Joze Saramaqo: "Ədəbiyyat dünya əhalisinin sayını artırır" - MÜSAHİBƏ

15.05.14

Joze Saramaqo 1922-ci ildə Portuqaliyanın mərkəzi əyaləti olan Ribatejoda dünyaya göz açıb. 1947-ci ildə 27 yaşında ikən Saramaqo ilk novellasını – “Günah diyarı”nı nəşr etdirib. 1974-cü il Qərənfil inqilabına həsr etdiyi “Yerdən qaldırılmış” əsərinin nəşri ilə Saramaqo novella yazıçısı kimi şöhrət qazanıb. 1982-ci ildə nəşr olunan “Baltazar və Blimunda” əsəri ilə beynəlxalq aləmdə yazıçı kimi tanınmağa başlayıb. “Rikardo Reisin öldüyü il” adlı novellasına görə Portuqaliyanın “Pen klub” və Böyük Britaniyanın “Müstəqil xarici ədəbiyyat” mükafatına layiq görülüb.

1998-ci il 8 oktyabr tarixində Joze Saramaqo ədəbiyyat üzrə “Nobel” mükafatına layiq görülüb. J.Saramaqonun “The Paris Review” jurnalına verdiyi müsahibəni təqdim edirik.


– Lissabon üçün darıxırsınız?


– Problem Lissabondan darıxıb-darıxmamaqla bağlı deyil. Əgər darıxmaq poetik desək, sümüyün sızıldamasıdırsa, düzü, mən indi bu sızıltını hiss etmirəm. Orada çoxlu dostlarım var və hərdən onları ziyarət edirəm, ancaq Lissabonda yaşadığım dəhşət ondan ibarətdir ki, orda olanda hara gedəcəyimə qərar verə bilmirəm. Özümə də qaranlıqdır ki, qayıtsam, daha orda necə yaşayaram. Orada bir neçə həftə qaldıqdan sonra, əlbəttə, yenə əvvəlki həyatıma öyrəşə bilərəm. Lakin hər zaman bura mümkün qədər tez qayıtmaq barədə düşünürəm. Yaşadığım şəhəri və insanlarını sevirəm. Nə vaxtsa buranı tərk etmək ağlıma da gəlmir. Bəlkə də tərk edəcəyəm, olsun ki, nə vaxtsa getmək məcburiyyətində qalacağam, lakin mən belə olsa, iradəmə qarşı çıxacağam.

– Lanzatora köçəndə, uzun illər boyu yaşayıb-yaratdığınız mühitdən ayrıldıqdan sonra bura tez uyğunlaşdınız, yoxsa əvvəlki iş yeriniz üçün darıxırdınız?

– Asan uyğunlaşdım. Həyatı mürəkkəbləşdirməyi sevmirəm. Başıma pis və ya yaxşı hadisə gəlməsindən asılı olmayaraq, heç vaxt baş verənləri faciəyə çevirməmişəm. Sadəcə anı yaşayıram. Oradan köçəndə, əlbəttə, kədərlənirdim, lakin… Başqa sözlə desəm, indi maraqlı yaşamağın yollarını axtarmıram.

– İş rejiminiz necədir? Hər gün yazırsınız?


– Məsələn, novella yazarkən hər gün yazıram. Əlbəttə ki, ev işləri, səyahətlə bağlı olaraq bəzi planlarım pozula bilər, lakin, adətən, mütəmadi çalışıram, intizamlı yazıçıyam. Özümü müəyyən edilmiş saatlarla işləməyə məcbur etmirəm, hər gün iki səhifə yazıram. Bu gün səhər yeni əsərimin iki səhifəsini yazdım, sabah da növbəti ikisini yazacağam. Sizə elə gələ bilər ki, gündə iki səhifə azdır, lakin görməli olduğum başqa işlər də olur – digər mətnləri yazmaq, məktubları cavablandırmaq; – orası da var ki, bir gündə iki səhifə ildə təxminən səkkiz yüz səhifə deməkdir.

Ancaq nəticədə demək olmaz ki, anormal biriyəm. Qəribə vərdişlərim yoxdur. Hadisələri dramatikləşdirməyi sevmirəm. Hər şeydən əlavə, yazı yazmaq işini romantikaya çevirmirəm. Bəzən hadisələr istədiyim kimi cərəyan etmir, ya da ümumiyyətlə heç nə alınmır. Bu zaman sadəcə hadisələri olduğu kimi qəbul etməyə çalışıram.

– Əsərlərinizin qəhrəmanları barədə nə deyə bilərsiniz? Onlar heç sizi təəccübləndirirmi?


– Bəzi qəhrəmanların öz şəxsi həyatlarının olması və müəllifin onların həyatına müdaxilə edə bilməsi məsələsinə inanmıram. Qəhrəmanlar tam müstəqil deyillər. Qəhrəmanlar yazıçının əlində əsirdirlər və onlar özləri bunun fərqində deyillər. Sanki bir növ iplə bağlıdırlar, lakin bu ip nisbətən sərbəstdir; qəhrəmanlar azadlıq, müstəqillik xəyalından həzz alırlar, ancaq bir yazıçı kimi mənim istəyim olmadan onlar heç yerə gedə bilməzlər. Belə olarsa, müəllif ipi çəkib deməlidir: Burada mənim sözüm qanundur!

Qəhrəmanlar hər zaman süjetin mərkəzində dayanırlar. Qəhrəmanların tamlığı, bütövlüyü dedikdə – onu şəxsiyyətinin, daxili psixologiyasının hərəkətlərində təzahürünü nəzərdə tuturam. Çünki əsərdəki surətlər bir növ şəxsiyyətdirlər. Məsələn, “Hərb və sülh”də Nataşa, “Cinayət və cəza”da Raskolnikov, “Qırmızı və qara”da Julien. Ədəbiyyat dünya əhalisinin sayını artırır. Biz onları sadəcə kitab adlandırdığımız kağızlar toplusu üzərində mövcud olan surətlərtək deyil, həqiqi insanlar kimi təsəvvür edirik. Məncə, bu bütün yazıçıların arzusudur – qəhrəmanlarından biri nə vaxtsa “hansısa real insan” olacaq.

– Hansı qəhrəmanınızı “real insan” kimi görmək istərdiniz?

– Düzünü desəm, qəhrəmanlarım – “Rəssamlığın və Kalliqrafiyanın əsasları”da rəssam H-dan “Bütün adlar”da Senhor Joseyə qədər hər biri, həqiqətən, həmin “insan”lardır. Məncə, bu ona görə belədir ki, qəhrəmanlarımdan heç biri real insanların prototipi deyil. Onlar yalnız fiziki bədənə sahib olmayan xəyali varlıqlardır.

– Fikrimcə, “Korluq”dakı həkimin arvadı çox spesifik bir şəxsdir. Bu əsərin ideyası beyninizdə necə yarandı?

– Bütün əsərlərimdə olduğu kimi, “Korluq” təsadüfən ağlıma gələn bir ideyadan meydana gəlib. Restoranda idim, sifariş verdiyim yeməyin gəlməsini gözləyirdim, qəflətən beynimdə belə bir sual yarandı: Hamımız kor olsaydıq nə baş verərdi? Sualıma cavab axtararkən düşündüm ki, biz həqiqətən də, koruq. Bu əsərin başlanğıc nöqtəsi idi. Daha sonra, ilkin situasiyaları təsəvvür etdim və nəticələrinin meydana çıxmasına şərait yaratdım. Bəlkə də qorxulu nəticələr idi, lakin bu məsələdə bir növ “polad” məntiqi var idi. “Korluq”da o qədər də çox fantaziya yoxdur, burada sadəcə səbəb və nəticə əlaqələrinin sistemli tətbiqinə rast gəlmək olar.

– “Korluq” əsərini çox sevirəm, lakin çətin oxunur. Ağır kitabdır, ancaq çox yaxşı tərcümə edilib.

– Uzun illər tərcüməçim olan Giovanni Portieronun vəfat etdiyini bilirdiniz?

– Nə vaxt?

– Fevralda. QİÇS-dən vəfat etdi. “Korluq” romanını tərcümə edirdi, öləndə artıq tərcümə işini bitirmişdi. Ölümünə yaxın həkimlərinin verdiyi dərmanlar nəticəsində gözləri zəifləməyə başladı. Müalicə alıb bir müddət sonra tərcümə etməyə davam edə, yaxud qəbul etməyərək başqa riskləri gözə ala bilərdi. O isə müalicəsini dayandırıb “Korluq” romanını tərcümə etdi. Çox təsirli aqibət idi.

– Bir az əvvəl qeyd etdiniz ki, “Korluq” yazdığınız ən çətin roman olub. Çətinliyiniz kor insana qarşı nümayiş edilən qəddarlığı təsvir etməyinizə baxmayaraq, optimist ruh təlqin etməyinizlə əlaqədar idi?

– Mən pessimistəm, lakin başıma güllə çaxacaq qədər də yox. Sizin vurğuladığınız qəddarlığa təkcə romanımda yox, dünyanın hər yerində, hər zaman rast gəlinir. Hətta bu dəqiqə belə bizi bəyaz korluq bürüyüb. Korluq, bir növ insanın zehni korluğunun metaforasıdır. Bu korluq Marsdakı qayalıqları araşdırmaq üçün gəmi göndərdiyimiz halda, öz planetimizdəki milyonlarla insanın aclıqdan əziyyət çəkməsinə göz yummaqdır. Biz ya dəliyik, ya da koruq.

– Avropada və Latın Amerikasında geniş oxucu kütləniz olmasına baxmayaraq, Amerika Birləşmiş Ştatlarında əsərləriniz az oxunur.

– Ciddi məsələlər, həqiqətən də, amerikalı oxucuların diqqətini cəlb etmir. Ancaq maraqlıdır ki, Amerika Birləşmiş Ştatlarından aldığım rəylər çox müsbətdir.

– Tənqidçilərin fikirləri sizin üçün nə dərəcədə əhəmiyyətlidir?


– Mənim üçün vacib olan işimi yaxşı görməkdir. Yaxşı iş standartlarım var. O iş standartları da kitabların öz istədiyim üsullarla yazılmasıdır. Bundan sonrası isə həyatdakı bir çox başqa məsələlər kimi məndən asılı deyil. Ana dünyaya övlad gətirir və onun üçün hər şeyin ən yaxşısını arzulayır, lakin bu həyat anadan yox, övladdan asılıdır. Uşaq ya həyatını özü quracaq, ya da başqaları onun əvəzinə bunu edəcək. Bu isə bir çox hallarda ananın xəyal etdiyi həyat olmayacaq. Kitablarımın möhtəşəm qarşılanmasını arzulamağım mənasızdır, çünki kitablarımın taleyini oxucularım müəyyənləşdirir.

Bəzən öz-özümə düşünürəm ki, kaş bu planeti heç vaxt tərk etməyəydik. Çünki, kainatın başqa hissələrinə yayılsaq, buradakından fərqli davranmayacağıq. Biz kainatı çirkləndiririk, bir növ virus kimiyik, nə yaxşı ki, yalnız Yer planetində məskunlaşmışıq.

Ədəbiyyat qəzeti

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.