“Kitabçı”nın oxucularla 3-cü görüşü
09.05.14

Bu günlərdə “Kitabçı” jurnalının növbəti – 3-cü sayı işıq üzü görüb. Jurnalın yeni sayının aparıcı teması “İtirilmiş nəsillər” anlayışı ilə bağlıdır.

Dərgi baş redaktor Səlim Babullaoğlunun “İstəklər və imkanlar arasında itmək” yazısı ilə açılır: “Görünür, “itmişlik” istəklər və imkanların tərs mütənasibliyidir... Amma bir az da seçim məsələsidir, yəni eyni vaxtda iki kətildə oturmaq olmaz... Hər şeyin bir Sözdən törədiyi bu dünyada “itmək”, “itirilmək” də yalnız həmin Sözün növbəti təzahürüdür; Söz itmir, şəkil(çi) dəyişməklə zühur edir, ta sükuta qədər...”

Jurnalda İsveç tənidçisi və tərcüməçisi Yuhan Öberqin “İtirilən və qazanılan nəsillər”, Hollandiyada yaşayan türk yazarı Sadık Yəmninin “İtirilmiş nəsillərin əks-sədası”, Tatarıstanın “İdel” jurnalının baş redaktor müavini Qalina Zaynullinanın “Patologiya, iradəsizlik, əcdadların mənfi yükü” və “Ayna – Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlının “İtirilmişlərdən geriyə qalanlar” yazıları təqdim olunub.

Bu sayda şairlər Vaqif Bəhmənli və Rəşad Məcidin yeni kitablarının Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyi “Təhsil” Nəşriyyat Evinin mağazasında keçirilən təqdimat mərasimindən material var.

“Kitab sülh və tərəqqinin xidmətində”, “Azərbaycan nəşrləri “London Kitab sərgisində” yazılarında ölkəmizin beynəlxalq kitab-sərgi yarmarkalarında təmsil olunması mövzusu önə çəkilib.

Amerikanın kitab işi üzrə tanınmış mütəxəssisi Penni Sansivierinin “Kitabınızın nəşrinə hazırsınızmı?” məqaləsi də jurnalda dərc edilib. P. Sansivieri müəlliflər üçün kitab marketinqi ilə bağlı dəyərli məsləhət və tövsiyələr verib.

“İrsən ötürülən açar: Kitabın arasındakı rəsm” başlığı altında Rəbiqə Nazimqızının Xalq rəssamı Arif Hüseynovla söhbəti təqdim olunub.

Yazar İmdat Avşarın tərcüməsində Əjdər Olun Türkiyədə çıxan iki kitabı – “Azərbaycan lətifələri” və “Ölümlə oyun” haqqında da dərgidə məlumat yer alıb.

Ariz Tarverdiyevin müəllifi olduğu “Parisdə bir qərib” yazısında  təbrizli nasir və dramaturq Qulamhüseyn Saedinin həyat və yaradıcılığı ətraflı nəzərdən keçirilib: “Onun əsərlərinin Markes, Kafka, Mopassan, Bekket və Günter Qrassın əsərlərilə çox oxşarlığı var. Yaradıcılığında özünü taleyin hökmünə təslim etmiş zavallıların fanatizm, cəhalət, qorxu-fəlakət-mistika burulğanında çarəsizliyini əks etdirir. Saedinin yazdığı əsərlərin əksəriyyəti magik realizm ruhundadır. Təsadüfi deyil ki, bu üslubun ilkin nümunəsinin məhz Saedi tərəfindən yazıldığı irəli sürülür”.

Ülviyyə Heydərova “Puşkin adına “dəymədüşər” ödüllər” yazısında eyniadlı mükafatın tarixçəsindən söz açıb.

Jurnalda Səlim Babullaoğlunun təqdimatında –”Müşfiq yeni redaktədə: Sevda türküləri” adlı maraqlı bir material verilib.

Kinoşünas Aygün Aslanlı “Çəkilən, çəkilən, çəkilən “Şerlok Holms” məqaləsində Artur Konan Doylun məşhur qəhrəmanının ekran həyatı haqqında mülahizələrini bölüşüb.

Dərgidə dahi alman bəstəkarı Rixard Vaqnerin Azərbaycan dilində nəşr edilmiş “Mənim həyatım” xatirələr kitabının təqdimat mərasimindən hazırlanan reportaj və kitabdan fraqment təqdim olunub.

Fərid Hüseynin qocaman ədib Vidadi Babanlı ilə söhbəti “Yer dərdindən kitablarımın neçəsi it-bata düşdü” müsahibəsində öz əksini tapıb.

“Dünyanın ən gözəl təsiri”ndən yazan S.Babullaoğlu böyük Kolumbiya yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Markesin yaradıcılığından söz açıb: “Markes... Azərbaycan ədəbiyyatında 30 ildir ki, belə desək, “gündəm”dədir. Markes “bizim” klassikdir. Klassiklər isə bir tərəfdən təsir etmir, yəni onların təsiri altında olan ədəbiyyat ikinci dərəcəli olduğundan müzakirə predmeti belə olmur, ya da onlar həmişə öz böyük və həqiqi təsiri imkanlarını ( bu isə ədəbiyyatın missiyası deməkdir) saxlamaqla, dediyim kimi, bu sualı açıq saxlayırlar”.

Dərgidə tanınmış türk şairi Orxan Vəlinin şeirləri ilə yanaşı, Xalq yazıçısı Anarın adıçəkilən şairin həyat və yaradıcılığından bəhs edən “İstanbulu dinləyən heykəl” əsərindən fraqment də yer alıb: “Orxan Vəlinin şairlik təcrübəsi mənimçün başqa bir qənaəti də təsdiq edir. Hər bir həqiqətən istedadlı şair bəyan etdiyi estetik konsepsiyalardan daha böyükdür, məxsus olduğu ədəbi cərəyanlardan daha genişdir, hər hansı “izm”lərdən daha zəngindir”.

Elcan Salmanqızının hazırladığı “Toz nəhənglər kolleksiyası” adlı yazı miniatür kitabların yaranması, nəşri tarixi haqqındadır.

Kitaba eybəcər, yaramaz münasibətin sərrast bədii ifadəsi olan dəyərli bir əsər – Canni Rodarinin “Qrafinya” hekayəsi Seyfəddin Hüseynlinin tərcüməsində təqdim edilib.

“Kitabçı”nın sorğusunu cavablandıran sənətçilərdən Flora Kərimova, Tünzalə Ağayeva, İlqar Muradov və Elxan Şirinov mütaliə barədə danışıb, oxuduqları kitablar barədə məlumat veriblər. Ədəbiyyat və futbolun maraqlı tandemi, ədəbiyyatçıların futbola münasibəti Qismətin “Top – qələmin ucunda” yazısında əks olunub. İsveç yazıçısı Avqust Strinqberqin “Tənha” romanından bir hissə jurnalın bu sayında nəsrsevərlərin ixtiyarına verilib. Jurnalın şef-redaktoru Seyfəddin Hüseynlinin moderatorluğu ilə yazarlar Əlabbas, Zahid Sarıtorpaq, Mirmehdi Ağaoğlu, Eyvaz Zeynalov və Sevinc Mürvətqızı “Bir ədəbi nəslin taleyi: 80-cilər itirilibmi?” mövzusunu müzakirə ediblər.

“İtiriləsi nəsil olmayanda” yazısında sözügedən məsələ tənqidçi-ekspert baxışı ilə işıqlandırılıb.

Dərginin bu sayında Boris Pasternakın ev-muzeyindən hazırlanmış reportaj da diqqəti çəkir.

Bütün bunlarla yanaşı, jurnalda dünya ədəbiyyatı, sənət aləmi ilə bağlı bir sıra maraqlı faktlar, materiallar da yer alıb.

“Kitabçı”nı Bakıdakı qəzet köşklərindən, həmçinin “Akademiya Kitab Mərkəzi”, “Bayatı” və “Kitabevim” dükanlarından əldə etmək mümkündür. Jurnala abunə olmaq üçün isə 012 437 28 10 və 468 67 13 nömrəli telefonlarla əlaqə saxlamaq lazımdır. /525.az/

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.