Kənan Hacı - Arxa cəbhəyə məktub yazan şair
25.04.14

Zahir Əzəmətin doğum gününə
 
Onu ilk dəfə  Sabir adına kitabxananın oxu zalında keçirilən “Pərvanə” Ədəbi Məclisində görmüşəm.  Ondan əvvəl isə mətbuatda yazılarını, şeirlərini oxumuşdum.  “Ekspress”, “Yeni Azərbaycan”, “Ədalət” qəzetlərində ədəbiyyat səhifəsi hazırlayır, ədəbiyyata fərqli düşüncə tərzi gətirən gəncləri çap edirdi. Bu gün üzdə olan imzaların böyük əksəriyyətinin inkişafında, tanınmasında bu insanın böyük əməyi olub.  “Nəfəs” Ədəbi Birliyi, Oxu Yazarlar Evi da onun təşəbbüsü ilə yaranmışdı.
 
Zahir sonra bu işləri “Kino+”, “Sənət” qəzetlərində davam etdirdi. “Sənət qəzeti”nin əlavəsi olan “Kitab.net”, “Roman-qəzet” də onun ideyası idi. Və ən nəhayət,  Azərbaycan mətbuatında həmişə xatırlanacaq “Alma” qəzetində eyni missiyanı bu dəfə daha böyük inamla davam etdirdi. Bu qəzet azad düşüncəli gəncliyin tribunasına çevrildi, yeni gənc nəsil bu qəzetdə yetişdi. Bu, asan bir iş deyildi. Bu işin arxasında Zahir Əzəmətin inadı, iradəsi, zəhməti dayanırdı.
 
Sonra ölkənin ilk ədəbiyyat saytı olan Kult.az saytını yaratdı, daha sonra qaynar.info və sair və sair.  O, daim yeni ideyalar axtarışındadır, öz nəsildaşlarına da, bizdən sonra gələn yeni nəslin nümayəndələrinə də həmişə dəstək olan, faydalı məsləhətlərini əsirgəməyən fədakar bir dostdur. Zahir bütün bunları təmənnasız edib.  İndi də “Zero” nəşriyyatını yaradıb və “Cib kitabı” seriyasından kitablar nəşr etdirir. Hələ bu, sadaladıqlarımın hamısı deyil. Gənc yaşda hər kəs bu qədər iş görə bilmir. Bizim bir çoxlarımızın başı yeyib-içməyə, dünya işlərinə qarışanda  Zahir gecəsini gündüzünə qatıb qəzet buraxıb, sayt yaradıb.
 
Bu gün Zahir Əzəmətin doğum günüdür. Zahir mənim ədəbi taleyimdə mühüm rol oynamış insanlardan biridir. Bunu minnətdarlıq hissilə bir daha vurğulayıram.  Bizim çətin günlərimiz çox oldu, amma Zahirin həmişə sakit, təmkinli baxışları bizə qəribə bir arxayınlıq hissi aşılayırdı. İnanırdıq ki, bir gün mütləq hər şey yaxşı olacaq. Və o gün gəldi!
 
İki daş arasında (xəbər burulğanında)  yazdığım bu yazıda onun haqqında fikirlərimi tam dolğunluğu ilə ifadə edə bilmədim, amma nə vaxtsa asudə bir zamanda əziz dostum haqqında geniş bir yazı yazmağı düşünürəm.  Bu günlərdə nəhayət, “Divar yazıları”ndan sonra ikinci kitabı – “Balaca adam” işıq üzü gördü.  
 
Nə yaxşı ömrümüzdə o günlər olub, Zahir! Ad günün və yeni kitabın mübarək! /publika.az/

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.