"Qanun"da yeni kitablar nəş olunub
22.04.14

Fyodor  Dostoyevski - ALÇALDILMIŞ VƏ TƏHQİR EDİLMİŞ İNSANLAR

Bakı, Qanun Nəşriyyatı, 2014
544 səh. 1000 tiraj

Ruscadan tərcümə :      Beydulla Musayev

Roman əsərin aparıcı obrazı Vanyanın dili ilə nəql olunur. O, zavallı mülkədar İxmenevin ailəsində onun qızı Nataşa ilə birgə tərbiyə almışdır. İxmenevin çox varlı malikanə qonşusu knyaz Volkovski onun yaxşı təsərrüfatçı olduğunu qiymətləndirir. İxmenevə əvvəlcə malikanəni idarə etməyi tapşırır, sonra isə oğlu Alyoşanın tərbiyəsi ilə məşğul olmağı xahiş edir.
Əsərdəki bütün hadisələr də Alyoşanın İxmenevin evinə gəlməsindən sonra baş verir. Belə şayiə yayılır ki, guya İxmenev qızı Nataşanı Alyoşaya ərə vermək istəyir. Knyaz Volkovski bu izdivacın əleyhinədir. Alyoşa və Nataşa valideynlərindən gizlin ailə qurmaq istəyir. Vanya da Nataşanı sevir...

F.M. Dostoyevskinin «Alçaldılmış və təhqir edilmiş insanlar» romanının əsasında psixoloji realizminin leytmotivi sayılan insan iztirabları, tapdalanmış və təhqir edilmiş şəxslərin faciəsi dayanır, «yüksək cəmiyyət» tərəfindən «kiçik insanlar»a edilən maddi və mənəvi işgəncələr təsvir olunur. Əsərdə ictimai həyatın, ictimai münasibətlərin və insanın mənəvi aləminin bir çox cəhətlərinə toxunulur, bir-birinə zidd olan iki əxlaqi görüş xüsusi olaraq nəzərə çarpdırılır.

F.M. Dostayevski bu romanı sürgündən qayıtdıqdan sonra 1857-1861-ci illər arasında yazmışdır. Roman ilk dəfə 1861-ci ildə “Vremya” jurnalında çap olunmuşdur. Yazıçının sağlığında bu roman daha iki dəfə – 1865-ci və 1879-cu illərdə nəşr edilmişdir.



Fyodor  Dostoyevski - YENİYETMƏ


Bakı, Qanun Nəşriyyatı, 2014
642 səh. 1000 tiraj

Ruscadan tərcümə :   Məmməd Qocayev

“...Biz artıq çöl qapısına çatmışdıq, mənsə elə hey onun ardınca gedirdim. O, qapını açdı; ani olaraq içəri dolan külək şamımı sön­dürdü. Bu vaxt birdən onun əlindən yapışdım; lap qaranlıq idi. O diksindi, amma susurdu. Əlinə sarı əyildim, qəfildən əlini həris­liklə öp­məyə başladım, bir neçə dəfə, çoxlu-çoxlu öpdüm...”

Dü­nya ədəbiyyatının nəhəng simalarından olan Fyodor Dosto­ye­vs­kinin məşhur “Yeniyetmə” romanı İnsan sevgisinin in­tizarında olan, həyatda ilk sərbəst addımlarını atmağa çalışan gəncin könül çırpıntıları haqqında kədər və ehtiras dolu hekayətdir.

Roman həm də Dostoyevski dühasının siqlətini, insan psixo­lo­gi­yasının gizlinlərini duymaq baxımından çox maraqlıdır.



Varis Dirie - SƏHRA ÇİÇƏYİ


Bakı, Qanun Nəşriyyatı, 2014
344 səhifə. 1000 tiraj

İngiliscədən tərcümə:     Vüsalə Muxtarova
Nəşriyyat redaktoru:     Nüşabə Hüseynli

Varis Dirie onu dünyalarca məşhur edən bu romanı  yazmaq üçün nə təxəyyülünə güc verib, nə də başqalarının həyat hekayələrini soraqlayıb. “Səhra çiçəyi” müəllifin öz başına gələnlərdir: kəlməbəkəlmə, addımbaaddım yaşadıqlarıdır. Allahın sevib yaratdığı insana əta etdiyi gözəlliklərdən necə məhrum edilməsi, həyat eşqinin hələ körpə qızcığazkən balaca köksündə boğulması, dün­yəvi həzlərə həsrət qoyulması barədə olduqca qəmli bir hekayət danışır Varis. Somalinin dodaq çatladan susuz səhralarında boy atan bu çiçək, onu məhv olmağa qoymayan, bu günün Varisi edən sevgidən, insanlara, yaradılışa inamdan rişələnir. İllər sonra məşhur model olan qəhrəmanımız geridə qoyduğu tarixçəsini bölüşməyi özünə borc bilir – beləcə, “Səhra çiçəyi”ni yazmaqla özünü yazıçılıqda da sınayır. Varis Afrikanın dəhşətinə çevrilmiş “qız sünnəti”nin onu necə şikəst etdiyini anladığı andan buna qarşı mübarizə aparmağa çalışıb. “Səhra çiçəyi” həm də bu mübarizənin bir for­masıdır. Tezliklə bestsellerə çevrilən əsəri ilə o, daha da məşhur olmaqla bərabər böyüklərin əlində alətə çevrilən qızcığızlara qurtuluş yolu da göstərmiş olub.

“Səhra  çiçəyi” məhz o əsərlərdəndir ki, təsirini xeyli müddət özünüzdən uzaqlaşdıra bilməyəcəksiniz.


 
Pərinuş Sənii - MƏNİM PAYIM 

Bakı, Qanun Nəşriyyatı, 2014
420 səhifə. 1000 tiraj
Farscadan tərcümə:    Məsumə Şükürzadə
                                 (Masoumeh Shokr Zadeh Yekan)
Nəşriyyat redaktoru:     Günel Mövlud 

Atası və qardaşları 16 yaşlı Məsuməni üzünü görmədiyi oğlana zorla ərə verirlər. Məsumə başqasını sevir. Ali təhsil almaq istəyir. Zorla ərə verildiyi oğlana təslim olmaqdansa, intiharı üstün bilən Məsumə hələ bilmir ki, onun əri ölkənin azadlığı, insanların rifahı üçün mübarizə aparan inqilabçı, təhsilli və müasir adamdı. Sadə və dindar ailənin hicablı, imanlı qızı ateistlərin, solçuların, inqilabçıların arasına düşür...

Hazırda mühacirətdə yaşayan Pərinuş Səniinin “Mənim payım” avtobioqrafik romanında İran qadınının həyatı, ailədə, cəmiyyətdə ona olan münasibət sadə və natural şəkildə təsvir olunur.





STİV HARVİ - QADIN KİMİ DAVRAN,  KİŞİ KİMİ DÜŞÜN


Bakı, Qanun Nəşriyyatı, 2014
240 səh., 1000 tiraj

Ruscadan tərcümə :         Müqəddəs Şahbazov
Redaktor:                        Təhminə Bədəlova

Nə üçün, hətta ən ağıllı, uğurlu və cazibədar qadınlar belə kişilərin hərəkətlərini anlaya bilmirlər və şəxsi həyatlarında xoşbəxt deyillər? Amerikada qarşılıqlı münasibətlərdən bəhs edən çox məşhur radio verilişinin aparıcısı olan bu kitabın müəllifinin fikrincə, problem ondadır ki, qadınlar məsləhət üçün digər qadınlara müraciət edirlər...

Stiv Harvi bu kitabda bir çox vaxtı çatmış məsələlərə aydınlıq gətirməklə güclü cinsin nümayəndələrinin nə düşündüklərini anlamağa imkan yaradır. Məsələn, “Siz öz kişinizdən nəyi tələb etməlisiniz, nəyi isə tələb edə bilməzsiniz?”, “Ana uşağını necə tanımaq olar və bu halda nə etmək lazımdır?”, “Öz kavalerini uşaqlarınla nə vaxt tanış edə bilərsən?”, “Kişinin fikrinin ciddiliyini müəyyən etmək üçün ona hansı beş sualı vermək lazımdır?”

Kişilərin qadınlar barəsində nə fikirləşdiklərini bilmək istəyirsinizsə əyləncəli, bəzi hissələri isə çox ciddi olan, yalnız həqiqətin yazıldığı bu kitabı oxumaq ­lazımdır.


Avanqard.net


 

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.