Əntiqə Səməndər: Hər gün Nuranə Nurun şeirlərini oxuyuram- MÜSAHİBƏ

29.04.14

-Bildiyiniz kimi layihəmizin əsas məqsədi BSU Yaradıcılıq fakültəsində təhsil alan gənc yazarların yaradıcılığı ilə tanışlıqdır. "Tanıyaq və Tanıdaq" adlı bu layihə siz tələbələrə xidmət edir. Buyur özünü təqdim elə?

-Əntiqə Səməndər - Muradova Əntiqə 1994-cü ildə Ağdam rayonunda ziyalı ailəsində anadan olmuşam. İlk olaraq onu qeyd edim ki, Bakı Slavyan Universitetinin pedaqoji və yaradıcılıq fakültəsinin 2-ci kurs tələbəsiyəm. ''Can Qarabağım", "Şair dostlar" və " Məkan məni səsləsə "kitablarının müəllifiyəm. İlk dəfə Savalan qəzetində dərc olunmuşam. O zaman 6-cı sinifdə oxuyurdum. Dah sonra isə məqalələrlə qəzetlərdə çıxış etməyə başladım.

-Kitabların haqda biraz geniş danış?


-Əsilində kitabların çap olunmsının bir səbəbi var idi. Sinif yoldaşlarımın mənə "yaxşı yazırsan" deyib məni aldatmaları. (gülür) Mən bunu etiraf edirəm: - Əgər bir də nə zamasa kitab çap etdirmiş olsam, "müəllifin oxucularla ilk görüşüdür" sözünü çəkinmədən əlavə edərəm kitaba. Amma buna baxmayaraq bu kitablardakı şeirlərin yaranmasında müxtəlif acı və şirin xatirələrin rolu böyükdür. O kitabları tək ona görə sevirəm ki, orda mənə doğma, unudulmayan bəzi xatirələrdən söz və yaxud misralar var.

-Maraqlı etirafdi. Kitablar neçənci ildə çap olunub?

-Maraqlı həm də gözlənilməz... Necədə də təvazökaram.(gülür) "Can Qarabağım" (2007) “Şair dostlar” (2009) “Məkan məni səsləsə” (2012)

-Elə də uzun müddət sayılmaz ancaq niyə belə surətli inkar?

-Əsilində müəllif üçün bu etirafın edilməsi asan olsa da, hər kəsə deyilməsi heç də asan deyil. Ali məktəb, xüsusi ilə də, yaradıcılıq fakültəsi mənə çox şeyi öyrətdi. Yeniyetməlik dövründə yazdığım sentimental şeirlərə baxanda özümə həm gülürəm, həm də yazığım gəlir. Hələ 9-cu sinifdə oxuyanda dərsdə oxuduğum şeirləri demirəm hələ. (gülür)

İnsan qüsurnu nə qədər tez görürsə, zəfərə gedən yolun qapısı da o qədər tez döyür. Birbaşa inkar isə, hardasa qəhrəmanlıqdır.

Bilirsiniz, axı mən dedim, o kitablardakı şeirlər müxtəlif xatirələrdən yaranıb. Mən onları oxucu üçün inkar edirəm və yaxud da edə bilərəm. Çünki o hislər oxucuya çatdırmaq üçün yaranmış hislər deyildi, onlar tək mənə məxsus olanlardı. Mən özümə məxsus olanı heç kəslə bölüşmək gücünə malik "qəhrəman" deyiləmmiş. O üzdən kitabı oxucu üçün inkar edirəm. O hislər də məhz mənə aid idi. Artıq o tək mənim yox kütlənin oldu. İstəməzdim olsun, heç istəməzdim. Ancaq olacağa çarə yoxdur. (təəssüflənir)

-Bu birbaşa o kitabı oxuyanlardanüzr istəmək kimi alındı?

-Xeyr! Əsla! Sadəcə şeirlərə baxanda onu nə vaxtsa mən yazdığıma  tərəddüd edirəm.

-Yaradıcılıq fakültəsinə gəlişindən danış?

-Sosial şəbəkədə (facebook) qrupun adı məni özünə cəlb etdi və mən onunla maraqlanmağa başaldım. İlk dəfə Zamir Erkin Ağazadəyə (fakültənin tələbəsi idi) yazdım. O isə məni mərhum dekan Elnarə xanımla görüşdürdü. O gündən Yaradıcılıq fakültəsinə dinləyici kimi gəldim...

-Bu gəliş yaradıcılığında nə kimi yenilikliklərə cığır açdı?

-Kitablarımın inkarı... Məgər bu az işdir? (gülür) Bundan başqa qəzetçiliyə olan sevgimi daha da çoxaltdı. Səbəbini bilmirəm. Bəzən mən elə düşünürəm ki, mətbuat məni poeziyadan çox ayırır.

-Qəzetçilik deyərkən məhz nəyi nəzərdə tutursan?

-Yaradıcılıq fakültəsinə ilk gəlişimdə Səlim Babullaoğlundan kiçik bir müsahibə mənim yaddaşımda dərin izlərlə qaldı. Ondam sonra "Tələb dünyası" qəzetində məqalələrlə çıxış etdim. Daha sonra "Son Söz" qəzetində əvvəlcə müxbir, sonra isə korrektor kimi işləməyə başladım. Bu işdə yalnız bir şeyi hiss etdim. Mən hər dəfə özümə sual verirdim:- Əntiqə, axı bu qədər əziyyətə dəyərmi? “Tələsə-tələsə dərsdən çıxıb nəşriyyata qaçırsan”. Bu suala cavabı zaman keçdikcə ürəyim və qələmim verdi. “Bu peşəyə olan sonsuz maraq və sevgi”... İndi isə "Bütöv Azərbaycan” qəzetində müxbir kimi çalışıram. Ən çətin anlarda belə dinlədiyim, rahatlıq tapdığım məkan işimdir. İşdə hər şeyi unuduram.Bu sonsuz marağıma və sevgimə yaradıcılıq fakültəsi yol açdı.

-Mövzuların daha çox nədən bəhs edir?

-İlk vaxtlar vətən haqda, və sentimental hislərdən yaranan şeirlər... Vaxt keçdikcə tələbə-müəllim münasibəti məni çox narahat edirdi. Daha sonra isə cəmiyyətdə qarşılaşdığım hadisə və bəşəri münasibətləri yazdım. Hətta bu haqda "Zəmanəyə kor baxırıq" adlı bir məqaləm var. Biz müasir düşünə bilərik, müasir danışa bilərik amma müasirlik adı ilə pərdələnmiş "müasir yaşam tərzi" ilə yaşaya bilmərik. Bu aralar şeir yazmıram, hələlik yazmağı düşünmürəm də. Amma hər iki fakültədə dərslərimiz barədə qeydlər aparıram. Hələ heç kəsə oxmadlğım gündəliyim də var. Ən böyük və möhtəşəm şeirlərim indi o qeydlərdi. Dərslərdəki ən kiçik epizodları belə qeyd edirəm. Hətta müəllimlərdən gileylərimi belə. O gündəlik mənim giley yerimdi. Poeziyadam sanki uzaqlaşıram. Artıq bunu tam anlayiram.

-Səni poeziyadan ayıran nədir?

-Qəzetçilik məni poeziyadan oğurladı desəm yanılmaram.Təbii ki, bunu mən yox, qələmim seçdi. Əslində bu seçimdə haqlı olduğu üçün qələmimə təşəkkür edərəm. (gülür)

-Təsəvvür elə ki, mən həmən o gündəliyəm. Yaradıcılıq fakültəsində kimlərdən gileylisən?

-Heç vaxt heç kəsdən küsmürəm. Küsdüyüm insanla heç vaxt üz-üzə gelmirəm. Buna inciklik deyərəm. Bu isə hər yerdə olur. Məncə ədəbiyyata keçsək yaxşı olar. (gülür)

-Qaçış. Belə deyək də, ədəbiyyata gənc şairə kimi gəlib publisist, qəzetçi kimi formalaşırsan.

-Əslində şeir yazmaq sanki bir bəhane idi. Evdəkilərin “təzyiqlərinə” görə. Həmişə məni qəzetdən kənarlaşdırmaq istəyiblər, amma şeir yazmağıma heç bir söz demeyiblər. Sözün yaxşı mənasında şeir yazmağı publisist kimi formalaşmaq da bəhanə etmişəm. Bunu çəkinmədən etiraf edə bilərəm. Şeir mənim üzümə publisistikanın qapısını açdı.

-Bircə bənd şeir istəsəydim?

-Hədəfə yaman pis vurdunuz. (gülür)

Əyilib əlindən öpərdim dünya.
Məni taleyimlə barışdırsaydın.
Məğlub olmağımı sevərdim dünya,
Güclü rəqib kimi yarişdirsaydin.

-Gənc xanım niyə dünyadan gileylidir?

Bu dünya eynimə deyil,
Eşqi mənim qəlbimdədir.
Kədərin ölçüsü kiçik,
O  mənim əynimə deyil.

-Eşitmişəm tez küsmüsən,
Gözlərimdə tapmazsan nəm,
Özüm boyda bir könüləm,
Uzaq getmə, sev, bir dənəm.

-Oxumaqla aran necədir?

-Çox yaxşı. Xüsüsi ilə də şeir oxumağı sevirəm.

-Kimləri oxuyursan?


Nəriman Həsənzadə, Ramiz Rövşəm mənim üçün xuxusi poeziya dünyasıdır. Demək olar hər gün o iki şairdən 3, 4 şeir oxuyuram. Amma Məmməd Arazın, Rəsul Rzanın, Mikayıl Müşfiqin yaradıcılığını da çox sevirəm. Rus ədəbiyyatında isə Puşkinin şeirlərindən zövq alıram.

-Nəsr əsərləri oxumursan?

-Təbii ki nəsrin yeri tamam başqadır. Mirzə Cəlilin, Mirzə İbrahimovun, Sabir Əhmədovun, İlyas Əfəndiyevin, Anarın əsərləri ədəbi biliyimin, ədəbi təfəkkürümün inkişafında böyük rol oynayır.

-Avropa nasirlərindən kimləri oxuyursan?

-Aqata Krista, Albert Kamyu, Markes. Bu üçlüyün əsərlərini daha çox sevirəm. Bilmirəm bu maraq məndə hardan yaranıb, son zamanlar klassik fransız poeziyası ilə maraqlanıram. Hətta kohnə fransız flimləri üçün gündə 7-8 saat vaxt ayırıram.

-Səncə biz dünya ədəbiyyatı ilə ayaqlaşmağa səy göstəririk?

-Hələ biz (Azərbaycan ədəbiyyatı) o səviyyəyə qalxmamışıq. Təbii ki, bu mənim düşüncəmdir amma çağdaş ədəbiyyatımızda inkişaf hiss olunur. Sadəcə çox az.

-Gənc yazarlardan kimləri oxuyursan?

-Gənc yazarlardan demək olar ki, hər gün Nuranə Nurun şeirlərini oxuyuram. O xanımın hər şeirində mənim üçün bir yenilik var. Sevinc Yunuslunun, Dilqəm Əhmədin, Günel Eyvazlının yaradıcılığı ilə maraqlanıram.

-İlk vaxtlar sevgidən yazmısan, bəs bu gün yazdıran yoxdur?

-Sevgi hər zaman var. Zatən onsuz həyat olmaz. Məncə qəlbində sevgisi olmayan insan bu həyatda yalnız heykəl kimi görünə bilər. Tanrı dünyanı sevgidən xəlq edib, onun yaratdığının qəlbində sevginin olmaması məncə qeyri-mümkündür. Sevgidən yaranan şeirlər isə, məncə nə qədər primitiv, sentimental olsa da, bir o qədər də səmimi və ölməz şeirlər sayılırlar. Bunlar mənim yeniyetməlik çağlarımda yaranan, indi mənə gülünc görünən hislərdi. Əslində sentimentallıq ciddiliyə bir addım da yaxınlaşmaqdır. Bunun fərqinə varmaq üçün müəllifin kifayət qədər istedadı olmalıdır.

-Sonda bir sevgi şeiri gəlsinmi?

Tale mənə sevgi donu biçmədi,
Qırıldı düz qəddim əyri yollarda.
Qadası, ayrılmaq belə olur da,
Gözüm bu sevdadan bir su içmədi.

Nağıllar sevərdik elə o vaxtdan,
Inanma divlərə deyərdin, cırtdan.
Sən demə sevənlər bizim taledən,
Nağıllar uydurub, əzizim, çoxdan.

-Maraqlı qız, söhbətə görə təşəkkürlər!


Söhbətləşdi: Ramilə Qardaşxanqızı


Yenililklər
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.