Vasif Əlihüseyn - Səni unutmaram heç vaxt kənd qızı
16.05.14
BSU Yaradıcılıq fakültəsinin məzunu
Əllərim əlində üşüyər, gedək, mənim baxışımdan süzülər yaşım. Səni sevməyimi bir az unutdum, bu iş-güc üstündə qarışıb başım.
Səni unutmaram heç vaxt, kənd qızı, bu kirayə evdə dərd uşağıyıq. Nə olsun şəhərdə yaşımız ötür, biz axı əvvəldən kənd uşağıyıq.
İçimi sızladar çəkdiyin əzab, o, uzun saçların kənd yolumuzdu. İndi yanağından süzlər yaşın, bizi görənlərə sağ olumuzdu.
Səni unutmaram heç vaxt, kənd qızı, yadıma bir bilsən eh... nələr düşür. Bax indi yadıma düşən bir qızın, deyir, qapısına elçilər düşür.
|