60 yaşında sevgi yaşayan Yafəs Türksəslə müsahibə

21.04.14

Postmodernist şair kimi tanıdığımız Yafəs Türksəsin bu günlərdə 60 yaşı tamam olur. Amma şair hələ də gənclik əhval-ruhiyyəsiylə yazıb-yaradır. Onunla söhbətimizdə xeyli inanılmaz etiraflar elədi. 

 - Yafəs bəy, yazılarında həmişə Azərbaycanda azad düşüncəli yazarların olmamasından gileylənirsən. Sən özünü azad yazar hesab edirsənmi?

 - Çox maraqlı sualdır. Hər bir yazar istəyər ki, azad olsun, düşüncələrini tam sərbəst ifadə edə bilsin. Bizim bəzi yazarlarımızın daxili azadlığı yoxdur. Onlar, hətta evdə arvad-uşağıyla danışanda belə özlərini redaktə edirlər. Elə yazarlar var ki, onların içində senzor yoxdu, amma onları cəmiyyət məhdudlaşdırır. Bu baxımdan yazarlar iki qrupa bölünür, daxilən azad olub cəmiyyət tərəfindən düzgün anlaşılmayanlar, bir də öz-özünü redaktə etməklə məşğul olanlar, bir cür düşünüb, başqa cür danışanlar. Kimdənsə, nədənsə asılı olan yazarlar heç vaxt azad yazıçı ola bilməz. Məsələn, Seymur Baycan, elə mən özüm, bizim heç kəsdən asılılığımız yoxdur. Mən fikrimi mətbuatda, sosial şəbəkələrdə tam azad şəkildə ifadə edə bilirəm, bilirəm ki, buna görə məni heç kəs işdən çıxarmayacaq. Mən o yazarları qınaya bilmirəm, çünki onlar evə çörək aparmalıdırlar, o məhdudiyyətlərlə yaşamağa və yazmağa məcburdular. Bu da yazarların yox, cəmiyyətin günahıdır. Bu mənada bizdə ancaq işsiz yazarlar tam mənada azaddır. Azad düşüncənin məhsulu olmayan əsər ədəbiyyatın malı ola bilməz. Biz bunu zaman-zaman görmüşük. Dünyanın qəbul etdiyi yazıçılar ona görə oxunur ki, onlar zamanın ruhunu öz əsərlərində əks etdirə biliblər. Saramaqo “İsanın İncili”ni yazdı, vətənindən qovuldu, Əziz Nesin öz vətənində didərgin həyatı yaşadı, amma qələminə xəyanət etmədi, Soljenitsın mühacirət etdi, amma “Qulaq Arxipelaq”ı yazdı. Bu əsərlərin hamısı azad düşüncənin məhsuludur.

 - Azərbaycan ədəbiyyatında öz yerini müəyyənləşdirə bilmisənmi? Özünü hansı ədəbi nəslə aid edirsən?

 -Mən özümü kifayət qədər tanıyan adamam. Bəli, etiraf edirəm ki, ədəbiyyata çox gec gəlmişəm. Yaradıcılığa, mütaliəyə geniş vaxt ayıra bilməmişəm, gün-güzəran qayğıları məni daha çox məşğul edib. Amma bununla belə təfəkkürü olan adamam, başqasının yüz kitabdan əxz etdiyini mən beş kitabdan da ala bilirəm. Ədəbi nəzəriyyələrlə kifayət qədər tanışam, həmişə gənclərdən öyrənməyə çalışmışam. “Nəfəs” ədəbi birliyi vardı, o birlik mənə çox şey verdi, Qəşəm Nəcəfzadənin rəhbərliyi ilə fəaliyyət göstərən “Pərvanə” ədəbi birliyi mənim ədəbiyyatla, poeziyayla bağlı düşüncələrimdə xeyli dəyişikliklər etdi. Azad Yazarlar Ocağı da həmçinin, mənim ədəbi qənaətlərimi daha da formalaşdırdı. Mən zəif cəhətimi bildiyim üçün hər zaman bu birliklərdə toplaşan gənclərdən öyrənməyə can atmışam, özümü inkişaf etdirmişəm. Aqşin Yeniseydən, Zahir Əzəmətdən, Rasim Qaracadan çox şeylər öyrənmişəm. İndi artıq mənim özümün ədəbi qənaətlərim var, ədəbi düşüncələrim formalaşıb. Mən etiraf edirəm ki, nəsr yaza bilmirəm, amma şeiri çoxlarından yaxşı yazıram. Öz yerimə gəldikdə isə hesab edirəm ki, müasir Azərbaycan şerində birinci iyirmilikdə mən varam.

 - Gənc şairlərdən kimləri bəyənirsən?

 - İstedadlı imzalar var. Amma onlar da nədənsə özlərini tam ifadə edə bilmirlər.

 - Nə mənada? Bir qədər fikrini açıqla.

 - Bu yaxınlarda istedadlı şairə Sevinc Elsevərlə bir söhbətimiz oldu. Ona dedim ki, sən həm də nəsr yazırsan, tarixi bir əsər yazıb, orda fikirlərini tam ifadə edə bilərsən. O dedi ki, bu mövzuda hansısa bir tarixi şəxsiyyəti öz prizmandan təsvir edəndə belə sənə təpkilər olur ki, sən tarixi niyə təhrif edirsən? Onlara izah eləyə bilmirsən ki, bu, bədii əsərdir, yazıçı tarixçi deyil.

 - Yafəs bəy, gənc yazarlarla bağlı sual vermişdim. Bəyəndiyin imzalar varmı?

 - Elə sözümü ora gətirirəm. Bu günlərdə Nigar An adlı gənc bir qızın şeirlərini oxudum. Ləzzət elədi. Gördüm ki, bu şeirlər dünya səviyyəsində yazılmış şeirlərdən heç də geri qalmır, bu qız daxili aləmini çox maraqlı şəkildə ifadə edə bilir. Təəssüf ki, bu cür şeirlərə çox az rast gəlirəm, gənclər sanki özlərini tam çılpaqlığı ilə ifadə etməkdən çəkinirlər. Əsəd Qaraqaplanı çox bəyənirəm, onun şeirlərində enerji var, daxili azadlıq var. Kəramət Böyükçöl son zamanlar şeir yazmır, amma çox istedadlı, cəsarətli, fikrini ifadə etməyi bacaran yazardır. Bilirsən, yazar gərək bütün komplekslərdən azad olsun. O zaman onun yazdıqları da maraqlı olacaq, istedadı boğmaq günahdır. Düşüncə etibarilə köhnə nəsil mühafizəkardır, gənc nəsil hər mənada yenilikçi olmalıdır. Köhnə nəsillə gənc nəsil arasında bir düşüncə fərqi olmalıdır. Gənclik gərək ədəbi düşüncədə bir inqilab etsin, mən bu inqilabı adını çəkdiyim gənclərdən gözləyirəm.

 - Böyük əksəriyyət yeni düşüncəli yazarları qəbul etmir və yaxud gənc şairlərin çoxu cəmiyyət içində tanınmır. Səncə, niyə belədir?

 Mən bəzən ədəbiyyatdan kənar adamlarla söhbət edəndə deyirəm ki, bizdə elə gənc şairlər var ki, onlar Rəsul Rzadan da, Fikrət Qocadan da, Tofiq Bayramdan da qat-qat güclü şairlərdir. Mənə deyirlər sən nə danışırsan, biz o şairlərin heç birini tanımırıq, yaxşı yazsaydılar, onları tanıyardıq. Deyirəm axı siz onları hardan tanıyasınız? İndi televiziyalar ancaq şouya yer ayırır, ədəbi verilişlər yox dərəcəsindədir, kitablar da çox məhdud tirajla satılır, gedib oxucuya çatmır, kitabxanalara verilmir. Sovet dövründə gənc şairin bir şeiri hansısa ədəbi jurnalda çap olunan kimi o, bütün Azərbaycanda tanınırdı. Təbliğat çox güclü idi. Mən ucqar bir kənddə yaşayırdım, ədəbi jurnalları oxuyurdum, Səməd Qaraçöpü, Saday Şəkərlini o jurnallarda çap olunan şeirlərindən tanımışam. Amma indi yeddi-səkkiz kitabı çıxan şairlər var ki, xalq onları tanımır. Məsələn, 80-cilər nəsli niyə arada itib-batdı? Çünki onlar çox ağır bir dövrdə ədəbiyyata gəldilər, nə televiziyaya çıxa bildilər, nə də ədəbi jurnallar onları çap elədi. İndiki kimi çap azadlığı yox idi, ədəbi saytlar yox idi, üstəlik, əlində imkan olan qəzet-jurnal redaktorları onların qabağını kəsdi. Ədəbiyyat məhz həmin dövrdə tənəzzülə uğradı, inkişafdan qaldı. Sizin nəslin o mənada bəxti gətirdi ki, çap olunmaq problemi yaşamadınız.

 - Yafəs bəy, sən həyat tərzi etibarilə də kifayət qədər maraqlı insansan. Şeirlərindəki azadlığı öz şəxsi həyatında da qoruyub saxlaya bilirsən. Məsələn, mühafizəkar cəmiyyətdə heç nədən çəkinmədən azad sevgi yaşaya bilirsən. Bir az da bu haqda danış.

 - Bilirsən, bizim bir çox gənc yazarlarımız yazılarında başqa dəyərləri müdafiə edir, amma şəxsi həyatında mühafizəkarlıqdan çıxa bilmirlər. Bir çox xanım yazarlarımız vardı ki, öz şeirlərində azad sevgidən yazırdılar, amma sonda klassik ailə modelinin əsiri olub qaldılar, ərə getdilər, evdar qadın oldular. Bizim azad düşüncəli yazar kimi tanıdığımız gənc yazarların demək olar ki, hamısı öz həyat tərziylə yazdıqlarının əksinə getdi. Məsələn, ateist bir yazar atasının yasına molla çağırdı. Sən ateistsənsə, molla niyə çağırırsan? Yəni yazdıqlarının arxasında dura bilmədilər. Onlar cəmiyyətin qanunlarıyla hesablaşmaq məcburiyyətindədirlər. Mentalitet əleyhinə yazanlar mentalitetdən kənara çıxa bilmədi. Sən əgər daşıdığın düşüncəni müdafiə edə bilmirsənsə, yazdıqlarının da heç bir effekti olmayacaq. Məsələn, postmodernizm haqda yazan adam görürsən ki, hələ də qoşma yazır. Bunlar şeiri yazanda kütləvi düşüncəyə hesablayıb yazırlar. Qoy hamı oxuyub bəyənsin. Məsələn, Adil Cəmil mənə deyir ki, mən modernizmi də, postmodernizmi də çox gözəl bilirəm, amma şeirlərimi elə yazıram ki, kəlbəcərlilərin xoşuna gəlsin.

 - Bəs ailədə sənin bu azad sevgiylə bağlı düşüncələrin necə qəbul olunur?

 - Mənim xanımımın səkkiz illik təhsili var, orta məktəbi bitirməyib. Mənim mətbuatda gedən yazılarımı, şeirlərimi oxumur.

 - Əgər bilsən ki, o, bu şeirləri oxuyacaq, yəqin ki, yazmaqdan çəkinərsən.

 - Xeyr, yenə yazardım. Bizim dörd övladımız, altı-yeddi nəvəmiz var. Biz tam təsadüf nəticəsində evlənmişik. Özünə də demişəm ki, mən sənə övladlarımın anası kimi hörmət edirəm, amma sevmədən mərhəmət göstərib səninlə yaşamışam, bütün həyatımı sənə sərf etmişəm, səni oğul-uşaq sahibi eləmişəm, indi də imkan ver, bir az nəfəs alaq. (Gülür) Amma deyim ki, o heç vaxt mənə xəyanət etməyib, çox fədakar, cəfakeş bir xanımdır. Ona deyirəm ki, sənə bütün həyatımı sərf etmişəm, azdır? Qoy bir az da özümçün yaşayım. Zahirən büruzə verməsə də, görürəm ki, daxilən mənimlə razılaşır.

 - Bu yaxınlarda 60 yaşın tamam olacaq. Bu yaşda yeni sevgi yaşamaq çətin deyil?

 - Qətiyyən. Qocalmamışam axı. Mən özümü daxilən çox gənc sayıram. Belə deyək də, hələ də qocala bilməmişəm. /Kənan Hacı, 1937.az/

Yenililklər
27.02.20
Əlyazmalar İnstitutu XIX əsrdə nəşr olunan “Bakinskiy listok” qəzetinin elektron versiyasını əldə edib
27.02.20
"Günə min işarə yaza bilsəm, papağımı göyə ataram" - Mübariz Örən
27.02.20
Müşfiq Şükürlü - Cavid bizim ustad təqlidçilərimizdəndir
27.02.20
Gülşən Mustafanın "Hasar" adlı hekayələr kitabı işıq üzü görüb
26.02.20
Filologiya elmində Turxan Gəncəyi zirvəsi
26.02.20
Əli bəy Hüseynzadə haqqında ilk fundamental biblioqrafiya işıq üzü görüb
25.02.20
Rasim Qaraca: “Hər ad günümə bir kitab hədiyyə edirəm” - VIDEO-SÖHBƏT
25.02.20
Bəxtiyar Vahabzadənin şeirləri Koreya dilində
24.02.20
Rəvan Cavid - “Azğın”: roman, yoxsa cızma-qara gündəlik?
24.02.20
"Kitabi-Dədə Qorqud”un üçüncü – Günbəd əlyazması" cap olunub
24.02.20
İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
24.02.20
Azər Abdulla - Peşmanlıqdan sevincə keçid
23.02.20
Elçin Hüseynbəyli - Qarağac - Romandan parça
23.02.20
Bədirxan Əhmədli - Gerçək və intellektual türkçü Muhsin Kadıoğlu
23.02.20
Könül Nuriyeva - "İsanın İncili"ndəki sonsuz suallar
23.02.20
Əlyazmalar İnstitutunda “Nəsimidən nəsimlər” kitabının təqdimatı olub
23.02.20
Ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verən alim – akademik Həmid Araslı
21.02.20
İnsanın əzəməti – Dino Butsatinin hekayəsi
21.02.20
Tramp “Oskar” mükafatının Cənubi Koreya filmi “Parazitlər”ə verilməsini tənqid edib
21.02.20
Məşhur yazıçı hekayəsini 1 ABŞ dollarına satdı
21.02.20
Müslüm Maqomayev haqqında çəkilən serialın treyleri yayımlandı - VİDEO
21.02.20
Xalq rəssamı Böyükağa Mirzəzadənin anadan olmasından 99 il ötür
21.02.20
Taleh Eminoğlu - Knut Hamsun: bir medalın iki üzü
21.02.20
Bakıda Beynəlxalq film festivalı keçiriləcək
21.02.20
"Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının yeni sayı çıxıb
21.02.20
Hacı Ələmdar Mahirin anım günü
18.02.20
Özbəkistanda “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi elan olundu
12.02.20
"Təkrarın tənhalığı”nda "Sevdiyim əsər” – Fərid Hüseynin kitab təqdimatından reportaj
10.02.20
Gülbala Dadaş - “Hər kəsin öz eşqi” kitabı haqqında
07.02.20
Fərid Hüseynin kitablarının təqdimat mərasimi keçiriləcək
05.02.20
Bəsirə Əzizəlinin Muhsin Kadıoğlu haqqında monoqrafiyası çap olunub
05.02.20
İradə Musayeva -  Süleyman Rüstəmi əksinqilabçı adlandıran repressiya qurbanı
03.02.20
Cavanşir Yusiflinin Səlim Babullaoğlu haqqında kitabı nəşr edilib
02.02.20
İradə Musayeva - Bağırovun gizli tapşırığı: “Boynuna qoyuluncaya qədər döyün!”
01.02.20
"Qanun” nəşriyyatında "The Paris Review müsahibələri” adlı kitab nəşr edilib
01.02.20
Rusiya Yazıçılar İttifaqı ilə AYB arasında əməkdaşlıq müqaviləsi imzalanıb
29.01.20
İradə Musayeva - Bağırov bu tərcüməçimizi həbs etmək üçün Stalindən icazə istəmişdi
28.01.20
Fərid Hüseyn - İnsanın unutqanlığı bəzən onun ədalətidi
28.01.20
AYB-nin Gənclər Şurasının “Ulduz”u nəşr edildi
25.01.20
İradə Musayeva - Müstəqil Azərbaycan” sözü dilinizdən çıxmadımı?
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.