Əfsanə - Sehirbaz
20.05.14

Aylar keçir, il dolanır, yeni nağıllar yaranır. Bu nağılların içindən ən gözəlin seçmişəm, sizə nağıl biçmişəm.
  Möcüzələr ölkəsində bir Sehirbaz yaşarmış. O, öz sehirləri ilə həm özünün, həm də ölkəsinin hər istəyini yerinə yetirirdi. Sehirbaz çubuğunu yellətməklə qurdu quzuya, dəvəni filə çeviri, hətta fikirləri də dəyişə bilirdi. Hər kəs ona həsəd aparır, onun kimi olmağı arzu edirdi.
O özü də Möcüzələr ölkəsinin bütün sakinlərinə həsəd aparırdı çünki, ondan başqa hər kəsin sevdiyi, dostları var idi. O, arzulayırdı ki, sevdiyi olsun. Ancaq o nə qədər etsə də sehrinin köməyi ilə buna nail ola bilmir, özünü aciz hesab edirdi.
  Bir gün Sehirbaz çəmənlikdə gəzirdi. O, çox kədərli və məyus görünürdü. Özünü çox bədbəxt, tənha hiss edirdi. Onun gözündən bir damla yaş “ağ çiçəyin” ləçəyinə düşür. Sehirbaz göz yaşlarını gizlətmək üçün əlləri ilə üzünü tutur. Üzünü açanda nə görsə yaxşıdı?! Gördü ki, damla gözəl bir qıza çevrilib. O, çox heyrətlənmişdi, həm də sevinirdi.
  Sehirbaz Damlanı görən kimi ona vurulur. Damla bir göz qırpımında çəmənlikdən yox olur. Sehirbaz onunla danışmağa belə macal tapmır. O Damlanın hara yox olduğunu başa düşmürdü. Nə qədər sehr etsə də onu tapa bilmir, əzab çəkirdi.
  Bir gecə Damla Sehirbazın yuxusuna girir. O, Sehirbaza deyir: Əgər mənim qayıtmağımı istəyirsənsə, ilk növbədə özünü mənə sevdirməlisən.
Sehirbaz deyir: Səni görmədən bunu necə edəcəm?!
Damla deyir: Bax, bunun yolunu sən özün tapmalısan.
  Sehirbaz yuxudan oyanır. Özünü Damlaya sevdirmək üçün min cür sehr edir. Amma istəyinə nail ola bilmir. Düşünür ki, əgər həyatda onun üçün ən vacib olan bir şeyi sehr vasitəsi ilə əldə edə bilmirsə, sehirbazlıq onun nəyinə lazımdır?! Bu niyyətlə də o, sehirbazlığın daşını atıb, adi insanlar kimi yaşamağa başlayır. Bütün ölkəni gəzib, Damlanı axtarır. Tapa bilməyib kor-peşman evinə qayıdır.
O, hər gün bağçada bir ağ çiçək əkir, bir gün Damlanın qayıdacağına inanır. Bir il keçir, bağçada milyonlarla ağ çiçəklər boy atır. Hər kəs Sehirbazın Damlaya olan məhəbbətindən, əkdiyi çiçəklərdən danışır. Damla Sehirbazın sevgisinə inanır və onun yanına getməyi qərara alır. Həm də o insanların ağızdolusu danışdığı bağçanı görməyə tələsirdi.
  Damla qayıdır. Sehirbaz və Damla  xoşbəxt ailə qurub ömürboyu bir yerdə  yaşayırlar. Sehirbaz artıq başa düşürdü ki, dünyanın ən böyük sehri sevgidi. O elə bir sehrdir ki, onun nə zaman gələcəyini bilmək olmur və o yeganə sehrdir ki, öz təsirini heç vaxt itirmir.
   O gündən “Möcüzələr ölkəsində” bütün sevənlər bir-birinə ağ çiçəklər hədiyyə edir, bağçasında ağ çiçəklər əkirdi.
                                                                                                                                                                 09.02.2010

Yenililklər
20.09.19
Gülhüseyn Hüseynoğlunun kitabının təqdımatı oldu
18.09.19
BMT Pikassonun “Gernika” əsərinə görə İspaniyadan üzr istəyib
18.09.19
Vasif Əlihüseyn - Elə gözəl idi dizimdəki yaraların qurumuş qaysaqlarını qoparmaq
18.09.19
Vüqar Əhməd - Aktyorun dəfni
16.09.19
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi
16.09.19
Türk rənginin - Turkuazın hekayəsi
12.09.19
Ayhan Miyanalı - 40-ncı sınaq
12.09.19
Rəşad Məcidin “Qələmsiz yazılanlar”ı
12.09.19
İsa Həbibbəylinin yeni monoqrafiyası çap olunub
06.09.19
Naxçıvan Dövlət Tarix muzeyi - 95
06.09.19
Ramil Əhmədin “İki Şəhərin Yazıları” adlı kitabının təqdimat və imza günü keçiriləcək
01.09.19
Esmira Fuad - Faniliyin poetik tarixi
01.09.19
Regina Deriyeva - Uşaqlıq-xəzinəsidir gözyaşlarının
19.08.19
Fərid Hüseynin kitabı Serbiyada nəşr edilib
30.07.19
Güclü insan sorağında - Əhməd bəy Ağaoğlu-150
30.07.19
Azərbaycan-Qırğız ədəbi əlaqələrində yeni səhifə
29.07.19
“Türk dilləri araşdırmaları” jurnalının ilk nömrəsi işıq üzü görüb
29.07.19
Əhməd bəy Ağaoğluna həsr olunan konfrans keçiriləcək
29.07.19
“Qoşa qanad” ədəbi almanaxı işıq üzü görüb
29.07.19
Ədəbiyyat İnstitutu Avrasiya Türk Araşdırmaları İnstitutu ilə memorandum imzaladı
26.07.19
“Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək
26.07.19
Məhəmməd Tanhu - 8-ci günün qeydləri
26.07.19
Ədəbiyyat İnstitutunda Qırğızıstan yazıçıları ilə görüş təşkil olunub
24.07.19
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
24.07.19
Nemətullah Naxçıvaninin “Şərhi-Gülşəni-raz” əsərinin iki müxtəlif nüsxəsi əldə edilib
24.07.19
Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub
23.07.19
Prezident Murad Köhnəqalaya ev verdi
23.07.19
Svetlana Alekseyiviçin növbəti romanı yayımlanıb
23.07.19
Amerikalı yazıçı-satirik vəfat edib
22.07.19
Tanınmış jurnalist Amil Novruzovun 60 illiyinə
22.07.19
Aida Feyzullayevanın “Komparativistikanın işığında” kitabı işıq üzü görüb
22.07.19
"Gənc Qırğız şeiri antologiyası" Bakıda və Bişkekdə təqdim olunacaq
22.07.19
"Qanun"dan yeni nəşrlər
22.07.19
“Türkologiya” jurnalının əlavəsi akademik Məmmədağa Şirəliyevin 110 illiyinə həsr ediləcək
18.07.19
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb
18.07.19
İradə Musayeva - Üçlü formul müəmmasına düzəliş... 
18.07.19
Etimad Başkeçid yazır - Qırxayaq hər addımını düşünsəydi...
18.07.19
Nəsiminin dilinin dialektoloji tədqiqinə həsr olunmuş yeni kitab çap olunub
18.07.19
Azərbaycanda ilk dəfə türkdilli əlyazmaların toplu kataloqu nəşr olunub
18.07.19
Yazıçı Andrea Kamilleri vəfat edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.