Rüfət Əhmədzadə - Marsa ilk ayaq basan azərbaycanlı
21.05.14
Marsa ilk ayaq basan astronavt kimiyəm… Sevincimin həddi-hüdudu yoxdur, hayqırmaq istəyirəm… Dünyanı sevindirmək! Dünyanı müjdələmək….
Amma dünya üçün çoxdan ölmüşəm… Çünki mənim gəmimdə bütün cihazlar yanıb… Və mən bəşəriyyətlə əlaqəni də çoxdan itirmişəm. Axı hansı sayt, qəzet yazacaq? Mən belə bir qəhrəmanlıq etmişəm…
Marsa ilk ayaq basan astronavt kimiyəm… Nə qədər olsam da fəxr edilməli, Ailəm üçün çox ögey kişiyəm, həmvətənlərimçün yadplanetli.
Marsa ilk ayaq basan astronavt kimi də, tək-tənha qalmışam qırmıza planetdə. Öz kəşfimə bürünüb ölmək imiş qismətim… Bəlkə Mars torpağından yoğrulmuşam əslində?
Ay dünya, oy dünya, uy dünya…. Heç olmasa, ilk sevgi yaşadığım məktəbin həyətində heykəlimi qoy, dünya!
|