Taleh Eminoğlu: "Bu günkü yazarlar sanki mətbəədirlər" - MÜSAHİBƏ
06.05.14

- Yəqin "Tanıyaq və tanıdaq" layihəmizlə bağlı məlumatın var?

- Taleh Eminoğlu (Şaparayev) 1992 - ci ildə Bakıda dünyaya göz açmışam. Uşaqlıqdan kitaba marağım olub, bu maraq ədəbiyyata gəlməyimə səbəbkardır. Bu gəlişdə iki nəfərə Kamal Abdullaya və Xanəmir Telmanoğluna borcluyam. Uğurlarım yoxdur. Çünki ədəbi müsabiqələrə qatılmamışam və buna yaxın zamanlarda gərək duymuram, hələ tezdir. Müsabiqə üçün verilən yazı cəmiyyətin önünə çıxarılır, insanlarda sənin yaradıcılığına qarşı ilkin fikir yaranır. Belə desək, adının üzərinə möhür qoyur. Buna görə də, daha çox mütaliyə etmək, araşdırmalar aparmaq lazımdır ki, o möhür zamanında və tutarlı olsun.

-  Kamal Abdullanı yaradıcılıq fakültəsinə gəldikdən sonra tanımısan?

-  Əsərləri ilə tanışlığım vardı amma yaradıcılıq fakültəsi daha yaxından tanımama səbəb oldu. Onu tanımaq üçün əsərləri ilə tanışlıq yetər. İstər hekayə və romanlarında, istərsə də şeirlərindəki qəhrəman xarakterləriylə eynilik təşkil edir.

-  Yaradıcılıq fakultəsinə necə gəldin?

 - Fakültə haqqında çox eşitmişdim, buna görədə üzv olmaq qərarına gəldim. Yazıçı olmaq təkcə istedadla yekunlaşmır. Dünya görüşü, hadisələri başqalarından fərqli müşahidə etmək qabiliyyəti, eyni zamanda fərdi üslub tələb edir. Bunları əldə etmək üçün isə peşakarlardan dərs almaq lazımdır. Bu baxımdan yaradıcılıq fakültəsi ən ideal ədəbi mühitdir.

- Kitabı sevmək başqadır, ədəbiyyata aləminə baş vurmaq bir basqa. Peşman deyilsən ki?

- Hər kəs özünə bir peşə seçir, amma ədəbiyyat belə deyil. Ədəbiyyata istəyərək gəlmək olmur. Tanrının sevgidən sonra verdiyi ikinci təmənnasız və gözəl nemətdir ağ kağıza nələri isə yazmaq. Buna isə, yalnız şükr edərlər.

-  Gözəl fikirdir.  Bu günkü ədəbiyyat barədə nə düşünürsən?


- Bu gün hər kəs yazır, ancaq ortalıqda ədəbiyyat adına çox az şey var. Bu günkü yazarlar sanki mətbəədirlər. Son sətrin nöqtəsin qoyan kimi o yazı ya saytlarda ya da jurnallarda dərc edilir. Çağdaş Azərbaycan ədəbiyyatında ideologiya çatışmamazlığı açıq aydın ortadadır.

- Kifayət qədər ədəbi materiallar, yaxşı kitablar var. Çapın kütləviliyi isə, çağdaş ədəbiyyata yaranan marağın, “dünya bazarına” çıxmaq istəyinin nəticəsi ola bilər. Məncə bular yaxşı göstəricilərdir, səncə çatmayan nədir?

-  Kifayət qədər kitab var, bəs o kitablarda nə var? F. Nitsşeni hamımız tanıyırıq, oxuyuruq və hətta bəzilərimiz özünü Nitsşe hesab edir. Ağız dolusu danışdığımız Nitsşe yeni bir insan tipi yaratdı öz əsərləriylə. Qərb fəlsəfəsini çökdürdü. Biz isə, öz ideologiyamızı belə yarada bilməmişik. Sovet dövrü yazarları bu günlərin xəyalların qururdular amma yüz faiz deyə bilərəm ki, onların xəyalı belə deyildi. Onların ideologiyası əsasında Azərbaycan özünü sözün hər mənasında qoruyub saxlaya bildi. Bəs indiki mətnlər buna qadirdirmi?! Cavab yox.

-  Nitsşe barədə səninlə razıyam, ancaq çox da dərinə getmək istəmirəm. Çünki daha çox bilmək istəyirəm sənə görə onların xəyalı belə deyildisə, necə idi?

- Bunu bilmək çox asandır. Hüseyn Cavidi, Cəfər Cabbarlını, Ömər Faiq Nemanzadəni oxumaq kifayətdir. O dövrün yazarları bu milləti ayaqda tutmaq üçün çalışırdılar. Yazdıqları hər sətir, hər cümlə buna xidmət edirdi. Onlar az çox bünövrə qoydular.

-  Onlar hamılıqla azadlıq demirdimi, həmən azadlıq deyil?


-  Onların dediyi azadlıq hər şeyə aid idi. Xüsusəndə təfəkkürə. Biz isə, təfəkkürdən başqa hər şeydə azadlıq əldə etdik. Yenə də tam yox.

- Razı deyiləm. Bu gün təfəkkür azadlığında qıtlıq yoxdur. Əksinə, bədii təfəkkür üçün kifayət qədər inkişaf azadlığı var.

-  Nə varsa ortadadır.

- Məsələn?

- Mənə Qarabağla ilgili kitab adları çəkə bilərsiz amma heç birində savaşın kulis arxası yoxdur. Səbəb isə təfəkkürümüzdədir. Zori Balayan “Ocaq” kitabını yazdı, bizdə o kitabın qarşısına qoya biləcəyimiz bir əsər hələ də yazılmayıb.

- Yazılmamağın səbəbi birmənalıdır, bu mövzu birbaşa siyasətə calanır ancaq təfəkkür anlayışı tamam başqadır. Nə isə, bir az da öz yaradıcılığından danış görək hansı mövzularda yazırsan?


- Daha çox təsəvvür mövzusunda yazırdım, amma son zamanlar sevgi mövzusu önə keçib.

- Səbəb mövzudur yoxsa?...

- Ruhumun seçdiyi, ağlımın qəbul etdiyi, ürəyimin sevdiyi bir xanım var. Bu dünyada Tanrının mənə verdiyi, o dünyanın cənnətinə bərabər bir sevgi...

- Nə gözəl. Bəlkə, ona həsr etdiyin şeirlərdən birini deyəsən?
 
Sübh azanımsın
Güne senle başlarım,
İçtiyim çaydan bir yudumda
Senin için alarım.
Sonra güneş doğar.
Gün geçer.
Ay doğar.
Sokaklar, insanlar her şey uykuda
Yalnız benim sabahı bekleyen
Uykusuz gözlerle.
Yine günüm senle başlayacak diye..

-  Təəccübləndirməyi bacarırsan. Türkcəyə səbəb?

- Türk dili sevgi dilidi. Mənim üçün sevgi şeirlərini türkcə yazamaq hislərimi daha aydın şəkildə ifadə etməyə şərait yaradır.

-  Bildiyimə görə dini mövzularda da yazırsan. Bir də olardan desən pis olmazdı.


Tanrı qapıları


(Sufi silsiləsindən)


Ayaqlarım yer üzünə,
əllərim göy üzünə mismarlanıb elə bil.
Nə yerə hopuram mən,
nə də qopuram göydən.
Çəkilmişəm tarıma,
yerlə göy arasında.
Ayaq izim, əl izim
Tanrı qapılarında.
Yer qapını döyürəm,
göy qapını döyürəm.
Açan yoxdu, açan yox.
Nə səs gəlir, nə hənir.
Gizlincədə də baxan yox.
Göy üzünün açarın mələklər yerə salıb,
Yer üzünün qıfılı neçə ildir pas atıb.

-  Bir şeir daha...


Tanrı eşqi

(Sufi silsiləsindən)


Tanrı eşqi qucaq-qucaq,
Amma dərdi tək-tək verir.
İnsan dərdi qucaq-qucaq,
Amma eşqi tək-tək sevir.

Hamı eşqdə dərd axtarır,
Dərd içində eşq varikən.
Hamı dərdə doğru qaçır,
Qarşısında eşq varikən.

Göyüzündə eşq hökmdar,
Yerüzündə dərd sultandır.
Dərdi gülə-gülə çəkən,
Başdan-başa eşq olandı

Tanrı, mənə dərdi çox ver,
Dərd içində eşq taparam.
Dərdi qucaq-qucaq versən,
Onu eşqlə qucaqlaram.

- Bir az bu səpkidə yazılan mətnlərindən danış.

 -  Bu cür mətnlər digərlərindən seçilir. Beləki bu mətnləri yazmaq insan enerjisini alır. Həm də, Tanrıya baxış səmti tamam fərqlidir. Tanrı mənim üçün yalnız alın yazısı yazan və axirət günü bizi sorğu sual edəcək olan müqəddəs varlıq deyil. Həm də dostdur, yardır. Dərdimi, sevincimi böləcəyim müqəddəsdir. Tanrını göylərdə yox, gözlərimizi yumub ürəyimizdə axtarmalıyıq.

- Fizulini xatırlatdın. Qəzəl yazırsan?

- Yox. Heç vaxt yazmamışam.

-  Kimləri oxuyursam?

- Hər gecə ən azı otuz səhifə oxumasam yuxu mənə haram olar. Stol üstü kitablarım var. Haqverdiyev, Dostayeski, Mövlanə, Cavid və Nitsşe. Hal hazırda isə Braziliya yazıçısı Jorji Amadunun “Qum dəryasının kapitanları” romanını oxuyuram.

- Çox gözəl. Bu günkü ədəbiyyatımızdan narazısan, bəlli. Bəs gələcəyi necə, təxmin etmək mümkündür?

 -  Təbii yox. Necə ki, Caviddən, Cəfərdən, Müşviqdən, Əli Kərimlidən sonra ədəbiyyatımızın bu günə gələcəyini bilmirdik bundan sonrada necə olacağını bilə bilmərik. Ama inşəallah ki, yaxşı olar. Və hamınız bunun üçün çalışmalıyıq.

-  Təzə nə var?
 
Küçə lampalarına bənzəyir küçə qadınları.
Kimin üçün yandıqları bilinməz.
Onlar kişi bədənlərində sevilər,
kişi ürəklərində sevilməz.

- Çox dərin qatlara yol alan şeirdir. Sufiyana şeirlərdən müasir poeziya nümunələrinə qədər. Fərqli mövzuların necə yaranır?

-  Özümə də maraqlıdır (gülür). İnsan bir mövzu barədə düşünür və düşüncələrini fərqli yollarla cəmiyyətlə bölüşür. Və istənilən halda düşüncələrimiz kimi yazılarımız da Tanrı qatından keçir. Bu mütləq, danılmazd həqiqətdir.
 
- Növbəti sevgi şeirin gəlsinmi?


Özümüz ola bilmədik


Dənizdəki qağayı qədər ola bilmədik.
Yelkənli gəmilərin arxasınca uçar,
bir an belə yorulmadan...
Biz yorulduq,
yolun otrasına çatmamış,
qopduq sevgidən,
soyuduq.
Sən məndən,
mən səndən...
Səhra qədər ola bilmədik.
Susuz olsa da,
tikan böyüdür qoynunda.
Biz heç arzu tutmadıq,
xəyal etmədik.
Başqalarının sevgisində
axtardıq özümüzü.
Sevgimiz kor olmalıydı
amma biz kor olduq.
Yumub gözümüzü...
Dəniz ləpəsi qədər ola bilmədik.
Sahilə çatar çatmaz geri dönər.
Yenidən...
Yenidən...
Yenidən gələr.
Biz gələ bilmədik,
yerimizdə qaldıq.
Yerimizdə saydıq,
yerimizdə sevdik.
Geri dönək bu yoldan
üzümüz sulu...
Hərə öz evinə,
öz ocağına doğru...
Tənhalıqdan qorxma,
tək qalmarıq.
Ya yenidən sevərik,
ya da, qısılarıq
Allahın qucağına.
 

-  Gözlədiyin hansı sualı vermədim?

-  Gözlədiyim sual olmadı. Çünki səmimi və gözəl bir müsahibə oldu. Təşəkkürlər.

-  Sənə də təşəkkürlər!


Söhbətləşdi: Ramilə Qardaşxanqızı

 

Yenililklər
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.