Elkin Kərimli - Məktub
15.04.14
İndi oxuyursan bu sətirləri Mənim sevgim ilə qururlanırsan. Bir az utanırsan, gülümsəyirsən, "Məni sevdiyini niyə danırsan?"
Tellərin toxunur sətirlərimə, Bunu hiss edirəm, bunu duyuram. Küləklər ətrini gətirsin deyə Hər gün pəncərəmi açıq qoyuram.
Bir qələm götürüb yazasan bəlkə...?! Sevgilim, cox deyil, cəmi bir sətir. Sonuncu xahişim budur ki, səndən. Yazdığın məktubu sən özün gətir...
|