Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin tələbələri və məzunlarının Dünya Gənc Türk Yazarlar Birliyinin gənc yazarları ilə görüşü keçirilib. Görüşdə fakültə rəhbərliyi Günel Eyvazlı, Rəbiqə Nazimqızı, Manaf Kərimov, şairə Fərqanə Mehdiyeva, fakültənin müəllimi, şair Qəşəm Nəcəfzadə də iştirak edib.
Görüş zamanı həm fakültənin tələbələri - Nuranə Nur, Ramilə Qardaşxanqızı, Aysel Kərimi, Nuru Abdullayev, Rauf Qərib və.s, məzunlardan Elçin Aslangil, Günay Ümid, həm də qonaqlar maraqlı poeziya nümunələrini səsləndirib.
Görüşün sonunda gələn ay üçün fakültədə hekayə günü keçirilməsi qərara alındı.