Ramilə Qardaşxanqızı - Qatil
08.04.14

Psixoloji-dram, esse

Bir zamanlar sevdiyin, yaraşıqlı, cüssəli və çox diqqətcil bir gəncin necə qatilə çevrildiyini təsəvvür edə bilirsən? Sənə güldən ağır söz deməyən birinin üzü, əlləri, üst-başı qızılı qana bələnibmiş. Vəhşi baxışlarında yarı qorxulu ifadə... Hansıki sən o əllərdə yalnız öz əllərini, ən uzağı isə bir dəstə gül görərdin. Səliqəli geyimdə, baxışları həyat dolu, üzündə təbəssüm, gözləri parlaq...

İndi təsəvvür edə bilirsən ki, sevdiyin həmin gənc, səni hər təbəssümü ilə xoşbəxt edən, hər kəlməsi bir ömürə bərabər olan o, gənc adam, hə, məhs o, gənc oğlan bir insan ömrünə son qoya bilib? Təsəvvür etdiyin o bir an səni dəhşətə bürüyür. Yox, bu o, ola bilməz! Yox, yox, yox!-deyirsən amma, bu doğrudan da onun özüdür! Əli qanlı, qolu qandallı...

Axı heç bir günahın, cinayətin cəzası ölüm deyil. Allahın verdiyi cana qıymaq, bir insanı həyat işığından əbədi məhrum etməyə isə, heç kimin haqqı yoxdur!

Sən onu ancaq qıskanclıq baş qaldırdığı zaman əsəbi görərdin. Əlləri titrəyərdi, baxışları ayzberqin iti bucağı kimi kəskin kəsərdi, amma sənə toxunmağa qıymazdı. Qəzəbi əsən meh kimi saçlarına toxunmadan ötərdi başının üstündən. Dodaqlarının arasından qırıq-qırıq cümlələr çıxardı. Diqqətlə dinləyərdin, nə dediyini güclə sezərdin. Sən onu anlamağa çalışanda o, susardı. Damarına nə qədər bassan, qısqnmağına nə qədər əsas versən də, ən pis halda divarı yumruqlayar, qapını çırpar və üzünə baxmadan çəkib gedərdi. Sabah olan kimi yeni gün, yeni nəfəs doğard. Dünəni unudub, sənə ən gözəl sözlərdən ibarət sabah məktubunu yazıb telefonuna yollayardı. Hə, məhs belə edərdi, belə...

Bəs görəsən bir insanın qanına susayanda, onu canından edəndə necə davranıb?

Çox güman ki, öncə əsəbdən ürəyi bərk-bərk çırpınıb, əlləri titrəyib, dili topuq vurub, ayağa qalxmaq istəyəndə dizləri əsib, gözü dörd olub, dönüb... Bəlkə də ayaq üstəydi, qurbanının üstünə qartal kimi şığayıb, qışkırıb, səsini qaldırdıqca qaldırıb. Bərkdən, daha bərkdən qışqırıb, emosiyalarını boğa bilməyib. Qurbanı heç bir reaksiya verməyincə dəliyə dönüb. Dəqiq, dəqiq ilk zərbəsi sillə olub. Əzraillə salamlaşırmış kimi o da ədəb-ərkanla ayağa durub, cavab olaraq müqavimət göstərib, canını vəhşiləşmiş insan parçasının əlindən xilas etmək istəyib. Bu zaman boy-boya təng gəlib, göz-gözə dikilib. Daha gərgin anlar, yırtıcı heyvan nifrət hissinə bürünərək girib sevdiyinin qəlbinə. Nifrət şeytan əməlidir, bəlkə də elə şeytan alıb ağlını başından. Hə, hə "günah şeytanındır". Pis keçən uşaqlıq dövründə, çətinliklərlə dolu gənclik illərində, yaşadığı ailə dramında, cəmiyyətdə üzləşdiyi bütün neqativlərdə, və ən nəhayət psixalogiyasını korlayan ətraf mühitin pis qoxusunda da şeytan barmağı var. Yoxsa niyə Allahın yaratdığı insan öz bənzərini parçalasın? Niyə özünü qartal kimi göstərib, quzğun kimi yaşasın?

Yox, səbəb şeytan əməli deyil. O an o, öz şeytana çevrilibmiş. Əcaib səsindən güc "qurbanının" məzlumluğundan zövq alaraq tamamlayıb öz missiyasını. Onun dünyaya gəlmək sənəbi də, elə bu imiş. Nə oğul kimi anasını yarıtmadı, nə insan kimi cəmiyyəti... Həm də, qalib olmaq hissi bir başkadır, dadlıdır. Dünyanın bütün nemətlərindən daha dadlı...

Fərqi yoxdur, kimi məğlub etdin, niyə qalib olmalısan.

Kim bilir, bəlkə qurbanına vurduğu hər zərbədən bir qisas duyğusu hiss edib, o duyğuyla da yeni nəfəs alıb, güclənib? Amma kimdən, və nə qisası? Axı bir qadın, həmdə yaşlı, anası yaşında qadın ona nə edə bilərdi ki, cəzası ölüm hökmü olsun? Bəs o hökmü oxumaq üçün kimdən izin almışdı? Allahdan? Əsla!

Həm də "xüsusi amansızlıqla". Hə, xüsusi... İstintaq işini özüm oxudum. Məhs belə yazılmışdı: "Xüsusi amansızlıqla"...

Kim bilir, həyatı boyunca çəkdiyi bütün ağrını, acını yükləmək istəyib o zavallı qadının boynuna. Bəs onun əzablarından yad qadına nə? O, qadın onu doğmamışdı, atmamışdı, yaratmamışdı ki, sadəcə qonşu imişlər. "Yaxın qonşu" İstintaq işində bu da yazılmışdı: "Filankəsov bəhmənkəs öz "yaxın qoşusu" 61 yaşlı filankəsova bəhmənkəsin başını xüsusi amansızlıqla kəsmişdir. Necədə dəhşətlidir ilahi!

Axı səbəbsiz heç nə olmur deyiblər. Bir insanın dönüb vəhşi olmasına, qatilə çevrilməsinə, digərinin dəhşətli ölümünə səbəb yoxdurmu? Axı noyə, niyə, niyə deyə soruşanda onun, bir zamanlar xəstə anasına şəvqət göstərən, ağsaqqal atasına sayqı duyan, bacısına can deyən, qardaşına arxa duran, qonum-qonşusuna hörmət edən, sevdiyi üçün canından keçən gəncin tutarlı səbəbi, verməyə cavabı olacaqmı? Nə deyəcək, nə? Niyə öldürdüm deyəcək? Niyə vəhşiyə çevrildim, insan qanına susadım deyəcək? Niyə məhv etdiyim qonşu qadın oldu deyəcək? Gücsüz, zalım, əxlaqsız idi, məni təhqir etdi, alçaltdı-deyəcəkmi? Axı onu dəyişən, insanlıqdan məhrum edən o hadisə niyə olmalıydı?! Ölən dirilsəydi suallar birtərəfli qalmaz, şübhələr yerdə can verən son damla insan qaını da qurutmazdı. Kim kimə düz cavab verəcək, kim nə səbəb gətirəcək, nə?!

Lap səbəb tapılsın. İçki, əsəb, psixoloji pozuntu, lap elə əqli azlıq, dəlilik... Öləni diriltmək, hədər gedən ömrü geri gətirmək, iki ömrə bədəl bu günahı yumaq nə mümkün...

Təsəvvür edirsən, bu sənin sevdiyin həmin o, gəncin ən son əməli, ömürlük bədbəxt olduğu andır? Öz xoşuna, istəyərək, sevərək bədbəxt olmağa bənzəyir. Sanki acın toxluq, uşağın böyüklük, qocanın gənclik arzusu kimi...

Sənin əllərini bıçaqla, gözlərini qanla, sevgini zindanla əvəz edən həmən o, gənc indi ömrünün ən gözəl çağlarını həbsxana divarları arasında yaşayacaq. Sən isə, sən təbii ki, oturub "əli qanlı" qatilin yolunu gözləçəyəcəksən. İstəsən də cəmiyyətin iti baxışı, həyatın yazılmayan qanunları qarşında sədd çəkəcək. Olmazlar kəsəcək önünü, qorxun ürəyinin dərinliklərindəcə ayıracaq səni sevgindən. Sevdiyin isə, reallığın vermədiyini xəyallardan umacaq. Sonu könüllü gətirməyə yollananda bu qədərini düşünməmişdi.

Yaşının gənc olmasına, daha nələrəsə görə güzəşt edib on beş il azadlıqdan məhrumetmə cəzası kəsiblər sevdiyinə. Bunu biləndə sükut çökür araya, içində bir az da şükr hissi oyandı. Sən demə...

O, da illərini elə yaşayacaq, azadlıq ümidi ilə yaşlanacaq. Əvəzolunmaz heç kim yoxdur deyib başka nəfəsdə qızınacaqsan. Sən başkasını sevdikcə o, dəmir barmaqlığlara sığal çəkəcək. Sən gəlinlik geyinəndə o, ən təzə şalvarının dizini yamayacaq. Sən zifaf gecəsindəykən o, çirkli corablarını qoxlayacaq. Sən ana olmağa hazırlaşanda o, doğma anasının üzünü unutmaqla qatacaq başını. Sən övladınla şəhərin gəzməli, görməli yerlərini seyr edəndə, o; görəsən bayırda hava necədir, şəhər dəyişibmi deyə öz özünə suallar verəcək. Beləcə, il ildən yeyin qaçacaq.

Bilirsənmi, əslində həbs cəzası qatilin ömürlük azadlığı deməkdir? Mən belə düşünürəm. Çünki o, qatil törətdiyi cinayətin yükünü həbsxana həyatında tək çəkməyəcək. Yarısını sənə, yəni sevdiyi qıza, yarısını onu dünyaya gətirən anaya, yarısını qanını daşıdığı atasına, yarısını bir zamanlar qardaş adı ilə fəxr edən bacısına, yarısını səsi gələndə hörmətlə ayağa qalxan qardaşına, yarısını əlini qanına buladığı qadına, yarısını qanına bələnmiş cəsədi ağlayanlara, yarısənı ona həbs cəzası kəsən hakimə, yarısını vətən dediyi torpağa, yarısını mənə, yarısını mənim bu mətnimi oxuyanlara və yerdə qalanını onu yetişdirən cəmiyyətə yükləyəcək. Beləcə, özünə yalnız həbsxananın divarları qalacaq ki, orda keçirdiyi on beş il ona ən doğma adamlardan, hətta sevdiyi qızdan, yəni səndən belə doğma olacaq. Əvvəllər həbsdən, cinayət işləməkdən qorxurdusa, daha qorxmayacaq. Qorxaqlığı əbədi ölümə məhkum olacaq. Qatil olmağına səbəb hər nəydisə də, həbsxana həyatında keçirdiyi illər o, gənci əsil cinayətkar kimi, tam yetişdirəcək və daha sonra yenidən cəmiyyətin içinə buraxacaq. Heç kim sənin sevdiyin o, adamın törədəcəyi növbəti cinayətlərə cavabdeh olmayacaq. Ya da heç kim onun növbəti cinayət törətməyəcəyinə dair zəmanət verə bilməyəcək. Bizə qalan ümid etmək, bəlkə, kaş və daha nələrsə olacaq. Bütün hallarda etimal sıfıra bərabərdi. Əsil qatili gələcək gətirəcək.

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.