103 saylı tam məktəbdə Yaradıcılıq fakültəsinin tələbələri ilə görüş keçirlib.Binəqədi rayon Xocasən qəsəbəsində yerləşən Şəhid Zakir Məmmədov adına 103 saylı tam orta məktəbdə Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin bir qrup tələbə və məzun heyəti ilə görüş keçirilib.
Görüşdə iştirak edən gənc yazarlar – Nuranə Nur, Ramilə Qardaşxanqızı, Yusif Nazim, Arzu Murad, Gülbala Dadaş, şagirdlərə öz şeirlərini oxuyub.
Sonra şagirdlər arasında şeir yazanların şeirlərini dinləyib. Yazarlar şafirdlərə uğurlar arzulayaraq, onlara öz kitablarını hədiyyə ediblər.
Görüşdə poeziya ilə maraqlanan şagirdlərlə yanaşı, müəllimlər də öz fikirlərini söyləyərək, gənc yazarları təbrik ediblər.
Görüşdə Fakültənin məsul şəxsi Yetim Qacar 1-ci kurs tələbəsi Şəhla Aslan da iştirak edib.
Avanqard.net