Elkin Kərimli - Gedirəm...
29.04.14
Sən olan şəhərdən, sən olan kənddən, Sən olan dünyadan doyub gedirəm. Hərdən ürəyini ovutmağiğınçün Quru xatirələr qoyub gedirəm...
Indidən darıxma, hələ tələsmə, Bir ömür günlərlə darıxacaqsan. Pulunu itirən usaqlar kimi, Məni bu yollarda axtaracaqsan.
Arxamca boylanma, boynun sınıxar, Onsuzda ahların ötürür məni. Ayriliq məqami iti addımlar, Hər addım səsində bitirir məni.
Gedirəm, göz yaşim gözüm yandırır, Bir xəlvət yer tapıb ağlamağimçün. Son nəfəs istərəm öləndən sonra, Üzünə qapını bağlamağımçün.
|