Mark Tven: xoşbəxtliyə açar olan doqquz qayda
03.04.14

Mark Tven dünya ədəbiyyatının parlaq simalarından biridir. Məşhur romanlar müəllifi olmaqla yanaşı o, istedadlı natiq, satirik və müəllim idi. Ömrünün sonuna doğru ard-arda baş verən faciələrə:
 
Üç övladını, həyat yoldaşını və ən yaxın dostunu itirməsinə, ölümcül xəstəliyə tutulmasına rəğmən, müasirlərinin qeydlərinə görə, Tven yumor hissini itirməmişdi. Bir dəfə onun öldüyü barədə şayiə yayılır və bu şayiələr Tvenin də qulağına çatır. Yazıçının tarixə düşmüş cavabı belə olmuşdu: “Mənim ölümüm barədə şayiələr çox şişirdilib”.     
 
 
1. Özündən məmnun olmayan insan həyatdan məmnun ola bilməz.
 
Özünüzdən, öz davranışınızdan və hərəkətlərinizdən məmnun deyilsinizsə, həmişə ümumi narahatlıqdan əziyyət çəkməli olacaqsız. Özündən məmnun insan sakitdir, özünü daxilən azad hiss edir və gerçəkdən arzuladığı hər şeyə nail ola bilər. Özünüzü daxilən azad hiss etmirsizsə, bu, sizin yüksəlişinizə ciddi əngəl olacaq. Hətta yüksəliş yollarını düzgün müəyyən etsəz belə, daxili azadlığın olmaması irəliləyiş yolunda müqavimətə çevriləcək. Azad olmağı bacarmalısız. Başqalarından bəyəni gözləməyin. Bəyənini öz içinizdə axtarın. Bu daxili səddi aşın və özünüzə sahib çıxın. Elə də asan məsələ deyil, öhdəsindən gəlmək bir xeyli zaman çəkə bilər, odur ki, ruhdan düşməyin.
 
 
2. Yaş yalnız sizin şüurunuzdadır. Əgər onun haqda düşünmürsüzsə, deməli,  mövcud deyil.
 
Bir çox sədlər məhz şüurumuzdadır. Bizə elə gəlir ki, hansısa işlə məşğul olmaq üçün yaşımız ötüb, bu iş daha bizlik deyil, bundan sonra dəyişə bilmərik. İnamla deyə bilərəm, həyatda elə bir vəziyyət çətin mümkün olsun ki, ürəyinizə yatan bir işlə məşğuliyyət üçün artıq gecikmiş olasız.
 
 
3. Gülüş – insana məxsus olan ən güclü silahdır; heç kim incə yumor həmləsinə duruş gəritə bilməz.
 
Yumor istənilən ciddi vəziyyəti gülüş üçün zəminə çevirə bilir. Gülüş xoş ovqatın rəhnidir.  Ovqat yaxşı olanda işləmək də asan olur, çünki gülüş mənfi emosiyaları beyindən sıxıb çıxarır, müsbət yüklü beyin bədəndə yeni güc axını yaradır. Ovqatı xoş insan istənilən problemin həllinə daha yaxındır, nəinki ovqatı təlx biri.
 
 
4. Qəzəb – içində saxlandığı qabı aşındıran turşu kimidir. O, saxlandığı qaba töküldüyü qabdan daha çox zərər yetirir.
 
Qəzəb ilk növbədə bətnində yuva saldığı kəs üçün dağıdıcı, ən azından isə faydasızdır. Qəzəbli olarkən siz vəziyyət üzərində nəzarəti asanlıqla itirirsiz və bir çox səhv hərəkətlər, o cümlədən cinayətlər məhz qəzəbli vəziyyətdə törədilir. Birinə qarşı daimi qəzəbiniz varsa, anlamalısız ki, bununla həmin adama deyil, elə özünüzə zərər yetirirzis. Ola bilsin, həmin adamın sizin qəzəbinizdən heç xəbəri yoxdur. İndi baxın, belə qəzəb onamı, yoxsa sizin özünüzə ziyandır. Qəzəb duyduğunuz adam vaz keçiləcək biri deyilsə, arada olan münaqişəni qaldırmaq üçün ilk addımı ondan gözləməyin, bunu heç tərəddüdsüz özünüz edin. Buna görə heç vaxt peşmançılıq duymayacaqsız, çünki bilirsiz, bu addımı məhz öz əsəblərinizi xilas etmək üçün atmısız. Gərəksiz qəzəbdən uzaq olmağı bacarmaq özü bir məsudluqdur.
 
 
5. Sanmayın ki, dünya sizə nədəsə borcludur. Dünyanın sizə heç bir borcu yoxdur. O, sizdən əvvəl də mövcud idi.
 
Uşaqkən bizə lazım olan çox şeyi valideynlər təmin etdiyindən, bəzi adamlar yetkinlik yaşına çatdıqdan sonra da şüuraltı olaraq uşaqlıq gözləntilərini bir növdən saxlayırlar. Onlara elə gəlir ki, ətrafdakılar onlar üçün nələrisə etməlidir. Bunun üçün özlərindən səbəblər də düşünüb tapırlar. Sanki hər nə istəsələr dünya bunu onlara verməyə borcludur. Gözləntiləri doğrulmadıqda kimdəsə günah axtarır, küsür, depressiyaya düşürlər. Birdəfəlik qəbul etmək lazımdır ki, dünyada bir çox şeylər bizə aydın olmayan qaydalarla cərəyan edir, əgər görürsüzsə ki, nəsə siz istəyən kimi getmir, bunda kimisə günahlandırmağa gərək yoxdur. Çalışın, arzu etdiyiniz şeylərə öz əzminizlə nail olasız.  Dünya indiyədək çox ədalətsizliklərə şahiddir, hesab etməyin ki, ən dəhşətli ədalətsizlik belə onun sonu ola bilər.
 
 
6. Yeni ideyalarla ortaya çıxan insanı bu ideyalar uğur qazanmayınca əcaib sayırlar.
 
Yeniliklər həmişə qorxuducudur. İnsanların yeni ideyalara göstərdiyi reaksiya sizi və ya sizin ideyalarınızı deyil, həmin adamların özlərini səciyyyə edir. Bu onların daxili hisləridir, hansılar ki, sözlərində, hərəkətlərində və mühakimələrində ifadə olunur. Hətta ən qorxunc vəziyyətdə də onlar sizi gec-tez rahat buraxacaq və öz işlərinin başına qayıdacaqlar. Buna görə, vahiməyə düşməyin və lazım bildiyiniz işi görməkdən çəkinməyin. Bir çox görkəmli adamlar və yenilikçilər təcrid edildikdən xeyli sonra öz istəklərinə nail olmuş, haqq etdikləri dəyəri qazanmışlar.
 
 
7. Pessimizm – zəif əsəbli adamların müdriklik kimi başa düşdüyü sözcükdən başqa bir şey deyildir.
 
Sizin fərdi dünyanız diqqətinizin nələr üzərində cəmlənməsndən xeyli asılıdır. Siz problemlər içində itib-bata və özünüzü öz gözünüzdə əzabkeş və qurban kimi görə bilərsiz. Amma diqqətinizi pozitiv şeylərə cəmləməklə qısa zamanda həyatınızın yaxşıya doğru dəyişdiyini hiss edəcəksiz. Qeyri-iradi olaraq diqqətinizi problemlərə cəmləməklə siz yaxşıya doğru yolunuzu özünüz qapadırsız. Problemlər barədə düşüncələri bir az qovun ki,  qəlbinizdə fərəh üçün yer açılsın.
 
 
8. Öz ruhunu yüksəltməyin ən yaxşı yolu başqasının ruhunu yüksəltməkdir.
 
Çətinliyə düşmüş bir insana, hətta tanımadığınız biri olsa, imkan daxilində kömək göstərdikdə ruhunuz mütləq yüksələcək. İnsanın özünü xilaskar kimi görməsi fərəh doğurmaya bilməz. Eyni zamanda, yardım etdiyiniz adam da əvəzində sizə və ya başqa birinə yardım etməyə çalışacaq. Beləcə, şəfqət hissi getdikcə daha çox adamı bürüyəcək.
 
9. İyirmi il sonra siz etdiklərinizdən daha çox, etmədiklərinizə görə təəssüf çəkəcəksiz. Buna görə, yelkənləri qaldırın və sakit limanı tərk edin. Yelkənləriniz üçün səmt küləyi seçin. Axtarın. Xəyallar qurun. Kəşflər edin.
 
/kultura.az/

Yenililklər
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.