Kamil Vəli Nərimanoğlu - “Hələ yaşamağa dəyər...”
08.04.14

Şair dostum Məmməd İsmayıla məktub

Çox illər öncə Moskvada bir söhbətimizi xatırlayıram. Açıq şəkildə dedin ki, “niyə siz (yəni o zaman üzdə olan gənc tənqidçilər) ancaq bir qrupdan yazırsınız?  Nə Azərbaycan şeiri, nə də Azərbaycan nəsri bu bir qrupdan ibarət deyil ki?” Mən də təxminən belə bir canqurtaran cavab verdim: “Şəxsən mənim məqsədim çağdaş Azərbaycan şeirindən və ya nəsrindən bütöv, fundamental yazmaq deyil. Mən öz zövqümün ölçüsündə maraqlı bildiyim problemlərdən yazıram”. Gənclik ötkəmliyi ilə deyilsə də, bu söhbət təsadüfi deyildi.Sənin də nə qədər iddialı bir şair və ədəbiyyat, mədəniyyət adamı olduğunuzu mən gözəl bilirdim. O vaxt çox yaxın olmasaq da ziyalı parametrlərin mənə yaxşı tanış idi. Xüsusilə Anarın “Qobustan”da,Ə.Əylislinin “Azərbaycanda”, Y. Səmədoğlunun “Ulduz”da, İsaq İbrahimovun və Elçinin Yazıçılar Birliyində, Mövlud Süleymanlının, Vaqif Əlixanlının radioda, Vidadi Paşayevin “Gənclik” nəşriyyatında, S.Rüstəmxanlının “Yazıçı” nəşriyyatında, Vidadi Məmmədovun, Natiq Səfərovun çayxanada etdiklərini sən “Gənclik” nəşriyyatında edirdin.
Bu prosesi dəqiq adı yeniləşmə, yenilik arayışları ,özünəqayıdış, özünüdərk idi, Qərb-Şərq düşüncə sintezinin yenidən xalqa qayıdışı və sovet ideologiyasının yaratdığı çox böyük əngəllərlə mübarizə idi.
Stalin buzlarını əridən Xruşşov qatı antimodernist və qurama bir siyasətçi olsa da, buzların çatlamasında onun əhəmiyyətli  rolu, missiyası var idi.
Azərbaycanda hər 15-20 ildən bir başı kəsilən ziyalı   nəslinin yeni bir qanadı mədəniyyətdə bəhrə vermiş, İsa Hüseynov, İsmayıl Şıxlı, Sabir Əhmədli, Çingiz Hüseynov kimi yeni vizyonlu, qələmli ədəbiyyat adamları, Qara Qarayev, Arif Məlikov kimi daha sonralar Vaqif Mustafazadə, Tahir Salahov kimi sənət adamları yeni baxışla Mirzə Cəlilin, Sabirin, Üzeyir bəyin, Ə.Hüseynzadənin, Əhməd Ağaoğlunun, Müşfiqin böyük Qərb-Şərq sintezini bərpa etmək yoluna çıxmaqla əslində Azərbaycan Demokratik Respublikasından, bilavasitə Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşlarından, fikirdaşlarından gələn böyük əqidə yolunu təmizləməyə başlamış, yeni şərtlərlə əzəli və əbədi kriterlərə, milli –demokratik dəyərlərə yol açmağa başlamışdılar.
Dəmir divarlar, sərt təqiblər, ideoloji tabuların üsulları, fəndləri külli miqdarda problemlər yaratsa da, bir-birinə yaxın olan bu iki nəslin 50-ci illərin sonlarından başlayan düşüncə mücadiləsi yalnız yeni mədəniyyət faktı deyil, Xudu Məmmədovun, Azad Mirzəcanzadənin, Süleyman Əliyarlının, sonradan Aydın Məmmədovun adı ilə bağlı elm faktı, Anarın, Y. Səmədoğlunun,  Elçinin, İsi Məlikzadənin, Fərman Kərimzadənin, Vaqif Səmədoğlunun, Fikrət Qocanın, Isa İsmayılzadənin, daha sonralar sənin, Ramiz Rövşənin, Vaqif Nəsibin, Sabir Rüstəmxanlının, Vaqif Bayatlının, Seyran Səxavətin... adı ilə bağlı yeni ədəbiyyat gerçəkliyi idi. Bu gerçəklikdə mən Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə, Məmməd Cəfər, Cəfər Cəfərov, Xəlil Rza ədəbi şəxsiyyətlərini, düşüncə və fikir adamlarını unutmuram və yuxarıda vurğuladığım “ədəbi zövq” kriterinin yol açdığı subyektivliyi, təbii ki, birtərəfli baxışı da gizlətmək istəmirəm.
Əslində Məmməd müəllim, bu əbədi, elmi  siyasi axınların gücünü, xidmətlərini, dəyərini, qiymətini anlamaq və dərk etmək üçün çox yazılmalı, yaxın və əlbəttə ki, nisbətən uzaq tarixin bir çox məsələlərinə yenidən baxılmalıdı.Ətrafına topladığın o gənclər ədəbiyyat dərnəklərindən, çayxanalardan, universitet-komsomol hay-küyündən uzaq olan başqa cür düşünənlər idi. “Azərbaycan”la, “Qobustan”la, “Ulduz”la bərabər çiyin-çiyinə, həm də onlardan fərqli vizyonda çalışmaq, mariginal düşüncəni toplamaq, bütövləşdirmək olduqca vacib idi və olduqca da böyük işlər görüldü. Əgər “Gənclik” olmasaydı Nəcəf Nəcəfovun rəhbərlik etdiyi yeni jurnalistika olmayacaqdı.
Məmməd müəllim,  Elçibəy dövründə Azərbaycan televiziyasına rəhbərlik etdin. O zaman mən də hökumətdə işləyirdim, arabir görüşürdük. Bu ağır zamanda sizin” Aşıq məktəbi” adlı konsepsiyanızın  özümüzünkülər tərəfindən nə qədər tənqid edildiyinin şahidlərindən biri də mənəm. Aşıq sənətini ictimai-siyasi fikir meydanına qoşan, “muğam-aşıq” sənəti bütövlüyünü konsepsiyalaşdıran ziyalılardan biri də sənsən desəm, həqiqətini demiş olaram.
İndi Türkiyəyə doğma kəndindən, ata evindən gətirdiyin təmizliyin, cəsarətin işığında yaşayırsan. Türkiyə bizim ikinci vətənimiz, doğma yurdumuz olsa da, can yerimiz Azərbaycandır.
Məmməd İsmayıl qələmiylə, zəhmətiylə yaşayır.  Amma Məmməd İsmayıl bu dünyaya yalnız uşaqlarını saxlamaq, ailəsini dolandırmaq üçün gəlməyib. O gəlib ki, bu dünyaya anasının öyrətdiyi bir kəlmə sözü desin, anasından aldığı bərəkəti paylaşsın.
Məmməd İsmayılın missiyasını anlamayanlar bizim dilimizi, şeirimizi, mədəniyyətimizi, mənliyimizi anlamayanlardır.
Bu yaxınlarda ünlü alim V.Jirmunskidən tərcümə etdiyin “Türk qəhrəman  eposu” kitabını oxudum. Sizə ürəkdən təşəkkür edirəm. Bu tərcümə mənə Əli bəy Hüseynzadənin Adam Smitdən türkcəyə çevirdiklərini xatırlatdı.  Çox sağ olun.
Məmməd müəllim, sizi ən yaxşı anlayanlardan biri də mənən. Amma yenə də şükür. Şükür ki, minlərlə tələbələrin, yetirmələrin var. Şükür ki, qələmin əlindədir və o qələm 50 ilk bundan öncəki kimi vicdanının, əqidənin, ürəyinin dediyini yazır. Çox şükür ki, övladlarınla qürur duyursan və əsla onlardan şikayət eşitmirsən.
Qədim şumerlər deyərdilər ki, insan taleyinin ardınca gedir. Taleyin sənin yazdıqlarındır.
Dünyada ondan başqa nə qalacaq ki, Məmməd qardaş? Sənə və balalarına can sağlığı, xoşbəxtlik arzulayıram. Səndən az yazsam da, səni düşünən,  sözünə ehtiyacı olan adamlardan biri də mənəm. Sənin yetirmələrindən biri də mənim yerlim idi –rəhmətlik şair Hüseyn Əfəndi. Onun bir dəfə ah çəkib dediyi bir sözü heç unutmuram: “Məmməd İsmayıl kimi adamlar olmasa, bu dünyanın dərdini çəkmək olmaz, ay müəllim”. Sonra buna yaxın sözü rəhmətlik Akif Səməddən eşitdim. İndi Çanaqqala Universitetini qurtaran tələbələrdən eşidirəm. Və əlbəttə ki, ürəkdən sevinirəm, qürur duyuram.
Haqq nəzilər, üzülməz, Məmməd müəllim.

Tanrı səni qorusun, şair qardaşım.

Hörmət və ehtiramla,
Kamil Vəli Nərimanoğlu

İstanbul, 5 mart 2014

/525.az/

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.