"Qanun" nəşrlər evi yeni kitablar çap edib
16.04.14


"Qanun" nəşrlər evi dünya ədəbiyyatından yeni kitablar çap edib. Kitablar haqqında məlumatı təqdim edirik.





ARTUR KONAN DOYL  - QORXU VADİSİ


Romanın birinci hissəsində Şerlok Holms professor Moriartinin əlaltısı Porlokdan şifrəli məktub alır. Məktubda mister Duqlas adlı birisinə sui-qəsd hazırlanması barədə xəbər verilir. Bir qədər sonra Şerlok Holmsın Beykep-stritdəki evinə Skotlənd-Yardın inspektoru Makdonald gəlib xəbər verir ki, mister Duqlas öz malikanəsində qətlə yetirilib. Şerlok Holms tədqiqata başlayır. Lakin məlum olur ki, qətlə yetirilən mister Duqlas deyil, onu qətlə yetirmək istəyəndir.

İkinci hissədə Pinkerton şirkətinin xəfiyyəsi Berdi Edvards, Makmerdo adı ilə Vermiss şəhərciyinə gəlir ki, “Təmizləyicilər”in dəstəsinə daxil olsun. Bu Mak-Merdoya nəsib olur. Romanın süjet xəttinin maraqlı, həyəcanlı hadisələri də bundan sonra başlayır...

Artur Konan Doylun “Qorxu vadisi” dedektiv romanının ilk nəşri 1914-cü ilin sentyabrından 1915-ci ilin mayına kimi “Strund Magazine” jurnalında dərc olunmuşdur. Roman ayrıca kitab halında 27 fevral 1915-ci ildə Nyu-Yorkda işıq üzü görmüşdür.

Bakı, Qanun Nəşriyyatı, 2014, 204 səh.,
Ruscadan tərcümə :   Samir Bulut
Redaktor:                 Rövşən Ağayev






 

Haynrix Teodor Böll -  O İLLƏRİN ÇÖRƏYİ        
                        

Bütün Avropanı sarsıtmış, ən çox da Almaniya və Rusiyanı viran qoymuş II Dünya müharibəsindən sonrakı cəmiyyətin fonunda, əsərin qəhrəmanı Valter Fendrixə uşaqlığı, gəncliyi, qocalığı, yaxud dünəni, bu günü, sabahı – ümumiyyətlə, bütün həyatı və mənəvi dünyası məhv olmuş minlərlə, milyonlarla insanın ümumiləşdirilmiş surəti kimi baxmaq daha düzgün olar. O, müharibədən fiziki mənada salamat qurtulmuş, lakin mənəvi dünyası müharibənin fəlakətləri ilə damğalanmış və bu damğanı bütün həyatı boyu daşımağa məruz qalmış, buna məhkum edilmiş bir fədaidir.

Haynrix Böllün "O illərin çörəyi" əsərinin qəhrəmanı Valter hətta maddi və həyati imkanları düzələndən sonra da cibində çörək gəzdirir, dostu Volfdan oğurladığı pulları qaytarmaq istəyir, atasının kitablarını satıb bir buxanka çörək aldığı günləri xatırlayır, sevgilisi Ulla bir parça çörək üçün üzü sızanaqlı qızın başına fırlanmasını yadına salır, onun, siqaret almaq üçün elektrik peçlərini satdığını hamı bilir və beləliklə, sanki müharibə dövrünün sıxıntısı onu dinclik dövründə də qarabaqara izləyir.

Bakı, Qanun Nəşriyyatı, 2014, 160 səhifə.
Ruscadan tərcümə: Əkrəm Əylisli


 





Aqata Kristi - “ŞƏRQ EKSPRESİ”NDƏ QƏTL

Aqata Kristi əsərlərinin klassik qəhrəmanı Puaro «Şərq ekspresi»ndə səfərə çıxır və həmişəki kimi baş gicəlləndirən hadisəylə üz-üzə qalır.

Səhər tezdən birinci dərəcəli kupedə kişi meyiti aşkarlanır. Elə bu zaman qatar yolda qalaqlanmış nəhəng qar topası səbəbindən dayanmalı olur və hərəkət edə bilmir. Puaro bu qətl hadisəsini araşdırmaq məcburiyyətində qalır. İşin çətin yanı isə odur ki, qatardakı hər bir möhtərəm sərnişinin, texniki heyət üzvünün qatil çıxmaq ehtimalı var. Yalnız Puaro kimi mahir detektiv, öz parlaq istedadı və iti məntiqi sayəsində belə bir dolaşıq qətl hadisəsini açmağa yardım etmək iqtidarındadır.
 
Dünya detektiv əsərlərinin şedevrlərindən sayılan «Şərq ekspresində qətl» romanı müəllifin o biri əsərləri kimi çox həvəslə oxunur və oxucunun bütün diqqətini özünə çəkə bilir.
 
Bakı, Qanun Nəşriyyatı, 2014, 268 səhifə. 1000 tiraj
Ruscadan tərcümə:     Pərviz Cəbrayıl
Nəşriyyat redaktoru:     Anar Mahmudoğlu

Yenililklər
02.12.21
“Məhəmməd İqbal: Eşq və düşüncə şairi” kitabı nəşr olunub
02.12.21
“Vərqa və Gülşa” miniatür əlyazmasında yer alan illüstrasiyaların nəşr edildiyi kitabın təqdimatı olub
02.12.21
Bölgələrə kitabla gəlirik! – Şəmil Sadiqin yazısı…
01.12.21
“Aşıq sənətinin Ələsgər zirvəsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
27.11.21
Kənan Hacı - Yazı sənətinin tarixi
24.11.21
Təranə Vahidin “Qarışqa təqvimi” çap olunub
23.11.21
Muni Vitçer - Altıncı Ayın qızı Nina    
23.11.21
İlk dəfə olaraq “Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edilərək yeni əlifbada toplu halında nəşr edilib
22.11.21
Cəmşid Cəmşidovun tərcüməsində Muni Vitçerin əsəri çap olundu
22.11.21
Turan Yazqan: Türk dünyasının səsi
17.11.21
“Nizami Gəncəvi sözünün orbitində” kitabının təqdimatı keçirilib
17.11.21
Türkiyənin məşhur şairi Sezai Karakoç vəfat edib
17.11.21
“Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi elan olunur
17.11.21
Elçin Hüseynbəylinin “Vida” romanı çap olunub
17.11.21
BAFTA qısa filmləri Bakıda nümayiş olunacaq
11.11.21
“Nizami Gəncəvinin poetik portreti” kitabı nəşr olunub
11.11.21
“Şərq irsi” adlı Beynəlxalq Müasir İncəsənət Sərgisi açılacaq
08.11.21
Kənan Hacı - Ekspress qatarında eksperimental mozaika
08.11.21
Fəxri Uğurlu - Klassikanı diri saxlamaq
08.11.21
"Şuşa" sənədli filminin təqdimatı olub
08.11.21
4+4: rəqəmsal namə
08.11.21
İsfar Sarabski Parisdə iki gün konsert verib
05.11.21
“Hədəf Nəşləri”nin təsisçisi Şəmil Sadiqin ƏDV ilə bağlı müzakirələrə əlavə və dəyişiklərlə bağlı təklifləri
05.11.21
Kənan Hacı - Yazıçılarımız nəyi bacarmır?
04.11.21
Qələbə ilə bitən ilk roman
04.11.21
Ədəbiyyat İnstitutunda Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin təqdimatı keçirilib
04.11.21
Azad Qaradərəli - Qara sevda
03.11.21
"Qarabağın qara kitabı" və "Qarabağ - qələbəyə doğru" kitablarının təqdimat mərasimi keçirilib
03.11.21
Kənan Hacının “Hakimə açılan atəş” romanı oxucularıın böyük marağına səbəb olub
02.11.21
“Şuşa, sən azadsan!” və “Biz” filmləri təqdim olunacaq
02.11.21
Rusiyanın Tretyakov Qalereyasında Tahir Salahovun sərgisi açılıb
02.11.21
Şamaxıda Yaradıcılıq Mərkəzi istifadəyə verilib
01.11.21
Altı əsr yaşı olan xalça 5,4 milyon dollara satışa çıxarılacaq
01.11.21
Nizami Kino Mərkəzində “Fulya” sənədli filminin premyerası olub
01.11.21
Zahid Sarıtorpağın İranda kitabı çap olunub
01.11.21
Vidadi Babanlının "Sabaha ismarıc" adlı romanı çap olunub
01.11.21
Poetik diktatura - Firuz Mustafa yazır
26.10.21
Çempion idmançı, istedadlı aktyor və doktorant
25.10.21
Azad Qaradərəli -  Zəngəzur ağacları
24.10.21
I Sumqayıt Kitab Sərgisi keçiriləcək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.