Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində artıq ənənə halını alan görüşlərdən biri də 8 may tarixində gerçəkləşib. Tanınmış şair, yazıçı və tərcüməçi İlqar Fəhmi fakültənin qonağı olub.
Görüşdə fakültə rəhbərliyi Günel Eyvazlı, Rəbiqə Nazimqızı, Manaf Kərimov, tələbələr və məzunlar, qonaq qismində isə yazıçı Kənan Hacı da iştirak edib.
Fakültə tələbələri, şairə sullar ünvanlayıb və ədəbiyyat məsələləri haqqında geniş müzakirə aparılıblar.
İlqar Fəhmi tələbələr üçün qəzəllərindən, şeirlərindən səsləndirib və tələbələrə yaradıcılıq tövsiyyələrini verib. Sonda şair ilə xatirə şəkili çəkilib.
Avanqard.net