Gültən Qədirli: "Yazarkən hansı janrda yazacağımı düşünmürəm"- MÜSAHİBƏ

26.05.14

Bakı Slavyan Univeristetinin Yaradıcılıq fakültəsinin "Tanıyaq və Tanıdaq" layihəsində bu dəfə gənc yazar Gültən Qədirlidir.



-Bu layihə başlayandan həmsöhbət olmağa həvəslisən, nəhayət ki, sıra sənə çatdı. Buyur özünü "Tanıyaq və tanıdaq"ın oxucularına təqdim elə.


-Gültən Qədirli. 18 sentyabr 1993-cü ildə Zərdab rayonunda dünyaya gəlmişəm. Bir müddət şahmatla məşgul olmuşam, ancaq uşaqlıqdan ədəbiyyata marağım olub.

-Və bu maraq səni yazmağa vadar etdi. Hansı janrda yazırsan?

-Bəli. Mən yazarkən hansı janrda yazacağımı düşünmürəm, yazdıqlarımı isə esse adlandırırlar. Gələcəkdə özümü başqa janrda sınamaq fikirim var.

-Hansı janrda?

-Şeir yazmaq istəyirəm. Ola bilsin özümü şeir janrda sınayanda məni şairə kimi tanımasınlar, amma ruhən şairə olacam. Elə yazdığım esselərin sayəsində də bu gün yaradıcılıq fakültəsində təhsil alıram.

-Yaradıcılıq fakültəsinə necə gəldin ki?

-Çox çətinliklə deyərdim. Demək olar ki, anam mənə qarşı idi, axırda razılığa gətirdim və sənədlərimi yaradıcılıq fakültəsinə təqdim etdim. Bir tərəfdən isə, Kamal müəllimə borcluyam. Mən qeydiyyatdan kecdikdən sonra mərhum Elnarə xanım rəhmətə getdi və mən Elnarə xanımdan kiçik bir yazı yazdim. Qeydiyyatdan sonra müsabiqə olur, Kamal müəllim məni yazıma görə müsabiqədən azad etdi. Boynuma alım ki, müsabiqədə iştirak etsə  idim kecməzdim. Məhz buna görə Kamal müəllimə borcluyam. Ona görə də, Kamal müəllim bizə dərs deyəndə gücüm çatdıgı qədər calışmısam ki, onun etimadını doğruldum. İndi də çalısıram. Keçilən dərslər də məni çox qane edir.

-Mütaliyəylə aran necədir, yenə Kafkanı oxuyursan?

-Yox daha. Kamal müəllim verdiyi mərhələlərdə olan kitabları oxuyuram. Hərdən kənara da çıxıram elə hal hazırda kənardayam. Dünən axşamdan Etimad Başkeçidin "Min yol mənə söylər" romanını oxumağa başlamışam.

-Kafka qədər var?

-Bəlkə biz bilmirik, bəlkə də Etimad Başkeçid Azərbaycanın Kafkasıdır?

-Yox, Kafka deyil, sən də bu xəstə sözə alışma. O ellə Başkeçid özüdür. Nə isə, bəlkə bir esse oxuyasan?

-Hər iki halda baş üstə.

-De gəlsin.

Çiçəkləyən qarağac

Qızları məktəbə getmiş ana həyətə düşdü. Bu məhlyə iki il əvvəl köçmüşdülər, əkdikləri ağaclar da çiçək açmışdı. Ana heyva ağacıni əyib çiçəyin qoxladı. Çəpərin dibindəki çiçəkləri görüb heyrətləndi. "Qarağac çiçək açmırdı axı bəlkə səhv etmışəm, bu qarağac deyil " deyə düşündü, amma yox gördüyü qarağac idi. Üstündə ağappaq gilənar çiçəyı... O indi xatırladı. Dünən balaca qızı görüb demişdi mənim bu çiçəyə yazığım gəlir.

-Dedin ki, yazdıqlarıma esse deyirlər amma mən bu mətnə qısa hekayə deyərdim. Esse hesab elədiyin mətnlərdən birini oxu.

Zaman

Zaman; geri qaytarmaq olsaydı? Məncə bu sual barədə çoxları fikirləşib. Çünki hər kəs nə vaxtsa etdiyi səhvi indi düzəltmək istəyir və fikirləşir ki, zamanı geri qaytarmaq olsaydı onda həmin səhvi etməzdi.

Zamanı geri qaytarmaq olsaydı mən üzünü gormədiyim babamın son günlərindən birini geri qaytarardım. Mən dünyada olmadığım günlərdən birini geri qaytarardım – babamı görmək üçün! Darıxanda həmin günün içində gizlənib babamla bir gün yaşayardım.

Zamanı geri qaytarmaq olsaydı... On il əvvələ qayıdardım – atamın sağ olduğu bir günü geri qaytarardım – onda heç vaxt özümü atasız hiss etməzdim!

Zamanı geri qaytarmaq olsaydı... Nənəmin cavanlıq günlərindən birini bu günə gətirərdim. Nənəmin cavanlığı ilə onun bu gününü görüşdürərdim – nənəmin cavanlığını heyrətləndirərdim.
Zamanı geri qaytarmaq olsaydı... Uşaqlıq illərimi geri qaytarıb anamı incitdiyim anları o günlərin içindən çıxarardım – belə olsaydı anamın saçındakı ağ tüklərin sayı daha az olardı.

Zamanı geri qaytarmaq olsaydı... Bu ilin sentyabr ayının 18-ini geri qaytarardım. Sevimli Elnarə müəlimə ilə bir şəkil çəkdirərdim.

Zamanı geri qaytarmaq olsaydı... Bəlkə də geri qaytardığım o günlərin birində elə keçmişə qayıdardım.


Keşikçi ağaclar...

Yaşadığımız binanın qarşısında bir park var, bu parkın içində bir büst qoyulub.
Həmişə məktəbə bu parkın içi ilə gedib-gəlirdim. Hər gün büstün yanından keçirdim, amma büstün üstündəki lövhədə yazılanlara fikir vermirdim.

Günlərin birində büstün yanında dayanıb, onun kimə məxsus olduğunu bilmək istədim. Bu, Ramiz Kərimovun büstüdür.

Sonra öyrəndim ki, o doğma Zərdabın Şəftəxal kəndindəndir. Neftayırma zavodunda işləyirmiş. Zavodda olan yanğın zamanı neçə işçini xilas edib, ancaq özü həlak olub.

Rayonda oxuduğum məktəb də Ramiz Kərimov küçəsində yerləşirdi.
Hər gün o parkı, parkdakı ağacları görürəm.

Mənə elə gəlir ki, parkdakı ağaclar Ramiz Kərimovun ruhunun keşiyində durub…

- İlk qələm sınağını kimə oxumusan?

-Anama oxumuşam, mənfi fikirləri də olub, müsbət fikirləri də...

-Gələcək planların var?

- Əlbəttə var, amma hələ fakültədə keçilən dərslərdən nəsə öyrənməyə üstülük verirəm.

-Sevgi mövzusuna toxunmamısan, niyə?

-Niyəsini heç özümdə bilmirəm, tam dəqiq. Yəqin sevəndə olar

- Demək hələ sevmirsən...

-Xeyr, sevmirəm.

-Bəs bu günün ədəbi cərəyanı ilə maraqlanırsan?

-Bəli maraqlaniram.

-Hərçənd səndən cavab alanda özümü tezbazarın müsahibi kimi hiss edirdim amma yenə də, vermədiyim hansı sual qaldı?

-Elə bir sual qalmadı, təşəkkür edirəm.

-Söhbətə görə təşəkkürlər.


Söhbətləşdi: Ramilə Qardaşxanqızı.

Yenililklər
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.