Aslan Quliyev: "Mən arzularıma çatmış insan deyiləm" - MÜSAHİBƏ

13.05.14

Bu dəfə tanınmış yazar Aslan Quliyevi redaksiyaya dəvət etdik. Razılaşdı.  Görüşdük, onun uşaqlıq, yeniyetməlik illərinə “baş çəkdik”.  “Gerçəkləşməyən arzular”ını öyrəndik. Həm də məlumumuz oldu ki, Yardımlıda yaşayıb-yaradan yazıçının Bakıda bir neçə günlük işi var. Bu günlərdə yazıçının “Qanun” nəşriyyatında yeni kitabı dərc olunacaq. Elə söhbətimizə körpünü də yeni kitadan salıq.
 

 
- Deyəsən kitabınız çıxmalıdır, adını nə qoydunuz?
 
- “Ağrı”.
 
- Bu “Ağrı” hansısa əsərin adıdır, yoxsa ümumiyyətlə, ümumilikdə ağrıların toplusudur?
 
- Azərbaycan insanının, vətəndaşının, hər bir azərbaycanlının qəlbində gəzdirdiyi ağrıdır. Bizim də borcumuz o ağrıları yazmaqdır.
 
- Deməli, o ağrıları qələmə almaq bir qələm adamı kimi sizin yazıçı görəvinizdir. Özünüz də vətəndaşsınız, demək, bu ağrıları hiss edirsizsə, nə isə bağlı  arzularınız gərçəkləşməyib. Gərçəkləşsəydi adını “Ağrı” qoymazdınız.
 
- Yox, bunun arzuya dəxili yoxdur. Biz bunu indi yazırıq, danışırıq. Ancaq Azərbaycan xalqının əsrlər öncə başlayan faciəsinin kökündə nələr dayanır?  Hər şey rus çarının 1828-ği ildə fərman verib İrəvan və Naxçıvan xanlıqlarını ləğv eləməsi, yerində “Erməni vilayəti” yaratması ilə başladı.
 
- Yəni xalqın bundan əvvəl heç ağrısı olmayıb?
 
- Yox, təbii, olub. Masştabına, miqyasına görə bu səviyyədə olmayıb. İndi biz Xocalı faciəsindən danışırıq, amma mən sizə bütün məsuliyyətilə, bütün əminliyi ilə deyirəm ki, miqyasına, qəddarlığına görə də bu faciədən dəfələrlə ağır olan, yüzlərlə, minlərlə Xocalı faciəmiz olub. Ərəblər bu torpaqlara ayaq açandan sonra xalqımızın bir qismi islamı qəbul elədi, bu faciə deyildi, faciə onların islamı qəbul eləməyənləri dışlaması, onları erməni, kafir adlandırmaları oldu.   
- Yəni türkü erməniləşdiriblər?
- Bəli, əgər sən müsəlman deyilsənsə, demək, ermənisən. Murad Adci “Qafqaz Albaniyası haqda ağı” adlı əsərində yazır:  “Qafqaz  Albaniyası çökdü, Rusiya Əlahəzrət Sərəncamı ilə Al­ban Apostol Avtokefal kilsəsini ləğv elədi. Onun tarixini, əmlakını, adamlarını erməni kilsəsinə verdi. Parçalamağa! Bu Qafqaz türk­ləri üçün ən qara günlər idi, əsl genosid idi. Güclə bizi boğaraq  əcdadlarımızdan, Tanrıdan ayırdılar. Bir qismini ayırdılar, islamı qəbul elətdirdilər və zaqafqaziya tatarları, ləzgilər, kumıklar, avarlar (avarçılar) adlandırdılar…”
 
- Deyəsən əvvəl şeirlə başlamısınız ədəbiyyata?
 
- Yox, mən elə əvvəldən nəsr yazmağa başladım. Sabir Rüstəmxanlıdan təsirlənmişəm.  Atam Əlibayramlıdan onun kəpənək qanadı nazikliyində “Tanımaq istəsən” adlı ilk kitabını alıb gətirmişdi. Kitabdakı şeirlərdə səmimilik, təbiilik, Yardımlı torpağının ətri, qoxusu  var idi. Mənə ən çox da qəribə gələn o idi ki, bizimlə bir yerdə qoyun otaran, eyni meşədə dolaşan, bizimlə eyni havanı udan, eyni çöldə gəzən biri  bunları yaza bilərmiş.
 
- O vaxta  qədər mütaliə etmişdiniz?
 
- Çox. Siz inanmazsınız ki, kənd kitabxanasında yüzlərlə kitab var idi, beşinci sinfə qədər onların hamısını oxumuşdum.
 
- Və heç vaxt da ağlınıza gəlməmişdi ki, yazıçı olacaqsınız?
 
- Yox, heç vaxt. Yazıçılara peyğəmbər kimi baxırdıq. Sabir Rüstəmxanlının kitabı çıxandan sonra ondan təsirlənib yazmağa başladım. Sonra xoşbəxtçilikdən Rəhim Əliyevlə görüşdüm, onun mənim yaradıcılığımda böyük təsiri oldu. Nənəm bizə nağıllar, dastanlar danışaırdı. Onun nağıllarının sonu uşaqların xoşuna gəlməzdi, orda mütləq ya div öldürməlidir, ya şeytan. Mən o nağıllardan şeytanı, divi qovurdum, ora mələklər, xoş üzlü insanlar gətirirdim.
 
- Uşaqlar da bu nağıllara inanardı?
 
- Əlbəttə. Onların xoşuna daha çox mənim danışdığım nağıllar gəlirdi.  O nağıllar mənim arzularımın dünyası idi.
 
- Sonra nağıllardan gərçək ədəbiyyata keçdiniz. Uşaq vaxtı yaşadığınız, yaşatdığınız, yaratdığınız nağılların gərçəkləşməsi ilə qarşılaşa bildinizmi?
 
- Yox əstəğfirullah, onunla heç bir yazıçı rastlaşa bilməz. Mənim ilk yazılarım da elə nağıllar kimi idi. Bu yazılarda daş da, ot da, ağac da, ay da, quş da danışırdı. Yazılarımı gətirirdim redaksiyalara, məni lağa qoyurdular. Bir dəfə günəbaxan tarlası yazmışdım, dedilər, bu nədir, bizdə günabaxan tarlası da olur.
 
- Bəlkə “plantasiya” yazaydınız, o cür qəbul edərdilər?
 
- “Plantasiya” bizim sözümüz deyil. Günəbaxan zəmiləri. Deyirdim, mənim elə də maddi imkanlarım yoxdur, amma sizi tarlaya aparmağa pulum çatar, gedəyin göstərim... Nə o arzular gerçəkləşmədi, nə də xəyalımda yaşatdığm o dünyanı görə bilmədim.
 
- Gənclik illərində yazıçı kimi özünüzü harada görürdünüz, hara dartınırdınız?
 
- Bizim vaxtımızda yazıçı müqəddəs bir şey idi, biz belə baxırdıq. Özümü müqəddəs iş görən insanların sırasında görürdüm.
 
- Bəs nə vaxt yazıçıya müqəddəs kimi baxmadılar?

 
- Azərbaycan televiziyasında Anarın “Evləri köndələn yar” pyesi göstərilən gündən. Orda bir bambılı, alasəfeh, yerində olmayan  şair obrazı vardı. Azərbaycan xalqı dəhşətə gəldi. Məlum oldu ki, yazıçı avara, başdan xarab, səfeh, yerində olmayan, bambılı, özünə hörmət eləməyən, qəpik-quruş üçün onun bunun qapısında dilənən adamdır .
 
- Deməyinizdən belə başa düşmək olur ki, Azərbaycan yazıçısını Anar gözdən saldı?

 
- Gözdən salmadı, sındırdı. Azərbaycan xalqı o tamaşaya qədər yazıçıya peyğəmbər kimi baxırdı, sabah yuxudan duranda isə artıq bambılı kimi    baxmağa başladı.. O günə yazarları barmaqla göstərirdilər. İlk kitabım çıxanda barmaqla göstərilməyim yadımdadı.
 
- Bəlkə Anar müəllim onu o məqsədlə yazmayıb, Azərbaycan yazıçısının gərçək durumunu qələmə alıb.
 
- Gerçəklik çoxdur, onda Həmin dövrdə gerçəklik nə idi, kimləri lağa qoyardılar - alverçiləri, taksi sürücülərini, mollaları, falçıları... Müəllimi,  həkimi, partiya işçisini, vəzifə sahibini lağa qoymazdılar. Anar yazıçıları da qatdı o cərgəyə. Cəmi bir telekanalımız var idi, orda nə gedirdisə, xalqın düşüncəsini, fikrini o formalaşdırırdı.
 
- Bəlkə yenilik deyək buna?
 

- Anar o qədər istedadsız, yerində olmayan adam deyil ki, nə etdiyini bilməyə. O bunu bilərəkdən edirdi. Çünki o artıq bütün adları almışdı, SSRİ Ali Sovetinin deputatı, AYB-nin sədri idi. Yəni onun nə düşməyə, nə sınmağa yeri yox idi. Ona ağır gəlirdi, görürdü ki, istedadlı adamlar gəlir. Onun şöhrətinə şərik ola bilərlər. Onları yerində oturtmaq üçün bu pyesi yazdı. Məni niyə çap etmirdilər, hə? Onlar özlərindən pis yazan hər bir adam üçün yaşıl işıq yandırdılar. Özlərindən yaxşı yazan hər kəsi düşmənləri kimi görür və qarşılarında qırmızı işıq  yandırırdılar.
 
- Özləri deyəndə ki, kimlər?
 
- Hamısı. Anar, Seyran Səxavət, Mustafa Çəmənli, Yusif Səmədoğlu, Mövlud Süleymanlı  və başqaları...
 
- Sizinlə razılaşmıram. Dağda, aranda yazıçıya peyğəmbər kimi baxırdıq, çünkü biz onlarıN əsərlərin də görürdük. Amma Anarın müasiri olan və doğrudan da əsərdə özünün əksini tapan yazarlar vardı axı, indi də var.
 
- Anarın özünün ətrafında bir nəfər də olsun o tip yazıçı yox idi. Amma danmıram ki, ümumiyyətlə elə yazıçı-şair olmayıb. Olub, yüzündən ikisi elə idi.
 
- Yazmağa başlayanda kumiriniz kim idi, kim olmaq istəyirdiniz?
 
- O vaxt mən Yazmağa başlayanda qarşımda Sabir Rüstəmxanlını görürdüm. Mən təzə sözü, təzə nəfəsi Sabir bəydə gördüm. Amma düzünü deyim, sonra öz ədəbiyyatımızdan qidalanmadım.
 
- Sizə məlum oldu ki, ədəbiyyatın hansı məqamı boşluq, hansı yüksəklikdir. Və özünüzü o yüksəklikdə görürdünüzmü?
 
- Görürdüm. Mən bizim ədəbiyyatla rus ədəbiyyatını müqayisəli şəkildə oxuyanda dəhşətə gəlirdim.
 
- Aslan müəllim, yenə də həmin mövzuya qayıdaq ki, özünüzü harada görürdüz və gerçəkdə hara qədər gəlib çıxa bildiniz? Xalq yazıçı olmaq istəyirdinizmi?
 
- Xalq yazıçısı olmaq istəmirdim. İstəyirdim mənim əsərlərimi oxusunlar. İstəyiridim ki, Mark Tvenin qəhrəmanları oxucuya necə doğmadırsa, mənim də qəhrəmanlarım oxucularıma eləcə doğma olsun. Mənim 80-ci ildə “Bahar küləkləri” kitabım çıxanda yüzlərlə məktub aldım, haqqımda elə danışırdılar ki, düşünürdüm, doğurdanmı bu kitabı mən yazmışam? Xalq yazıçısı olmaq istəmirdim, ancaq tanınmaq, pul qazanmaq istəmişəm, dolanmaq istəmişəm, təbii.
 
- Bəs nəyə nail ola bildiniz?
 
- Yazıçılıqla heç nəyə nail ola bilmədim.
 
- Seyran Səxavətin adını çəkdiniz, oxumusunuz onu?
 
- Oxumuşam.
 
- Belə başa düşdüm ki, onun əsərləri sizi qane etməyib...
 
- Konkret deyim də, mənim yazıçım deyil. Yalandan deyim ki, Seyran Səxavət dahi, böyük yazıçıdır, yox, orta səviyyəli Azərbaycan yazıçısıdır. Azərbaycanda əlli şair, yazıçı varsa, biri də mənəm, Özlərindən zəiflərə təqaüd verirlər, mənə yox.
 
- Təqaüd almaq da gerçəkləşməyən bir arzu idi?
 
- Yox, arzu deyil. Nə arzu? Sadəcə, o vaxt maddi ehtiyacım var idi. Müraciət elədim, vermədilər. aldım nə olasıdı, almadım nə?..
 
- Birdən oxucular elə düşünər ki, Aslan müəllim təqaüd davasını döyür?..
 
-”Onlar məni öldürdülər” adlı bir yazı yazdım, o zaman təqaüd-filan ortalıqda yox idi ki... Bu adamların hamısının bir-bir, - nə iş görüblər, necə görüblər, - adlarını çəkdim o yazıda. Təqaüd son illərin söhbətidir.
 
- Bəlkə bununla bağlı müraciət edəsiniz, ya da yada salmaq lazımdır?
 
- Bir naxçıvanlı yazıçı dostumla  birlikdə Anarın yanına getmişik. Azərbaycan ədəbiyyatında mənim qəbul etdiyim gözəl yazıçılardan biridir həmin adam. Vəziyyəti danışdıq. O, həmən il təqaüd aldı, mənə isə verilmədi. Dostuma təqaüdü yaxşı yazıçı olduğuna görə yox, Naxçıvanlı olduğuna görə verdilər. Mənsə Yardımlıdandım
 
- Deyirsiniz, Yardımlıdan yox, qarabağlı olsaydınız təqaüdü ala bilərdiniz?
 
- Onu bilmirəm. Yardımlı ucqar, adamsızdır . İlk kitabım çıxanda Vilayət Quliyev məni tənqid etdi, özü də nə cür tənqid etdi!  “21-ci əsrin astanasında oxuculara yumruq davası, göz yaşı, ekzotik koma “ təqdim eləyən yazıçıya lazımınca divan tutdu   . Çünki məni döymək, əzmək təhlükəsiz idi.
 
- Sizin üçün Yardımlının siması kimdir?
 
- Bir dəfə Məmməd Aslan dedi: “Bir Yardımlı burdadır, bir Yardımlı da var, o da dünyanı gəzib-dolaşır. O, Sabir Rüstəmxanlıdır”.
 
- Sabir bəyin də şeirində var, “sənə ucqar dedilər”, siz də bayaq dediniz, kimsəsiz regiondur. Doğurdanmı kimsəsizliyi hiss etmək olar?
 
- Çox kimsəsizdir.
 
- Aslan müəllim, gənclik arzularınızın hansı gerçəkləşdi, hansı yox?
 
- Mən yazmaq istəyirdim.
 
- Yazmaq arzunuz gerçəkləşdi, yazı sizin əlinizdən tutub o yerə ki aparmalıydı, bildimi?
 
- Yox ora apara bilmədi.
 
- Yenə apara biləcəyinə ümid qalıbmı?
 
- Yox, yox. İndi daha ədəbiyyatın o vaxtı deyil ki, durub kimisə harasa apara...
 
- Məsələn, o zaman sizi hara apara bilərdi ədəbiyyat?
 
- Təbii ki, Bakıda da otura bilərdim, dünyanı da gəzə bilərdim, yaxşı pullar qazanardım ədəbiyyatın hesabına, hər şey ola bilərdi.  
 
- İçinizdən bu hisslər keçdi, özünüz özünüzə mane oldunuz?
 
- Onda Rəhim Əliyev mənə məktub yazdı ki, sən bu arzularla yaşama, Azərbaycan sənin üçün Amerika deyil.
 
- Arzularınızla bağlı heç olmasa istədiyiniz bir yeri tuta bildiniz?
 
- Əslində, heç yazılarımı da ürəyim istəyən kimi yaza bilmədim. Heç nəyə nail ola bilmədim. Azərbaycanda olub böyük ideallarla yaşamaq, böyük əsərlər yazmaq mümkün deyil. İstədiyim kitabları yaza bilmədim. Qoymurdular yazılarımı çap eləməyə. İyirmi beş il bir yazıçının yazılarını çap eləməyələr, necə ola bilər? Sonda yoruldum, yazmağım mənasızlığını başa düşdüm çap edilməyən bir çamadan əlyazmamı yandırdım. Onların içərisində Sabir Rüstəmxanlının da oxuyub bəyəndiyi yazılar var idi. Məğlub olduğumu etiraf etdiyimə görə yandırdım. Yandırmaqla heç nəyin qisasını almadım, sadəcə, gördüm ki, nahaq yerə özümü yormuşam.
 
- Bəs bu Azərbaycan oxucusuna xəyanət deyildi? O əsəri ki, Seyran Səxavət, digər naşirlər, jurnal rəhbərləri oxumuşdu, nə vardı bilirdilər, daha yandırmaq niyə?
 
- Mən onları yandıranda oxucunu yox, bəzi ədəbiyyat məmurlarını yox,  özümü düşünürdüm. Düşündüm ki, bəsdir. İnsan məğlub olduğunu etiraf etməlidir. Mən bunlara dedim ki, siz məni məğlub etdiniz. Məni öldürdünüz.
 
- Aslan müəllim, sonda bunu da soruşum da: bəs sizin gerçəkləşən arzularınız hansılardı?
 
- Mən arzularıma çatmış insan deyiləm...

/axar.az/

Yenililklər
27.02.20
Əlyazmalar İnstitutu XIX əsrdə nəşr olunan “Bakinskiy listok” qəzetinin elektron versiyasını əldə edib
27.02.20
"Günə min işarə yaza bilsəm, papağımı göyə ataram" - Mübariz Örən
27.02.20
Müşfiq Şükürlü - Cavid bizim ustad təqlidçilərimizdəndir
27.02.20
Gülşən Mustafanın "Hasar" adlı hekayələr kitabı işıq üzü görüb
26.02.20
Filologiya elmində Turxan Gəncəyi zirvəsi
26.02.20
Əli bəy Hüseynzadə haqqında ilk fundamental biblioqrafiya işıq üzü görüb
25.02.20
Rasim Qaraca: “Hər ad günümə bir kitab hədiyyə edirəm” - VIDEO-SÖHBƏT
25.02.20
Bəxtiyar Vahabzadənin şeirləri Koreya dilində
24.02.20
Rəvan Cavid - “Azğın”: roman, yoxsa cızma-qara gündəlik?
24.02.20
"Kitabi-Dədə Qorqud”un üçüncü – Günbəd əlyazması" cap olunub
24.02.20
İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
24.02.20
Azər Abdulla - Peşmanlıqdan sevincə keçid
23.02.20
Elçin Hüseynbəyli - Qarağac - Romandan parça
23.02.20
Bədirxan Əhmədli - Gerçək və intellektual türkçü Muhsin Kadıoğlu
23.02.20
Könül Nuriyeva - "İsanın İncili"ndəki sonsuz suallar
23.02.20
Əlyazmalar İnstitutunda “Nəsimidən nəsimlər” kitabının təqdimatı olub
23.02.20
Ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verən alim – akademik Həmid Araslı
21.02.20
İnsanın əzəməti – Dino Butsatinin hekayəsi
21.02.20
Tramp “Oskar” mükafatının Cənubi Koreya filmi “Parazitlər”ə verilməsini tənqid edib
21.02.20
Məşhur yazıçı hekayəsini 1 ABŞ dollarına satdı
21.02.20
Müslüm Maqomayev haqqında çəkilən serialın treyleri yayımlandı - VİDEO
21.02.20
Xalq rəssamı Böyükağa Mirzəzadənin anadan olmasından 99 il ötür
21.02.20
Taleh Eminoğlu - Knut Hamsun: bir medalın iki üzü
21.02.20
Bakıda Beynəlxalq film festivalı keçiriləcək
21.02.20
"Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının yeni sayı çıxıb
21.02.20
Hacı Ələmdar Mahirin anım günü
18.02.20
Özbəkistanda “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi elan olundu
12.02.20
"Təkrarın tənhalığı”nda "Sevdiyim əsər” – Fərid Hüseynin kitab təqdimatından reportaj
10.02.20
Gülbala Dadaş - “Hər kəsin öz eşqi” kitabı haqqında
07.02.20
Fərid Hüseynin kitablarının təqdimat mərasimi keçiriləcək
05.02.20
Bəsirə Əzizəlinin Muhsin Kadıoğlu haqqında monoqrafiyası çap olunub
05.02.20
İradə Musayeva -  Süleyman Rüstəmi əksinqilabçı adlandıran repressiya qurbanı
03.02.20
Cavanşir Yusiflinin Səlim Babullaoğlu haqqında kitabı nəşr edilib
02.02.20
İradə Musayeva - Bağırovun gizli tapşırığı: “Boynuna qoyuluncaya qədər döyün!”
01.02.20
"Qanun” nəşriyyatında "The Paris Review müsahibələri” adlı kitab nəşr edilib
01.02.20
Rusiya Yazıçılar İttifaqı ilə AYB arasında əməkdaşlıq müqaviləsi imzalanıb
29.01.20
İradə Musayeva - Bağırov bu tərcüməçimizi həbs etmək üçün Stalindən icazə istəmişdi
28.01.20
Fərid Hüseyn - İnsanın unutqanlığı bəzən onun ədalətidi
28.01.20
AYB-nin Gənclər Şurasının “Ulduz”u nəşr edildi
25.01.20
İradə Musayeva - Müstəqil Azərbaycan” sözü dilinizdən çıxmadımı?
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.