Afaq Məsud: “Dil bilməyən adamın Tərcümə Mərkəzində işi ola bilməz” - MÜSAHİBƏ
20.05.14

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsudun müsahibəsi


- Afaq xanım, prezidentin sərəncamı ilə yeni yaradılan Tərcümə Mərkəzi gələcək fəaliyyətini hansı şəkildə quracaq?

 

- Tərcümə işində fəsadlı və nöqsanlı faktorlar çoxdur. Gələcək layihələrimizdə bu problemlərin və fəsadların aradan qaldırılmağına çalışacağıq. Əlbəttə, ilkin mərhələdə bütün sahələri birdən-birə əhatə etmək çətin olar, amma hər halda, mərhələli şəkildə elm, təhsil, beynəlxalq müstəvidə rəsmi yazışmaları əhatə etmək əsas işimiz olacaq.

 

Planlarımızda çox məsələlər var. Məsələn, məhdud sahələr üzrə tərcüməçilər yetişdirmək əsas işlərdən biri olacaq. Bilirsiniz ki, Azərbaycan Dillər Universitetində tərcüməçilik fakültəsi olsa da, texnika, neft siyasəti sənayesi üzrə ixtisaslaşma yoxdur. Bunlar mükəmməl tərcüməçiyə ehtiyacı olan ixtisaslardır. Ona görə də gələcək işlərimizdə bu kadrların yetişdirilməsi ilə də məşğul olmalıyıq.

 

- Təhsil, elm və digər sahələrdəki tərcümələrə nəzarət mexanizmi necə tənzimlənəcək? Bu sahələrə cavabdeh qurumlarla səlahiyyət bölgüsü hansı şəkildə aparılacaq?

 

- Bu, gələcəyin işidir, ona görə də xırda detallarını aça bilmərəm. Bütün bunlar bir-biri ilə zəncirvari bağlı olan məsələlərdir. Əlbəttə, işlər sazişlərlə, qarşılıqlı razılaşmalarla, aktlarla tənzimlənəcək. Bu işləri görmək üçün bizə müəyyən müddət vaxt lazım olacaq. Gələcəkdə bu sahədə görülən işlərin əyani şəkildə şahidi olacaqsınız. Düşünürəm ki, bütün bu işləri qurmaq bir ildən çox vaxt alacaq. Ümumiyyətlə, bu sahəni qurmaq səhralıqda şəhər salmağa bənzəyir - infrastrukturu yaratmaq, binaların tikilməsi, yaşıllıq örtüyünün əkilməsi və s. Bizdə tərcümə sferası xam torpaqlar kimi işlənməmiş sferadır. İşlərə sıfırdan başlanacaq və onun vahid bir qurumda tənzimlənməsi çox əhatəli prosesdir. Əsas odur, sağ olsun prezidentimiz ki, bizə bu statusu verdi, şəraiti yaratdı. Biz də çalışacağıq ki, onun etimadını doğruldaq.

 

- İlkin işlərə nə vaxtdan başlanacaq?

 

- Əslində biz işə çoxdan başlamışıq. İllərdir bu layihələrlə məşğul oluruq. Amma bilmirdik bunlar nə ilə nəticələnəcək. Ümidvar idik ki, bizə kömək əlini uzadan olacaq. Nə yaxşı, dövlətimiz göstərdiyimiz səyləri gördü, qiymətləndirdi. Mən dəfələrlə bu mövzuda məsələ qaldırmışam. Dublyajdan tutmuş reklam mətnlərinə, küçə afişalarına qədər tərcüməyə dair əngəllərin hansı fəsadlar törətdiyi göz qabağındadır. Təkrar edirəm, bu layihələri çoxdan hazırlamışıq və onların reallaşması işi ilə məşğul olacağıq.

 

- Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin taleyi necə olacaq?

 

- Mərkəz yeni yaradılan qurumun bir qolu olacaq. Sadəcə, mərkəzə Nazirlər Kabinetinin statusu verildi. Əlbəttə, tərcümə işini həyata keçirmək üçün yeni kadrlar da cəlb olunacaq.

 

- Sadaladığınız işləri həyata keçirmək üçün Tərcümə Mərkəzi aparatının işçilərinin 50 ştat vahidi azlıq etməyəcək?

 

- Bu ştat sayı sırf aparatın ştatıdır. Düşünürəm ki, bizə bütün sahələr üzrə tərcüməçilərlə müqavilə bağlamağa imkan yaradılacaq. 50 nəfər ölkə üzrə gedən tərcümə proseslərinin nəzarətedici kadrları olacaq. Amma onlar tərcümə ilə məşğul olmayacaqlar. Bütün dünyada və Azərbaycanın bölgələri üzrə bədii ədəbiyyat da daxil olmaqla digər sahələrin tərcümə işini həyata keçirmək üçün yerli qurumlar yaradılacaq. Gələcəkdə mərkəzin təsir dairəsi, fəaliyyət çevrəsi daha da genişlənəcək.

 

- Tərcüməçi kadrlar necə seçiləcək?

 

- Biz müsabiqə elan edib gənc kadrları işə cəlb edəcəyik. Üzümüzə gələn həftə bu məsələlər daha detallı şəkildə açıqlanacaq.

 

- Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzindəki hazırkı kadrların sıralarında dəyişiklik olacaq? Onlar əvvəlki vəzifələrini davam etdirəcəklər?

 

- Əlbəttə, onlar öz işlərinə davam edəcəklər. Bizim əməkdaşların hamısı dil mütəxəssisləridir. Gələcək üçün düşünürəm, qarovulçumuz da dili bilən insan olmalıdır ki, işin nəhəng həcminə o da öz köməkliyini etsin. Dil bilməyən adamın Tərcümə Mərkəzində və onun ətrafında işi ola bilməz.

 

- Mərkəzin büdcə məsələsi ilə bağlı hər hansı müzakirə aparılıbmı?

 

- Dövlət bizə bu statusu veribsə, düşünürəm ki, işimizin miqyası nəzərə alınacaq və buna müvafiq dövlət vəsaiti ayrılacaq.

 

- Hər halda, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin məhdud maliyyəsi ilə bu işləri görmək mümkün deyil...

 

- Əlbəttə, qeyri-mümkündür. Bizə illik 50 min manat vəsait ayrılırdı. 20 işçimiz, iki mərtəbəli binamız var. 50 min manat heç binanın saxlanılmasına bəs etmir. Üstəlik, sosial müdafiə və s. ödənişləri də nəzərə alsaq, yerdə qəpik-quruş qalır. Təsəvvür edin, bu neçə ildə Tərcümə Mərkəzini bu çətinliklə saxlamışıq. İndi sevinirik ki, zəhmətimiz hədər getmədi.

 

- “Xəzər” tərcümə jurnalının gələcəyi ilə bağlı nə düşünürsünüz?

 

- Jurnal işini genişləndirəcək. Bundan sonra istədiyimiz müəlliflərə istədiyimiz əsərin tərcüməsini sifariş edəcəyik.

 

- Tərcüməçilər qonorarların azlığından həmişə şikayətçi olublar. Mərkəz qonorar məbləğləri ilə bağlı hansı addımlar atacaq?

 

- Çalışacağıq ki, qonorar məbləğlərini dünya üzrə olan tariflərə uyğunlaşdıraq. Tərcümə işinə mümkün qədər peşəkar tərcüməçiləri cəlb edəcəyik. Onlara elə bir stimul yaradacağıq ki, bu işlərlə həvəslə və mütəmadi məşğul olsunlar. Azərbaycan ədəbiyyatının dünyada təbliği və dünya ədəbiyyatının dilimizə keyfiyyətli tərcümə olunması işi bizim müqəddəs amalımız olacaq. /APA/

Yenililklər
25.02.20
Rasim Qaraca: “Hər ad günümə bir kitab hədiyyə edirəm” - VIDEO-SÖHBƏT
25.02.20
Bəxtiyar Vahabzadənin şeirləri Koreya dilində
24.02.20
Rəvan Cavid - “Azğın”: roman, yoxsa cızma-qara gündəlik?
24.02.20
"Kitabi-Dədə Qorqud”un üçüncü – Günbəd əlyazması" cap olunub
24.02.20
İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
24.02.20
Azər Abdulla - Peşmanlıqdan sevincə keçid
23.02.20
Elçin Hüseynbəyli - Qarağac - Romandan parça
23.02.20
Bədirxan Əhmədli - Gerçək və intellektual türkçü Muhsin Kadıoğlu
23.02.20
Könül Nuriyeva - "İsanın İncili"ndəki sonsuz suallar
23.02.20
Əlyazmalar İnstitutunda “Nəsimidən nəsimlər” kitabının təqdimatı olub
23.02.20
Ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verən alim – akademik Həmid Araslı
21.02.20
İnsanın əzəməti – Dino Butsatinin hekayəsi
21.02.20
Tramp “Oskar” mükafatının Cənubi Koreya filmi “Parazitlər”ə verilməsini tənqid edib
21.02.20
Məşhur yazıçı hekayəsini 1 ABŞ dollarına satdı
21.02.20
Müslüm Maqomayev haqqında çəkilən serialın treyleri yayımlandı - VİDEO
21.02.20
Xalq rəssamı Böyükağa Mirzəzadənin anadan olmasından 99 il ötür
21.02.20
Taleh Eminoğlu - Knut Hamsun: bir medalın iki üzü
21.02.20
Bakıda Beynəlxalq film festivalı keçiriləcək
21.02.20
"Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının yeni sayı çıxıb
21.02.20
Hacı Ələmdar Mahirin anım günü
18.02.20
Özbəkistanda “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi elan olundu
12.02.20
"Təkrarın tənhalığı”nda "Sevdiyim əsər” – Fərid Hüseynin kitab təqdimatından reportaj
10.02.20
Gülbala Dadaş - “Hər kəsin öz eşqi” kitabı haqqında
07.02.20
Fərid Hüseynin kitablarının təqdimat mərasimi keçiriləcək
05.02.20
Bəsirə Əzizəlinin Muhsin Kadıoğlu haqqında monoqrafiyası çap olunub
05.02.20
İradə Musayeva -  Süleyman Rüstəmi əksinqilabçı adlandıran repressiya qurbanı
03.02.20
Cavanşir Yusiflinin Səlim Babullaoğlu haqqında kitabı nəşr edilib
02.02.20
İradə Musayeva - Bağırovun gizli tapşırığı: “Boynuna qoyuluncaya qədər döyün!”
01.02.20
"Qanun” nəşriyyatında "The Paris Review müsahibələri” adlı kitab nəşr edilib
01.02.20
Rusiya Yazıçılar İttifaqı ilə AYB arasında əməkdaşlıq müqaviləsi imzalanıb
29.01.20
İradə Musayeva - Bağırov bu tərcüməçimizi həbs etmək üçün Stalindən icazə istəmişdi
28.01.20
Fərid Hüseyn - İnsanın unutqanlığı bəzən onun ədalətidi
28.01.20
AYB-nin Gənclər Şurasının “Ulduz”u nəşr edildi
25.01.20
İradə Musayeva - Müstəqil Azərbaycan” sözü dilinizdən çıxmadımı?
25.01.20
Fazil Abbasov - Qanımı süz, şərab kimi...
25.01.20
Əsmər Hüseyn Xan - Onda balaca idik, adımız uşağıydı
25.01.20
Şəhla Aslan Türkiyənin "KonTV" kanalında aparıcılıq edəcək
24.01.20
İradə Musayeva -  Repressiya illərində  tragik həbs situasiyaları...
22.01.20
“Dünya ədəbiyyatı” dərgisinin yeni sayı esse janrına həsr edilib
22.01.20
İlham Əziz - O dünyadan gələn səslər
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.