Vaqif Bəhmənlinin və Rəşad Məcidin yeni kitablarının imza günü keçirilib
14.04.14

Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyi “Təhsil” Nəşriyyat Evinin kitab mağazasında şair Vaqif Bəhmənlinin “Hamı” və “İşartı” kitablarının,  şair-publisist Rəşad Məcidin isə “Dəlicəsinə” kitabının İmza günü təşkil edib. Tanınmış yazarların, ziyalıların, oxucuların iştirak etdikləri mərasimdə qonaqlar müəlliflərin kitablarını avtoqrafla alıb, onlara həmsöhbət olmaq imkanı qazanıblar.

Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin sədri Bəhruz Axundov tədbiri açaraq kitabların insan həyatındakı rolundan bəhs edib. Azərbaycan ədəbiyyatında xüsusi yeri və rolu olan hər iki müəllifə uğurlar arzulayıb,  kitabı əlahiddə qüvvə adlandırıraq  bu qəbildən olan tədbirlərin əhəmiyyətini vurgulayıb: “Kitabin əvvəlki hörmətini özünə qaytarmaq lazımdı. Həyatımızın, mənəviyyatımızın durulmasında, inkişafında kitabın rolu əvəzsizdir. Mən bu İmza gününü bayram sayıram, kitabsevərləri bu gün münasibəti ilə təbrik edirəm”.

V. Bəhmənli bu qəbildən olan tədbirlərin oxucularla müəllif arasında əlaqə baxımından əhəmiyyətini önə çəkib. Yaradıcılığının bu səviyyəyə gəlib çatmasında əməyi olan insanlara minnətdarlığını bildirən müəllif  bu yöndə Sabir Rüstəmxanlının adını xüsusilə qeyd edib. V.Bəhmənli yazarların bir-birlərinə dəstəyinin əhəmiyyətindən söz açaraq, dostluq xatirələrini bölüşüb. Tədbirdə iştirak edən yazarları özünə doğma insanlar saydığını dilə gətirən V.Bəhmənli həmkarı və dostu Rəşad Məcidin yeni işıq üzü görən “Dəlicəsinə” kitabı haqqında da təəssüratlarını bölüşüb.

Rəşad Məcid qonaqları salamlayaraq İmza günlərinin əsas mahiyyətinin oxuculara kitab almaq vərdişi aşılamaq oldugunu deyib: “Son vaxtlar yazarlar öz kitablarını oxuculara təqdim etməklə bu missiyanın öhdəsindən gəlməyə çalışırlar. Kitabı hədiyyə etmək bəzən onu dəyərdən salır. Pul verib alınan kitab da, o imza da oxucuya əziz olur”. R. Məcid kitabın təbliği işində, başda Bəhruz Axundov olmaqla, Naşirlər Birliyinin, “Təhsil” və digər nəşriyyat evlərinin əvəzsiz rolunu qeyd edib.

Xalq şairi Sabir Rüstəmxanlı müstəqillik dövründə çox sayda bədii kitabların nəşr edildiyini, keyfiyyəti ilə xarici kitablardan fərqlənmədiyini məmnunluqla vurğulayıb. Vaqif Bəhmənlinin yaradıcılığından söz açan S.Rüstəmxanlı onu “sözün ruhunu qoruyub saxlayan şair” kimi səciyyələndirib. S.Rüstəmxanlı Rəşad Məcidin yaradıçılığında obyektivliyi, səmimiyyəti qoruyub saxladığını bildirib: “Vaqif Bəhmənli ədəbiyyatda böyük hadisəyə çevrilib, Rəşad Məcid isə ədəbiyyatımızın həm qurucusu, həm təbliğatcısıdır”. S.Rüstəmxanlı belə kitabların üzə çıxarılmasında və təqdimatında “Təhsil” nəşriyyatının mühüm rolunu diqqətə çatdırıb.

İmza günündə çıxış edən Azərbaycan Dövlət Nəşriyyatının direktoru Azər Mustafazadə, yazıçı, millət vəkili Hüseynbala Mirələmov həm mətbuatımızda, həm də ədəbiyyatımızda “525-ci qəzet”in önəmli rol oynamasından bəhs ediblər.

Sonda müəlliflər oxucular üçün kitablarını imzalayıblar. /525.az/

Yenililklər
01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.