Kənan Hacı - Qanunla mühakimə edilməyən cinayətlər haqda roman
15.05.14

Hamı günahkardı dünyada, amma
dünyada heç kimin günahı yoxdu...

Ramiz Rövşən


Bəzən imzasına böyük ümidlər bəslədiyimiz bir yazarın yeni yazdığı romanı oxuyub bitirəndən sonra içimizdə bir məyusluq hissi yaranır. Düşünürük ki, yox, alınmayıb. Bəzən də bizə tanış olmayan bir imza hansısa əsəriylə bizi heyrətləndirir.

İndi az qala, hər gün yeni bir kitab çıxır. Müxtəlif imzalar, müxtəlif janrı əhatə edən ədəbi mətnlər başımızı gicəlləndirir. Bu kitabların hamısını oxumaq imkan xaricindədir. Ona görə mən ancaq imzasına bələd olduğum yazarların kitablarını oxumağa vaxt ayırıram. İstisna hallarda “üz üzdən utanar” məsəli baxımından məcburiyyət qarşısında hansısa əsəri oxumuşam. Amma bu, həmişə olmur.

Gülnar Əhmədin imzası mənə tanış deyildi. Onunla kitab təqdimatlarından birində tanış olduq və onun ədəbiyyat haqda mülahizələri diqqətimi çəkdi. Həmin ərəfədə də “Xoşbəxt” romanı çapdan çıxmışdı. Qərara aldım ki, onun bu kiçik həcmli romanını oxuyum. Və oxudum.

Onun bundan əvvəl nəsə yazıb-yazmadığı haqqda məlumatım yoxdur. Bəlkə də “Xoşbəxt” onun ilk əsəridir. Bədii yaradıcılığa birbaşa romanla başlayan yazarlar çox azdır və bu, heç də həmişə uğurla nəticələnmir. İlk əsərin gətirdiyi məğlubiyyət bəzən yazıçı üçün psixoloji cəhətdən ağır zərbə olur və bu travmadan sonra o, uzun müddət, çox vaxt da heç özünə gələ bilmir. O, yenidən masa arxasında oturmağa özündə mənəvi güc tapa bilmir.

Gülnar Əhmədin romanını oxuduqca hiss olunur ki, bu xanım olduqca mütaliəlidir, nəyi necə yazmağı bilir, cümlələri qurama deyil, özünəməxsusdur və ən əsası, təhkiyə bacarığına malikdir. “Xoşbəxt” romanının maraqlı strukturu var və bu, ilk əsərini yazan müəllif üçün uğurlu tapıntıdır. Əsərin baş qəhrəmanı O-dur. O-nun timsalında bir ailədə baş verən yadlaşma prosesi, qeyri-sağlam atmosfer və bunun ağır nəticələri psixoloji kontekstdə təhlil olunur. Gənc müəllif xarakterlərin psixologiyasına nüfuz edir. Əsərin vacib bədii elementi vicdandır. Ailə üzvləri- ana, qardaş və bacılar ona qarşı biganədir, O isə onların xoşbəxtliyi, rahatlığı üçün çalışır, fədakarlıq edir. Onun üçün gələn elçilərin qarşısına bacısını çıxarırlar, o, öz xoşbəxtliyini bacısına qurban edir. Bu sadəlövh altruizm ailə üzvləri tərəfindən qiymətləndirilmir. Bu qanunla mühakimə edilə bilməyən ailə cinayəti Onun həyatını alt-üst edir. Anası ölüm ayağında olanda belə öz günahını tam etiraf etmək istəmir, Ona sadəcə, buralardan çıxıb getməyi məsləhət görür.

Əsərin böyük bir hissəsi məktublar formasında yazılıb. Onun qardaş-bacıları bu məktublarda hər biri ayrı-ayrılıqda özləri və Onun haqqında yazırlar, bir növ öz günahlarını etiraf edirlər. Amma həm də bu günaha bəraət qazandırırlar. Bu məktublarda Onun taleyindən dolayı dərin peşmançılıq hissi yoxdur. Bu eqosentrik düşüncələr Onun xarakterinin açılmasında bir növ köməkçi vasitələrdir. Əsərin qəhrəmanı eqosu olmayan bir insandır və o, eqosentrik düşüncədən xilas ola bilməyən ailə üzvlərinin arasında yad cisim kimi dolaşır. Anasının ölümündən sonra O, evdən xəbərsiz çıxıb gedir, yüksək vəzifədə çalışan qardaşı isə əlindəki imkanlardan istifadə edib onu axtarmaqdan vaz keçir; öz adına, nüfuzuna xətər toxunacağından ehtiyat edir.  

Sonda günahkarın kimliyini müəyyən etmək oxucunun öhdəsinə buraxılır. Əslində qanunla mühakimə edilə bilməyən cinayətlər, qanunun əsaslana  bilmədiyi cinayətlər daha böyük və ağır cinayətlərə yol açır. Hər gün yüzlərlə belə cinayətlər baş verir və cinayətkar cəzasız qalır. Bu cinayətlərin ağrısını Onun kimilər çəkir...

Avanqard.net

Yenililklər
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.