirmək də olar. Təkcə ədəbiyyat məsələsi deyil.

-Belə. Onda vaxta buraxaq. Vermədiyim hansı sualı istərdiniz?

-"Həyata bir də gəlsəydiniz kim olmaq istərdiniz?"  Tam ciddiyəm.

-Onda deyin görüm kim olmaq istərdiniz?

-Uzaq yerlərə sərnişin daşıyan avtobus sürücüsü.. Yolları sevirəm. Yolları əlimə almağı, qət etməyi sevirəm. Həyat da bir yoldur. Bəzən dayanıb dincəlirik, sonra davam edirik. Dayanacaqlarda çox zaman itirdiyimi etiraf edirəm. Amma heç bir şey üçün peşman deyiləm. İndi isə təkcə yaşantılarım üçün deyil, yazacaqlarım üçün də peşman olmayacağıma ümüdlüyəm. Əlli il sonra son müsahibəmdə bunları bir daha xatırlayacam. Amma əminəm onda da bir daha yaşayacağım ömür üçün arzum eyni olacaq. Uzaq yolların sərnişin avtobusunda sürücü...

-İnşallah! Bu yolun da sonuna gəldik. Söhbətə görə təşəkkürlər.

-Buyurun. Sizləri tanımaq və həmsöhbət olmaq xoş oldu. Uğurlar!

Söhbətləşdi: Ramilə Qardaşxanqızı

Yenililklər
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.