Nuranə Abbasova - “1984”
16.05.14

Corc Oruell... Oxucularına daha çox “1984” romanı və “Heyvanıstan” povesti ilə tanış olan XX əsrin məşhur ingilis yazıçısı. Adıçəkilən əsərləri ədəbiyyat tarixində totalitar düşüncə tərzinə və despotizmə qarşı yazılmış ən bariz nümunələrdən sayılır.

Yazıçının “1984” romanı ilə tanış olan oxuculara əsərin süjet xətti, hadisələr, gərgin hadisələr fonunda qəhrəmanların taleyi məlumdur. Belə ki, hadisələrin 1984-cü illə heç bir əlaqəsi olmasa da, əsərə simvolik olaraq seçilmiş bu adın bir neçə versiya üzərində dayanaraq verildiyi deyilsə də, mahiyyət etibarı ilə bu əsər bütün despot quruluşlara, cəmiyyətə və insanların ruhuna hakim kəsilmiş total təfəkkürə “meydan oxuyan”, insan-cəmiyyət-idarəçilik-insan zəncirini ehtiva edən mühüm nəsr nümunəsidir.

Əsərin əsas qəhrəmanları Unston, Culiya, O’Brayen və Çarrinqtonu “maddi”, Böyük Qardaş, Qoldsteyni isə “xəyali” və hətta “mifik” fiqurlar saymaq olar. Bu qəhrəmanlar, eləcə də “prol” adlandırılan, proletariatdan-yoxsul təbəqədən ibarət olan və çoxluq təşkil edən insanlar Böyük Qardaşın, insanları anbaan izləyən, bütün hərəkətlərini, səsləri yazan teleekranın və hakim ideologiyaya sadiq insanların (qonşu Parsons və onun “kəşfiyyatçı” uşaqları) nəzarətində yaşayırlar.
Ölkələri Okeaniya əvvəlcə Avrasiya ilə, daha sonra isə İstasiya ilə müharibə aparır və teleekrandan hər dəqiqə müharibə xəbərləri, statistik göstəricilər, xalq düşmənləri və onların islah olunmaları təbliğati şəkildə səsləndirilir. Heç bir hüququ, şəxsi həyatı olmayan, nəinki etiraz bildirməyə, hətta beynində bu fikrə düşməyə cürəti çatmayan vətəndaşlardan ibarət cəmiyyət daim zəncir və qorxu altındadır. Çünki Böyük Qardaş və Partiya əleyhinə hər hansı bir addım adları ilə ziddiyyət təşkil edən Fikir Polisi, Həqiqət Nazirliyi, Sevgi Nazirliyində ən sərt üsullarla cəzalandırılır.

Xof içərisində olan cəmiyyət hər an təqib olunmaq, dinlənilmək və ölümə məhkum edilmək kimi şüuri asılılıqdan xilas ola bilməyən aciz insanlardan ibarətdir. “Nifrət ikidəqiqəliyi”ndə hamı bir nəfər kimi “Vətən xaini”, varlığı belə məlum olmayan Qoldsteynə nifrət yağdırmalı, var gücü ilə onu rədd etməlidir. Çünki bu anda insanın üzündə yarana biləcək ani bir istehza, yaxud rəğbət həmin insanın ölüm hökmünə, ümumiyyətlə “buxara çevrilməsinə” kifayət edərdi. Bu səbəbdən qəhrəmanlar – Uinston və Culiya mimika və jestlərində belə maksimum ehtiyatlı davranmağa, ən kiçik yanlışa belə yol verməməyə çalışırlar. Onlar bir-birlərinə sevgi etiraflarını belə edə bilməzlər. Çünki Partiya gənclər arasında ehtiras, şəhvət hisslərini boğmağa, məhv etməyə hesablanan böyük planlar icraçısıdır. İnsanların şəxsi həyatı Partiyaya sidq-ürəklə xidmət yolunda tədricən heçə çevrilməlidir. Yalnız bir məqsəd olmalıdır: “Böyük Qardaşa və Partiyaya xidmət!”. Çünki küçələrdəki, binalardakı plakatlarda bir şüar-xəbərdarlığı görmək olur: “Böyük Qardaş sənə baxır!”.

Öləcəklərini-öldürəcəklərini bilə-bilə Uinston və Culiya dükançı Çarrinqtonun (o da Partiyanın gizli xəfiyyələrindən biri çıxır) onlara verdiyi birotaqlı otaqda görüşlərini davam etdirirlər. Lakin insanlığın faciəyə yol açan hissi – inam onları ölümə aparır.

Əvvəlcə O’Brayenə güvənərək Partiya düşməni olduqlarını söyləyirlər. Bundan əvvəl isə adi dükançı təəssüratı bağışlayan Çarrinqtonun həmin otaqda divardakı qravürün arxasında teleekran gizlətməsindən xəbərsiz bütün sirlərini bir-birlərinə açırlar. Bununla da Partiyanın “qorumaq istədiyin sirri ilk növbədə özündən gizlətməlisən” prinsipinə xilaf çıxıb həmin otağı özlərinə məzara çevirirlər. Çünki ələ keçdikləri bu otaqdan sonra dözülməz işgəncələr, mənəvi sarsıntılar, əzab-əziyyətlər Uinston və Culiyanın şüurunu bir heçə döndərib, onları Partiyaya və Böyük Qardaşa sadiq fiqura çevirir. Uinston hər nə qədər “satqınlıq və xəyanət” etdiyinə görə dözülməz işgəncələrdən, ruhi-psixoloji sarsıntılardan sonra “şüurunu təslim edib, ruhunu isə toxunulmaz saxlayacağına ümid bəsləsə də”, sonda əsl “Partiya adamı”na çevrilir. Əsər kədərli bir sonluqla bitir: artıq nə Culiya var, nə də Böyük Qardaşa, Partiyaya nifrət hissi. Bu hissin yerini yalnız Böyük Qardaşa sevgi hissi tutub. Partiyanın üç şüarı: “Müharibə-Sülhdür, Azadlıq-Köləlikdir, Cəhalət-Qüvvədir” beyinlərə hakim kəsilib.

Əsərin maraqlı tərəflərindən biri odur ki, bütün totalitar quruluşlara xas olan “keçmişi xatırlamaq”, “yada salmaq” kimi xüsusiyyətlərdən ciddi-cəhdlə imtina edilir, keçmişlə bağlı nə isə xatırlayanlara və xatırladanlara isə divan tutulur.

Əsərin qəhrəmanı Uinston da elə ilk “səhv”inə bu nüansda yol verir. O, Çarrinqtonun dükanından “qədim” bir dəftər alır və teleekranın gözündən uzaq, imkan düşdükcə yaddaşını qurcalayaraq keçmişin qalıqlarını həmin dəftərə köçürür. Uinstonun keçmişə marağı, onu üzə çıxarmaq istəyi, əsl həqiqəti axtarmaq arzusu onu ələ verir. İşi gərəyincə saxtalaşdırdığı faktların əslində o cür olmadığını bilsə də, gələcək nəsil üçün Partiya yalanını söyləyəcək heç bir dəlil-sübut qoya bilmir. Çünki keçmişə aid hər şey – insanlardan tutmuş, sənədlərədək hamısı “buxara çevrilir”. Necə ki Uinstonun ara-sıra xatırladığı anası və bacısı kimi.

Corc Oruellin bu əsərini müəyyən fikri mənada Kamyunun “Taun”u ilə də müqayisə etmək olar. Belə ki, “Taun”da insanlar xəstəlik blokadasındadırlarsa, “1984”də fikir, düşüncə məhbəsindədirlər. Burada qorxu bütün insanların ruhuna, bədəninə hakim kəsilib. O’Brayen “istintaq” zamanı Uinstonun psixologiyası, ruhu üzərində qələbəni onun uşaqlıq qorxusu – siçovullar vasitəsi ilə çalır. Siçovullar Uinstonu Culiyanı satmağa, ona xəyanət etməyə vadar edir və bu xəyanət onun xilası olur. Cismən azad olan Uinston və Culiya artıq mənən Partiya kölələridir. Onlar üçün artıq “iki üstəgəl iki beşə bərabərdir”.

Göründüyü kimi, “1984” romanı yalnız cəmiyyət və onun quruluşunun anatomiyası baxımından deyil, diqqət mərkəzinə gətirilən insan və onun şüuru, psixikası, iradəsi amili baxımından da maraqlıdır. Burada insanın insan şüuru, ruhu üzərindəki qələbəsi əsəri psixologiya elminə də töhfə səviyyəsinə qaldırır. İnsan və onun yaddaşı ilə mübarizəsi, əzmi, keçirdiyi sarsıntıları, qorxusu və qorxusuna təslim olması əsərdə qəhrəmanın zəifliyi kimi nəticələnsə də, həm tarixi faktlar, həm də psixoloji cəhətdən “1984” romanı bütün dövrlərin və intellektual oxucunun əsəridir.

Avanqard.net

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.